Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-540/2025 17.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 20334,62 (iyirmi min üç yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pulun cavabdehdən alınaraq tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə”xx.xx.2022ci il tarixli, 235/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri20334,62 (iyirmi min üç yüz otuz dörd manat altmış iki qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində3(üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 20334,62 (iyirmi min üç yüz otuz dörd manat altmış iki qəpik) manat hissəsini bu günədək ödəməmişdir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, xx.xx.2022-ci il tarixində bağlanılmış 235/2022 № li məhsulların nisyə alqı-satqısı barədə müqavilənin, xx.xx.2022-ci il tarixli, 235 saylı “Məhsulların alqı-satqısı barədə” Müqavilə üzrə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının və xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab olunması, ilk iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC irəli sürdüyü ilkin iddia ərizəsini xx.xx.2022-ci il tarixində bağlanılmış 235/2022 № li məhsulların nisyə alqı-satqısı barədə müqavilə, xx.xx.2022-ci il tarixli, 235 saylı “Məhsulların alqı-satqısı barədə” Müqavilə üzrə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı və xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə əsaslandırmışdır. Lakin bu iddia tələbi həqiqətə uyğun deyildir. İlkin iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməyərək rədd edilməlidir. Belə ki, cavabdeh şirkət iddianı əsaslandırmaq üçün təqdim etdiyi sübutlar qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli məhsulların nisyə alqı-satqısı üzrə 235/2022 № li müqavilə, xx.xx.2022-ci il tarixli 235 saylı “Məhsulların alqısatqısı barədə” Müqavilə üzrə xx.xx.2022-ci il tarixli təhviltəslim aktı, xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə və digər sənədlərdə əksini tapan imzalar iddiaçıya, ümumiyyətlə, məxsus olmamışdır. Bu iddia tələbinin heç bir hüquqi əsasının olmadığını və onun etibarsız olduğunun göstərir. Əqdin ən geniş istifadə edilən növü olan müqavilələr arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əks halda əqd qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı üçün etibarsızlıqla şərtlənir Məhkəmənin diqqətininə çatdıraraq bildirmək istəyirik ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən saxta sənədlər hazırlanaraq iddiaçı üzərindən pul tələb olunub. Bu sənədlər Cavabdeh razılığı olmadan, ümumiyyətlə onun xəbəri olmadan tərtib edilmişdir. Aydındır ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmçinin İddiaçı MMC malları borcluya göndərdiyini bildirsə də, göndərmə üçün zəruri olan elektron qaimə-fakturanı təqdim edə bilməməsi Cavabdeh Bəylər oğluna qarşı qeyd edilən borcun olmadığını təsdiq edən növbəti hüquqi faktlardan sadəcə biridir. Belə ki, Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilir. Belə halda şirkət vergi ödəyicisi olaraq göstərdiyi fəaliyyətə uyğun olaraq elektron qaimə-faktura təqdim etməli idi. Bununla yanaşı İddiaçı MMC-nin qeyd etdiyi borcun mövcud olma halını nəzərdən keçirmiş olsaq, şirkətin elektron qaimə-faktura olmadan irəli sürdüyü tələb başlıca olaraq İddiaçı MMC-nin öz fəaliyyətinin qanunsuzluğunu göstərməklə məsuliyyət yaradır. Belə ki, şirkətin göndərilən mallarla bağlı hüquqi və maliyyə təsdiqini təmin edə bilməməsi İddiaçı MMC-nin vergidən yayınmasının göstəricisidir. Digər tərəfdən təhviltəslim aktındakı sənədə münasibətdə nəzərə çatdırılmalıdır ki, həmin sənəddə qeyd edilən 21639 ədəd "Bizon" adlı enerji içkisinin alıcı tərəfindən qəbul edilməsi əksini tapmış olsa da, bu məlumat reallıqla üst-üstə düşmür. Belə ki, Sabirabad kəndində bu qədər enerji içkisinə tələbatın olması ehtimalı son dərəcə azdır. Kənd yerlərində enerji içkilərinin satışına olan tələbat, şəhər yerləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Bununla yanaşı bu qədər xeyli miqdarda gətirilmiş olan enerji içkisinin anbara sığması, real vəziyyətə uyğun gəlmir. Mövcud anbar ölçüləri və struktur imkanları nəzərə alındıqda, belə bir yükün bir gün ərzində oraya yerləşdirilməsi tamamilə qeyri-mümkündür. Anbarın tutumu, bu qədər miqdarda içkinin saxlanmasına kifayət etmədiyi üçün, bu vəziyyətin reallıqdan çox uzaq olduğu aydın məsələdir. Həmçinin, qeyd etmək lazımdır ki, bu cür böyük miqdarda məhsulun bir gün ərzində anbara yerləşdirilməsi, istehsalçı və distribyutor tərəfindən daşıma, yükləmə və saxlama proseslərinin düzgün təşkil edilməməsi mənasına gəlir. Bu qeyd edilənlər sənədlərin nəinki hüquqi cəhətdən, eyni zamanda real vəziyyətlə də uyğun gəlmədiyini göstərir. Məlumat üçün bildiririk ki, "xxxx" MMC öz işini qanunun tələblərinə uyğun qaydada qurmadığından özünün təyine etdiyi nümayəndələr tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilir və nəticədə onlar tərəfindən mənimsənilmiş pullar ayrıayrı vətəndaşlardan qanunsuz və əsassız olaraq tələb olunur. Məsələylə əlaqədar olaraq, Cəlilabad Rayon prokurorluğuna da şikayət ünvanlamışıq. Ona görə ki, şirkətin dələduzluq yolu ilə həyata keçirdiyi qanunsuz fəaliyyətlə bağlı ciddi araşdırma aparılmalı və hüquqi tədbirlərin görülməlidir. Belə ki, şirkətin hüquq şöbəsinin əməkdaşı da Cavabdeh hüquqi savadsızlıqdan istifadə edərək, qanunsuz olaraq ödənişlərin şəxsi kart hesabına yüklənməsini tələb edir və bununla pulları öz hesabına keçirir. Nəticədə edilmiş ödənişi qeydə almayaraq şişirdilmiş borc məbləğinə edilmiş ödənişlərə uyğun düzəlişlər etmədən, borca dair ödənişlərin aparılmadığını ifadə edərək bu yolla təkrarən şirkətə ödənişin edilməsini təmin edir və Cavabdeh tərəfindən ödənilmiş vəsait isə mənimsənilir Məhkəmə təcrübəsinin vahidliyindən çıxış edərək bildiririk ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Odur ki, indiki məsələ ilə əlaqədar cavabdeh İddiaçı MMC tərəfindən verilmiş ilkin iddia üzrə tələbin heç bir hüquqi əsası olmadığı üçün təqdim edilmiş əqd etibarsız sayılmalı və iddia tələbləri təmin edilmədən rədd edilməlidir.
5. Qarşılıqlı iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixində ilkin təqdim edilmiş “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 235/2022 nömrəli müqavilənin (i.v.39), xx.xx.2022-ci il tarixli “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilənin (i.v. 37), xx.xx.2023-cü il tarixli ərizənin (i.v.38), xx.xx.2022- ci il tarixli təhviltəslim aktının (i.v. 40) və xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 235/2022 nömrəli müqavilənin (i.v.115), xx.xx.2022-ci il tarixli “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilənin (i.v. 114), xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab olunması, ilk iddianın qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İlk iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 17,609 (on yeddi min altı yüz sıfır doqquz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-540/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilələrin, aktların və ərizənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiasının “aktların və ərizənin etibarsız hesab edilməsi” hissəsi məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir.
10. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, 235/2022 nömrəli müqaviləyə görə, satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 20334,62 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır, alıcı isə bu məhsulları nisyə (borc) olaraq qəbul edir.
13. Müqavilənin 3-cü bəndinə görə alıcı satıcıya 20334,62 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
14. İddiaçı MMC (kreditor) ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2022-ci il tarixli “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə görə, kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 20334,62 manat məbləğində borcunun yarandığı müəyyən olunmuşdur.
15. Müqavilənin 2.1-ci bəndinə görə, borclu borc məbləğini müqavilə bağlandıqdan sonra hər ay 6778,20 manat olmaqla xx.xx.2023-cü il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür.
16. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə 20334,62 manat məbləğində mallar xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh təhvil verilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 4/414 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, işin 37-ci vərəqində olan 07 dekabr 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd “müqavilə” də “borclu” qrafasında olan imza; işin 38-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “ərizə”də “imza” qrafasında olan imza; işin 39-cu vərəqində olan xx.xx.2022-ci il tarixli 235/2022 nömrəli (məhsulların nisyə alqı-satqısı barədə) “müqavilə”də “alıcı” qrafasında olan imza; işin 40-cı vərəqində olan xx.xx.2022-ci il tarixli 235 saylı, təhvil-təslim “aktın” da “təhvil aldı: alıcı” qrafasında olan imza-X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2025-ci il tarixli, 4/851 nömrəli ekspert rəyinə əsasən məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, 235/2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə (i.v 115) “alıcı” qrafasından aşağıda yerləşən imza, 07 dekbar 2022ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə (i.v 114), “borclu” qrafasından aşağıda yerləşən “F/Ş:” qrafasındakı imza; xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında “təhvil aldı:” qrafasından aşağıda “alıcı:” qrafasındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur.
19. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.
20. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”.
22. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
27. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
29. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
30. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.
31. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.
32. Qarşılıqlı iddiaçı qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
33. Belə ki, məhkəmə araşdırması zamanı müqavilələrin iki nüsxədə olması, ilk iddiaçı tərəfindən ilkin olaraq təqdim edilmiş nüsxələrin digər şəxs tərəfindən imzalanması, ikinci nüsxələrinin isə qarşılıqlı iddiaçı tərəfindən imza edildiyi ekspert rəyləri ilə müəyyən edilmişdir.
34. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
35. Bundan əlavə, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən həmin müqavilə üzrə ilk iddiaçıya müxtəlif tarixlərdə ödənişlər edilmişdir.
36. Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
37. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
38. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.
39. Məhkəmə ilk iddia ərizəsinin təmin edilməli olması qənaətinə gəlir.
40. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 235/2022 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
42. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
43. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
44. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
45. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
46. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
47. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra edərək ümumi dəyəri 20334,62 manat dəyərində malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam şəkildə icra etməmiş, satın alınmış malların bir qisminin dəyəri ödənilməmişdir.
48. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddiaçı hazırda qalıq 17609 manat borcun ödənilməsini tələb etməklə haqlıdır.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehdən 17609 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən iş üzrə ödənilmiş 142,83 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 8,17 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia təmin edilmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
52. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri 262 manat təşkil edir.
53. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci iddiaçıdan, 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddia ərizəsi təmin edilsin. Cavabdeh 17609 manat məbləğində pul, 142,83 manat dövlət rüsumu, ümumilikdə 17751,83 (on yeddi min yeddi yüz əlli bir manat səksən üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 8,17 (səkkiz manat on yeddi qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızılığı” tələbinə dair qarşılıqlı iddiasi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci İddiaçı MMC-dən, 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova