Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5389/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 12811,64 AZN məbləğində borcun, 1500 AZN hüquqi xidmət haqqı və ödənilmiş 129 AZN məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd etmək istəyirəm ki, xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli alğı-satqı müqaviləsinin predmetinə əsasən iddiaçı, yəni Satıcı X2 göstərilən malları Alıcıya satır, Cavabdeh, yəni Alıcı isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği Satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. İş materiallarına əlavə edilmiş 10759231 nömrəli xx.xx.2024-cü il, 10759617 nömrəli xx.xx.2024-cü il, 10412889 nömrəli xx.xx.2024-cü il, 10127763 nömrəli xx.xx.2024-cü il və ******* nömrəli xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, müqavilə üzrə müəyyən edilmiş məhsullar verilmiş və qarşı tərəf qəbul etmişdir. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 858.90 AZN əsas borc və 154.60 AZN ƏDV olmaqla ümumi 1013.51 AZN ümumi borc müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 3719.93 AZN əsas borc və 669.59 AZN ƏDV olmaqla ümumi 4389.51 AZN ümumi borc müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 2272.89 AZN əsas borc və 409.12 AZN ƏDV olmaqla ümumi 2682.01 AZN ümumi borc müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 1741.33 AZN əsas borc və 313.44 AZN ƏDV olmaqla ümumi 2054.77 AZN ümumi borc və sistem tərəfindən təsdiq olunmuş ******* nömrəli xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən isə 2264.26 AZN əsas borc və 407.56 AZN ƏDV olmaqla ümumi 2671.83 AZN ümumi borc müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən cavabdeh tərəfindən ödənilməli olan borcun ümumi məbləği ƏDV daxil olmaqla 12811.64 AZN-dir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 448.1, 448.2, 567, 597.1, 600.1, 600.4-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq X2 (Əlavələrdə) göstərilən malları (bundan sonra "Mallar") Alıcıya satır, Alıcı isə öz növbəsində alınan Malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən Satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. 2.1-ci bəndinə əsasən malların qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 (Əlavələrdə) ilə müəyyənləşdirilir. 4.1-ci bəndinə əsasən “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. 4.2-ci bəndinə əsasən Alıcı satıcı tərəfindən ona göndərilən elektron-qaiməni qəbul etdiyi təqdirdə, ona həmin qaimədə göndərilən malı (malları) qəbul etməsini təsdiq etmiş sayılır. 5.1-ci bəndinə əsasən bu Müqavilə üzrə satılan mala görə “Alıcı” “Satıcı”ya, “Müqavilə”yə əlavə edilmiş X4 uyğun olaraq və Eqaimə faktura ilə nəzərdə tutulmuş malın tam dəyərini köçürmə yolu ilə ödənilməsini təmin etməlidir. 5.2-ci bəndə əsasən müqavilənin 5.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləğ “Alıcı” tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq mallar təhvil verildikdən sonra 30 (otuz) iş günü ərzində köçürmə yolu ilə Satıcıya ödənilməlidir. Bu bənddə göstərilmiş müddət ərzində Malların dəyəri ödənilmədikdə “Satıcı” onun ödənilməsini “Alıcı” dan tələb etməyə haqlıdır. xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli müqaviləyə 02 avqust 2024-cü il tarixli, 0208/1 nömrəli qiymət razılaşdırma protokuluna əsasən 15 adda malların ƏDV daxil ümumi dəyəri 2054,77 manat razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli müqaviləyə 08 iyun 2024-cü il tarixli, 0805/1 nömrəli qiymət razılaşdırma protokuluna əsasən 24 adda malların ƏDV daxil ümumi dəyəri 2682,01 manat razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli müqaviləyə 18 may 2024-cü il tarixli, 1805/2 nömrəli qiymət razılaşdırma protokuluna əsasən 9185 kub metr taxtanın ƏDV daxil ümumi dəyəri 4389,51 manat razılaşdırılmışdır. 18 may 2024-cü il tarixli, 1805/1 nömrəli qiymət razılaşdırma protokuluna əsasən 22 adda malların ƏDV daxil ümumi dəyəri 1013,51 manat razılaşdırılmışdır. MT2408 seriyalı, 10127763 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 2054,77 manat, MT2406 seriyalı, 10412889 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 2682,01 manat, MT2405 seriyalı, 10759617 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 4389.51 manat, MT2405 seriyalı, 10759231 nömrəli, xx.xx.2024-cü il tarixli dəyəri 1013,51 manat olan elektron qaiməfakturalar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. 02 avqust 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 24 adda, ümumi dəyəri 2,682.01 manat olan mallar, 18 may 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ümumi dəyəri 4389.51 manat olan 9185 kub metr taxta, 18 may 2024-cü il tarixli akta əsasən ümumi dəyəri 1013.51 manat olan 22 adda mallar, 08 iyun 2024-cü il tarixli akta əsasən ümumi dəyəri 2682,01 manat olan 24 adda mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh tərəf də imza və möhürü ilə həmin aktları təsdiq etməklə malları qəbul etmişdir. xx.xx.2025-ci il tarixli, İT********** nömrəli ödəniş tapşırığına əsasən 2000 manat məbləğində pul hüquqi yardım üzrə vəkil xərcinin əvəzi olaraq Nümayəndə hesabına ödənmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 139 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehə malları təhvil verməsi və borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, hər iki tərəfdən imzalanaraq möhürlənmiş təhvil-təslim aktları və elektron qaimə-fakturalar ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə və müqavilənin 5.1-ci bəndinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni təhvil aldığı malların dəyərindən 12811,63 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 12811,63 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 129 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hüquqi yardım xərcinin əvəzi olaraq 1500 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yerinə yetirilən hüquqi xidmətin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli Mİ/P-40 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 12811 (on iki min səkkiz yüz on bir) manat, 63 (altmış üç) qəpik əsas borc, ödənilmiş hüquqi yardıma görə 500 (beş yüz) manat və ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5389/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5389/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver