Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-539/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 21,125.90 manat borcun, 33,674.68 manat cərimənin, 160 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 54,990.58 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 21,125.90 manat borcun, 33,674.68 manat cərimənin, 160 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 54,990.58 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2015ci il tarixli, 2015/ASM/146 saylı sementin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən markasından asılı olaraq hər bir tonun qiyməti 125,08-132,16 manat olmaqla müxtəlif növ sement markalarının cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşlər. Sözügedən Müqavilələrin “Qiymət və Ödəmə Şərtləri” bölməsinin 3-cü abzasına əsasən, göndərilən məhsulun alıcıya məhsulların göndərildiyi tarixdən 15 təqvim günü ərzində həyata keçirilməlidir. Tələb edilmiş məhsul iddiaçı tərəfindən cavabdehə çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Cavabdehə 22,079.90 manatlıq sement satılmış, həmin məbləğdən 21,125.90 manat indiyə qədər ödənilməmiş, son ödəniş xx xxxxx 2018ci il tarixdə həyata keçirilmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, həmçinin sonuncu dəfə 318/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli pretenziya göndərilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. Sözügedən müqavilələrin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Beləliklə, müqavilələrin şərtinə əsasən xx xxxxxxx 2019-cu il tarixə iddiaçı cavabdehdən 33,674.68 manat məbləğində cəriməni tuta bilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Buna görə də məhkəmə işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: “Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən” Çıxarışdan və “Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında” Şəhadətnamədən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti cəmiyyəti xx xxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxx 2015-ci il tarixli, 2015/ASM/146 saylı müqaviləvilədən görünür ki, iddiaçı cavabdehə “İddiaçı Klass A” və “İddiaçı Klass C500” sement məhsullarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxx 2015-ci il tarixli 950134 saylı Qaimə-fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən 26054,27 manat dəyərində sement məhsulları cavabdehə verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxx 2018-ci il tarixli GÖQ seriyalı 425435 saylı kassa mədaxil orderinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 954 manat ödəniş edilmişdir. xx xxxxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxx 2015-ci il tarixli 2015/ASM/146 nömrəli müqaviləyə uyğun olaraq, iddiaçı cavabdehə xx xxx 2015-ci il tarixində 187.34 ton sement satmış və təhvil vermişdir. Alıcının Satıcıya cəmi 26,054.28 manat olmaqla, əsas məbləğ üzrə 22,079.90 manat və 18% ƏDV üzrə 3,974.38 manat məbləğində ödəniş öhdəliyi yaranmışdır. Satıcı tərəfindən Alıcıya müvafiq ödəniş sənədləri təqdim olunmuşdur, lakin Alıcı xx xxxxx 2018-ci il tarixində əsas məbləğ üzrə 954.00 manat, 18% ƏDV üzrə isə 3,974.38 manat ödəyərək, cəmi 4,928.38 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdehin iddiaçıya cəmi 21,125.90 manat məbləğində borcu mövcuddur. Qeyd olunan satışa görə iddiaçı tərəfindən dövlət büdcəsinə 3,974.38 manat məbləğində ƏDV ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxx 2015-ci il tarixli, 2015/ASM/146 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə “İddiaçı Klass A” və “İddiaçı Klass C500” sement məhsullarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya əsas məbləğ üzrə 22,079.90 manat və 18% ƏDV üzrə 3,974.38 manat məbləğində ödəniş öhdəliyi yaranmışdır. Satıcı tərəfindən Alıcıya müvafiq ödəniş sənədləri təqdim olunmuşdur, lakin Alıcı xx xxxxx 2018-ci il tarixində əsas məbləğ üzrə 954.00 manat, 18% ƏDV üzrə isə 3,974.38 manat ödəyərək, cəmi 4,928.38 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdehin iddiaçıya cəmi 21,125.90 manat məbləğində borcu mövcuddur. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən müqavilə ilə cavabdehə verilmiş malın ödənilməmiş 21,125.90 manat məbləğin cavabdehdən tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, Müqavilənin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Buna görə də məhkəmə hesab edir ki, tələb olunan 33,674.68 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 103OPEX193230127 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən İsmayılbəyli və partnyorları vəkil bürosunun hesabına 160 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilən 160 manat məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq İddiaçıalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 21,125.90 manat borc, 33,674.68 manat cərimə, 160 manat vəkil xərci və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 54,990.58 manat məbləğində pul birdəfəlik tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-539/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-539/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver