Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5398/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs "xxxx" MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3772,19 manat, dövlət sosial müdafiə fonduna olan 7333,98 manat, işsizlikdən sığorta fonduna olan 234,09 manat, icbari tibbi sığorta fonduna olan 1050,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün "xxxx" MMC-nin dövlət büdcəsinə 3772,19 manat məbləğində, dövlət sosial müdafiə fonduna 7333,98 manat, işsizlikdən sığorta fonduna 234,09 manat, icbari tibbi sığorta fonduna 1050,24 manat olmaqla, ümumilikdə 12390,5 manat borcu vardır. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizənin təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək rədd olunmasını xahiş etmişdir Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin dövlət sosial müdafiə fonduna olan 5193,79 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin dövlət sosial müdafiə fonduna olan 1583,93 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin dövlət sosial müdafiə fonduna olan 775 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin işsizlikdən sığorta fonduna olan 98,04 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin işsizlikdən sığorta fonduna olan 25,65 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin işsizlikdən sığorta fonduna olan 110,4 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin icbari tibbi sığorta fonduna olan 566,5 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin icbari tibbi sığorta fonduna olan 199,96 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 1148,86 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 2756,44 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 70,63 manat məbləğində borcu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 33,33 manat məbləğində borcu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə 3772,19 manat, dövlət sosial müdafiə fonduna 7333,98 manat, işsizlikdən sığorta fonduna 234,09 manat, icbari tibbi sığorta fonduna 1050,24 manat məbləğində borcu olsa da, sözügedən borclar ödənilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5398/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5398/2023
31.10.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver