Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-539/2022 25.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ( VÖEN1:303113871 ) 09 mart 2020-ci il tarixli, 62/20 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 751.54 ( yeddi yüz əlli bir manat əlli dörd qəpik ) manat borc, 105 manat dəbbə pulu, mediasiya sessiyasna ödənilmiş 40 manat və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 926,54 ( doqquz yüz iyirmi alC manat əlli dörd qəpik ) tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 09 mart 2020-ci il tarixli, 62/20 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə saİcı ( MMC ) müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsulların alıcının ( Cavabdeh2 ) mülkiyyətinə verir, alıcı isə malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəyir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.03.2020-ci il tarixdə 3 ədəd elektron qaimə, 21.05.2020-ci tarixdə, 29.05.2020-ci il tarixdə 2 ədəd elektron qaimə, 05.06.2020-ci tarixdə 2 ədəd elektron qaimə və 18.06.2020-ci il tarixdə 2 ədəd elektron qaimədən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 751.54 ( yeddi yüz əlli bir manat əlli dörd qəpik ) manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə 14.09.2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu 22.09.2021-ci il tarixdə alsa da, şirkətə olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Həmin Məcəəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbinin faktiki əsası kimi, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 09 mart 2020-ci il tarixli, 62/20 saylı alqı-satqı müqaviləsinə istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, adı çəkilən müqavilədən də göründüyü kimi, əqd "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında bağlanmışdır, yəni öhdəlik münasibətləri qeyd edilmiş hüquqi şəxslər arasında yaranmışdır. Hazırda isə "xxxx" MMC məhkəməyə müraciət edərək, 09 mart 2020-ci il tarixli, 62/20 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış borcu Cavabdeh1 MMC-dən deyil, sonuncunun direktoru olan Cavabdeh2 tələb edir. Bu halla bağlı qeyd edilməlidir ki, Cavabdeh2 09 mart 2020-ci il tarixli, 62/20 saylı alqı-satqı müqaviləsinin tərəfi olmadığından, müqavilədən irəli gələn hər hansı bir öhdəlik daşımır, yəni iddia iddiaya cavab verməyən şəxsə qarşı qaldırılmışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-539/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-539/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver