Məhkəmə qərarları › İş №e-2-2(113)-5395/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5395/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5395/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 1955,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olan 75,40 manat pulun və hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 500 manat pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 may 2024-cü il tarixində ECO-15 saylı alqı satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 22015,04 manat dəyərində müqavilə üzrə mal Sizə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə tərəfinizdən qismən ödənişlər həyata keçirilmiş və nəticədə Sizin ödənilməmiş , 5495,04 manat borcunuz qalmışdır. Lakin qeyd olunan satınalma müqaviləsinin tələbləri "xxxx" MMC tərəfindən pozulmuş, tərəfimizdən borcun ödənilməsi ilə bağlı edilmiş müraciət və pretenziyalar cavabsız qalmış, təhvil verilmiş malların dəyəri tam ödənilməmiş və bununla da öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflər arasında bağlanmış 22 may 2024-cü il tarixində ECO-15 saylı alqısatqı müqaviləsinin 2.2-cü bəndinə görə ödənişlər satıcının təqdim edəcəyi ödəniş sənədlərinə əsasən həmin sənədlər təqdim edildiyi gündən 7 iş günü ərzində köçürmə şəkilində aparılır. Nəzərinizə çatdırmaq istəyirik ki, hazırda "xxxx" MMC-nin əlavə dəyər vergisi də daxil olmaqla ümumilikdə 5495,04 manat məbləğində borcu qalmışdır. Cavabdeh "xxxx" MMC-nin bu qanunsuz əmələri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşin faktiki ha larından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi İddiaçı MMC şərtləri tam şəkildə yerinə yetirsə də cavabdeh "xxxx" MMC üzərinə düşən öhdəliyi lazımınca və layiqli şəkildə icra etməmişdir. cavabdeh tərəfindən məhkəmə icraatı zamanı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödəniş həyata keçirilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445-ci maddələrinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, təyin edilmiş məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirərək, məhkəmə baxış iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə alıcı “"xxxx" MMC arasında bağlanmış 22 may 2024-cü il tarixində ECO-15 saylı müqavilədən görünür ki, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifıkasiya(lar)da göstərtilən tərkibdə həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (bundan sonra mal adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mallarıqəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Alıcıya faktiki təhvil verilən malın (taxta və sair müxtəlif tikinti materialları) həcmi üçün Təhvil-təslim aktı tərtib edilir.Yalnız təhvil təslim aktına əsasən Alıcıya təhvil verilən malın faktiki həcminə görə Alıcı Satıcıya haqq ödəyir.Alıcı təhvil təslim aktı ilə Satıcıdan malın sifarişə əsasən keyfiyyəti və ya kəmiyyəti aşağı olduqda, mallara görə Satıcının ödəniş tələb etmək hüququ yoxdur. Ödəniş edilməsi üçün Satıcı Alıcıya təhvil- təslim aktı, hesab fakturaları təhvil verir. Müqavilənin 2.2-ci bəndinə əsasən Ödənişlər satıcının təqdim edəcəyi ödəniş sənədlərinə əsasən həmin sənədlər təqdim edildiyi gündən 7 (yeddi) iş günü ərzində nəğd və ya köçürmə şəkildə aparılır. İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 17 sentyabr 2025-ci il tarixinə 1 955,04 manat təşkil edir. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC -nin hesabına ƏDV köçürməsi 36 manat məbləğində ödəniş olunmuşdur. İddiaçı MMC -nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixində 2000 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC -nin hesabına ƏDV köçürməsi 1800 manat məbləğində ödəniş olunmuşdur. İddiaçı MMC -nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixində 8200 manat ödəniş edilmişdir İddiaçı MMC -nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixində 2100 manat ödəniş edilmişdir İddiaçı MMC -nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixində 1700 manat ödəniş edilmişdir İddiaçı MMC -nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixində 2000 manat ödəniş edilmişdir İddiaçı MMC -nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixində 1000 manat ödəniş edilmişdir xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC -nin hesabına ƏDV köçürməsi 360 manat məbləğində ödəniş olunmuşdur xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC -nin hesabına ƏDV köçürməsi 306 manat məbləğində ödəniş olunmuşdur xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC -nin hesabına ƏDV köçürməsi 378 manat məbləğində ödəniş olunmuşdur xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC -nin hesabına ƏDV köçürməsi 180 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli 7386/25 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında Müqavilədən görünür ki, X1 müraciətinə əsasən Nümayəndə1 tərəfindən İddiaçı MMC-yə göstərilən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat olaraq müəyyən olunmuşdur. MT2502 seriyalı 10033499 nömrəli xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 22015,03 manat dəyərində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il 010İNT********** saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən LCG Vəkil Bürosuna 500 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli **********02 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr, ödəniş tapşırıqları) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, iş məhkəmənin icraatında olan zaman müvafiq müqavilə üzrə ödənişlər edilmişdir ki, bu da cavabdehin borc məbləğini dolayısı ilə qəbul etdiyini təsdiq edir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, yəni təhvil verilmiş malların dəyəri olan 1955,04 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 1955,04 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 75 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manatın əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1955 (min doqquz yüz əlli beş) manat 04 (dörd) qəpik borc, ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar