Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-539/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Natig Mamedovun oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 mart 2024-cü il tarixli, SPARK-028/2024 saylı alqı-satqı müqaviləsi üzrə 562575,67 (beş yüz altmış iki min beş yüz yetmiş beş manat altmış yeddi qəpik) manat əsas borc, 67509,07 (altmış yeddi min beş yüz doqquz min sıfır yeddi qəpik) manat cərimə, 921 (doqquz yüz iyirmi bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 631005,74 manat (altı yüz otuz bir min beş manat yetmiş dörd qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 mart 2024-cü il tarixli, SPARK-028/2024 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə sonuncunun mülkiyyətinə ümumi dəyəri 852675,67 (səkkiz yüz əlli iki min altı yüz yetmiş beş manat altmış yeddi qəpik) manat olan müxtəlif markalı beton məhlulu təhvil verilib. Təhvil verilən malın dəyərinin bir hissəsi ödənilsə də, hal-hazırda "xxxx" MMC-nin İddiaçı MMC-yə 562575,67 (beş yüz altmış ikimin beş yüz yetmiş beş manat altmış yeddi qəpik) manat borcu mövcuddur. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli (onlayn kargüzarlıq vasitəsi ilə) və xx.xx.2024-cü il tarixli (elektron məhkəmə vasitəsi ilə) pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 4 ay ərzində ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.4-cü bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfr tam yüzdə bir) faiz məbləğində cərimə ödəyir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 mart 2024-cü il tarixli, SPARK-028/2024 saylı alqı-satqı müqaviləsi üzrə 562575,67 (beş yüz altmış iki min beş yüz yetmiş beş manat altmış yeddi qəpik) manat əsas borc, 54639,19 (əlli dörd min altı yüz otuz doqquz manat on doqquz qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 12869,88 manat faiz məbləği, 921 (doqquz yüz iyirmi bir manat) manat dövlət rüsumu olmaqla, cəmi ümumilikdə 631005,74 (altı yüz otuz bir min beş manat yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh öhdəliyi vaxtında icra etmədiyi üçün gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə faiz ödəməlidir. Faiz məbləğinin hesablanması üzləşmə aktının bağlandığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmalıdır və bu günlərin sayı 167 gün təşkil edir. Hesablanma qaydası aşağıdakı kimidir; 562575,67*5%=28128,78/365=77,06*167=12869,88.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi Natig Mamedov məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 01 mart 2024-cü il tarixli, SPARK-028/2024 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırma protokollarında göstərilən müxtəlif növ beton/tikinti məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Qiymət dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa, alıcı ona təhvil verilmiş malın dəyərini, mallar təhvil verildikdən sonra 4 ay ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən malların adı, çeşidi, qiyməti və çatdırılma müddəti müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək müqaviləyə əlavə - Qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyətli və istismara yararlı malları satmaq və həmin mallar haqqında alıcını zəruri və düzgün məlumatlarla təmin etmək vəzifəsi vardır və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən alıcının müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək öhdəliyini daşıyır. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən müqavilə üzrəöz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə zərəri tam həcmdə ödəyəcək.
11. Tərəflər arasında bağlanmış 01 mart 2024-cü il tarixli, SPARK-028/2024 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Tərəflər arasında bağlanmış 01 mart 2024-cü il tarixli, SPARK-028/2024 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 02 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 423632 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 104589,3 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 668083 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 103867,73 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 013271 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 142126,28 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2024-cü il tarixli, EBEC seriyalı, 012998 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 63350,07 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 008188 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 86102,83 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11031291 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 120777,72 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11375450 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 103326,11 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10524192 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 48982,98 manat (ƏDV daxil) təşkil edir.
21. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10525447 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33489,58 manat (ƏDV daxil) təşkil edir.
22. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10412069 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 46063,07 manat (ƏDV daxil) təşkil edir.
23. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 576512,6 manat (488570 manat əsas və 87942,6 manat ƏDV) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
24. İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 562575,65 manat (476759,03 manat əsas və 85816,64 manat ƏDV) borcu vardır. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
25. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 562575,67 manat borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsiu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
28. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır.
29. İddia tələbinin bir hissəsini cavabdehdən 01 mart 2024-cü il tarixli, SPARK- 028/2024 saylı alqı-satqı müqaviləsi üzrə 562575,67 manat məbləğində qalıq borcun tutulması təşkil edir.
30. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, SPARK- 028/2024 saylı alqı-satqı müqaviləsi üzrə 562575,65 manat (beş yüz altmış iki min beş yüz yetmiş beş manat altmış beş qəpik) tutularaq iddiaçıya ödənilməlidir.
31. Belə ki, tərəflər arasında qalıq borcla bağlı üzləşmə aktı tərtib edilmiş və həmin aktda xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 562575,65 manat (476759,03 manat əsas və 85816,64 manat ƏDV) borcunun olduğu qeyd olunmuşdur.
32. Bundan əlavə, iddiaçı cavabdehdən 54639,19 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
33. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə borcunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 28000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
34. Bundan əlavə iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 12869,88 manat faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı həmin məbləğin hesablanmasını üzləşmə aktının bağlandığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablamış və gecikdirilmiş günlərin sayını 167 gün olaraq götürmüşdür.
35. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 12869,88 manat (562575,67X5%:100:365X167=12869,88) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır məhkəmə
36. Eləcə də, iddiaçı 921 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
37. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 881,2 manat (səkkiz yüz səksən bir manat iyirmi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 562575,65 manat (beş yüz altmış iki min beş yüz yetmiş beş manat altmış beş qəpik) əsas borc, 28000 (iyirmi səkkiz min) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 12869,88 manat (on iki min səkkiz altmış doqquz manat səksən səkkiz qəpik), ödənilmiş dövlət rüsumununa görə 881,2 manat (səkkiz yüz səksən bir manat iyirmi qəpik) olmaqla, ümumilikdə 604326,73 manat (altı yüz dörd min üç yüz iyirmi altı manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova