Məhkəmə qərarları › İş №e-2-2(113)-5401/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5401/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5401/2021 03.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı Qanuni nümayəndə1 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə1 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2019-cu il tarixli, s/01 nömrəli iaşə xidmətləri müqaviləsi üzrə yaranmış 15217,65 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 1748,35 manat məbləğində pul vəsaitinin, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətini göstərilməsinə görə 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı Qanuni nümayəndə1 MMC-nin bank hesabına birdəfəlik köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 sentyabr 2019-cu il tarixdə, Cavabdeh MMC ilə iddiaçı Qanuni nümayəndə1 MMC arasında S/01 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq, iddiaçı Qanuni nümayəndə1 MMC Cavabdeh MMC-yə yüksək səviyyədə keyfiyyətli qidalanmasının təşkili üzrə iaşə xidmətlərinin göstərilməsini həyata keçirməyi və Cavabdeh MMC isə öz növbəsində iddiaçı Qanuni nümayəndə1 MMC-nin göstərdiyi xidmətlərin dəyərini müqavilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq, Cavabdeh MMC xidmət haqqı ödəmək öhdəliyini götürmüşdür. Məhkəmənin nəzərinə çatdırırlar ki, cavabdehə göstərilmiş xidmətlərə görə 5721,60 manat məbləğinə dair 03.10.2019-cu il tarixli VN/001 saylı hesab-fakturası və 9496,05 manat məbləğinə dair 04.10.2019-cu il tarixli, VN/002 saylı hesab-faktura təqdim edilmişdir. 17.05.2021-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC 15217,65 manat məbləğində əsas borcun olduğunu etiraf etmişdir. Eyni zamanda 02.09.2020-ci il tarixli elektron məktuba əsasən də borcu bir daha etiraf etmişdir. Lakin cavabdeh şirkət və onun rəhbəri qeyd olunan borcu bugünə qədər ödəməmişdir və ödəməkdən yayınır.Eyni zamanda borc öhdəliyi bugünə qədər yerinə yetirmədiyi üçün Cavabdeh MMC-nin hərəkət və hərəkətsizliyi nəticəsində 05.10.2021-ci il tarixi daxil olmaqla 1748.25 manat əldən çıxmış fayda kimi ziyan vurmuşdur. 27.07.2021-ci il tarixdə cavabdehə birinci pretenziya məktubu göndərilmişdir. 06.09.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu cavabdehə göndərimişdir. Mediaator X2 27.09.2021-ci il tarixdə, saat 12:50-də ilkin medaisiya sessiyasını təyin etmiş, lakin cavabdeh birmənalı olaraq iştirak etməkdən imtina etmişdir. Bununla bağlı mediatordan rəsmi arayış alınmış və ilkin mediasiya prosesi üçün müəyyən edilmiş 200 manat rüsum ödənilmişdir. . Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi borcun olduğunu təsdiq etmiş, pandemiya ilə əlaqədar biznes fəaliyyətinin dayandığından ödənişləri həyata keçirə bilmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Qanuni nümayəndə1 MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 24 sentyabr 2019-cu il tarixdə S/01 saylı iaşə xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Zərifə Əliyeva 2/4 ünvanında yerləşən Sirovarnya Baku adlı obyektdə sifarişçiyə yüksək səviyyədə keydiyyətli qidalanmasının təşkili üzrə iaşə xidmətlərinin göstərilməsini həyata keçirəcək, sifarişçi öz növbəsində icraçının göstərdiyi xidmətlərin dəyərini müqavilə ilə müəyyən olunmuş şərtlərlə ödənilməsini təmin edəcək. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən icraçı xidmətlərin göstərilməsinə 24 sentyabr 2019-cu il tarixdən etibarən başlayacaq və 24 sentyabr 2020-ci il tarixində bitəcək. 5.1-ci maddəsinə görə şirkət icraçıya bu müqaviləyə uyğun olaraq təhvil-təslim aktı və icraçı tərəfindən təqdim olunan müvafiq hesab-faktura əsasında xidmət haqqı 10 iş günü ərzində ödəyəcək. Tərəflər arasında başqa razılıq əldə olunmayıbsa, şirkət xidmət haqqının ödənilməsini icraçıya bank hesablaşma qaydasında həyata keçirəcəkdir. 8.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və ya əlaqədar olan bütün mübahisələrin həllində tərəflər arasında razılıq əldə olunmadıqda, həmin mübahisələr Azərbaycan Respublikasının məhkəmələrinin həllinə veriləcək. Müqavilə sifarişçinin imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. -Qanuni nümayəndə1 MMC tərəfindən ƏDV daxil 5721,60 manat məbləğində xidmətlərin göstərilməsinə dair 24.10.2019-cu il tarixli, EBAB seriyalı, 597675 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir -Qanuni nümayəndə1 MMC tərəfindən ƏDV daxil 9496,05 manat məbləğində xidmətlərin göstərilməsinə dair 24.10.2019-cu il tarixli, EBAB seriyalı, 598364 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir -Qanuni nümayəndə1 MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 03.10.2019-cu il tarixli VN/001 saylı hesab-fakturda göstərilmiş iaşə xidmətinin dəyəri ƏDV daxil olmaqla 5.721,60 manat qeyd edilmişdir. -Qanuni nümayəndə1 MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 04.10.2019-cu il tarixli VN/002 saylı hesab-fakturada göstərilmiş iaşə xidmətinin dəyəri ƏDV daxil olmaqla 9496,05 manat qeyd edilmişdir. -Qanuni nümayəndə1 MMC ilə Cavabdeh MMC arasında 17.05.2021-ci il tarixli üzləşdirmə aktında Cavabdeh MMC Qanuni nümayəndə1 MMC-yə 17.05.2021-ci il tarixə əsas məbləğdən 15217,65 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Qanuni nümayəndə1 tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 5 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda Qanuni nümayəndə1 MMC-nin məhkəmədə iddia qaldıraraq, öz hüquqlarını qanunvericiliyə uyğun tələb edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Qanuni nümayəndə1 MMC ilə Cavabdeh MMC arasında 24 sentyabr 2019-cu il tarixli S/01 saylı iaşə xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Qanuni nümayəndə1 MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə iaşə xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətlərin haqqını ödəməmiş, nəticədə iddiaçıya 4.860,00 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə iddiaçı Qanuni nümayəndə1 MMC-yə 15217,65 manat məbləğində borcunun yarandığını, iddiaçı Qanuni nümayəndə1 MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehdən 15217,65 manat məbləğində əsas borc tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində əldən çıxmış faydaya görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən AR Mərkəzi Bankının bank uçot dərəcəsi ilə hesablanmış 1748,35 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 141 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 180 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 24.09.2019-cu il tarixli, s/01 saylı iaşə xidmətləri müqaviləsi üzrə 15.217,65 manat (on beş min iki yüz on yeddi manat, altmış beş qəpik) məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 180 (yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq Qanuni nümayəndə1 MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyevaİnvestisiya Korporasiyası” ASC-yə göndərilmişdir.edilərək eitəsilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar