Məhkəmə qərarları › İş №e-2-2(113)-5402/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5402/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5402/2024 19.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC -nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İdddiaçı İddiaçı ASC-nin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 298,77 manat, cərimə sanksiyası olaraq 29, manat pulun (cəmi 328,64 manat ) və ödənilmiş 30,00 manat dövlət rüsumunun Cavabdehndən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 10 sentyabr tarixli SA-16 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Cavabdeh (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASCyə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 33 000,00 (otuz üç min) manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Sifarişçi Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək İcraçının Müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bildiririk ki, 2020-ci il 10 sentyabr tarixli SA-16 saylı müqavilə üzrə öhdəliyimizin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Belə ki, 2020-ci il 10 sentyabr tarixli SA-16 saylı müqavilə üzrə 27917,23 manat (ƏDV daxil) dəyərində ərzaq məhsulları Cavabdehnə təhvil verilmişdir. Lakin, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş 298,77 manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 298,77 manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən Sifarişçi üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, İcraçı hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər.

3. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, “Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etirz onunla əsaslandırılmışdır ki, "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti” ilə Azərbaycan Tibb Uni¬versiteti arasında ərzaq məhsullarının satın alınması barədə xx.xx.2020-ci il tarixli SA-16 nömrəli müqavilə bağlanılmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən ATU-ya ümumi məbləği 33000 manat məbləğində ərzaq məhsulları verməli idi. Həmin ərzaq məhsulları ATU-nun Onkoloji Klinikasının pasiyentlərinin ərzaqla təmin edilməsi üçün nəzərdə tutulurdu. Təmin ediləcək ərzaq məhsullarının siyahısına 1-ci növ buğda unundan bişirilmiş ağ çörək də daxil idi. Nəzərinizə çatdırırıq ki, ATU-nun Onkoloji Klinikası dövlət büdcəsindən maliyyələşir və bütün maliyyə prosedurları X3 tərəfindən nəzarət və icra olunur. Tərəflər arasında bağlanılmış müqaviləyə əlavə olan 1 N-li cədvələ əsasən 1- cı nov buğda unundan bişirilmiş ağ çörəyin 1 kq-nın qiyməti ƏDV-dən azad məhsul kimi 0,72 manat qeyd edilmişdir. Lakin, iddiaçının təqdim etdiyi elektron qaimələrdə həmin çörəyin qiyməti 0.836 manat tərəfimizdən ödənilməsi tələb olunmuşdur X1 8 saylı Xəzinədarlıq İdarəsi həmin vaxt 1-ci növ buğda unundan bişirilmiş ağ çörəyin dövlət tərəfindən qoyulmuş qiyməti 0,69 manat olduğunu əsas gətirərək, iddiaçının təqdim etdiyi elektron qaimələrdə göstərilən çörəyin qiyməti ( 0,836 manat) ilə razılaşmamış və həmin çörəyin 1kq qiyməti 0,69 manat nəzərə alaraq ödənişini icra etmişdir. İddiaçı ASC tərəfindən 1-ci növ buğda unundan bişirilmiş ağ çörəyin qiymətinin normadan artıq göstərildiyi üçün bizə verilmiş 1-cı nov buğda unundan bişirilmiş ağ çörəyə görə illik 298.80 manat borc yaranmışdır Bununla bağlı iddiaçıya tərəfimizdən xx.xx.2022-ci il tarixli xx-xx/2159 nömrəli məktubla bildirilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək,iddia ərizəsinin təmin eidlməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı ASC (“icraçı”) ilə Cavabdeh (“sifarişçi”) arasında imzalanmış xx.xx.2020-ci il tarixli SA-16 nömrəli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən Sifarişçi Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: - 1.3.1-ci bəndinə əsasən satınalan təşkilatlarla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış Müqavilə əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiymət cədvəli (1 nömrəli cədvəl); - 1.3.2-ci bəbdinə əsasən bağlanılmış Müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim eqilməsi cədvəli (2 nömrəli cədvəl). - 2.1.3-cü bəndinə əsasən sifarişçi bu ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin növbətiayın 10-dək icraçıya ödənilməsini təmin edir; - 9.1-ci bəndinə əsasən İcraçı bu Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirmədikdə (gecikdirdikdə) və ya tədarük edilmiş ərzaq məhsulu keyfiyyətsiz olduqda, Sifarişçi digər hüquqlara ziyan vurmadan həmin miqdarda məhsulun dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. 10 sentyabr 2020-ci il tarixli 01 saylı Cədvəldə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış Müqaviləyə uyğun olaraq alınacaq ərzaq məhsullarının ümumi məbləği 33 000 manat məbləğində razılaşdırılmışdır.Cədvəl hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. 10 sentyabr 2020-ci il tarixli 02 saylı Cədvəldə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təqdim eqilməsi müəyyən olunmuşdur. Cədvəl hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında aktda cavabdehin iddiaçıya 352,19 manat məbləğində borcu müəyyə olunur.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

13. İddiaçı tərəfindən cavabdehə EBAY 041358 saylı xx.xx.2021-ci il tarixli 177,12 manat,EBAZ 492698 saylı xx.xx.2021-ci il tarixli 124,56 manat,EBBB 053187 saylı xx.xx.2021-ci il tarixli 329,32 manat,EBBC 531828 saylı xx.xx.2021-ci il tarixli 169,37 manat,EBBF 673985 saylı xx.xx.2021-ci il tarixli 205,17 manat,EBBH 379232 saylı xx.xx.2021-ci il tarixli 175,89 manat,EBBK 043167 saylı xx.xx.2021-ci il tarixli 204,92 manat,EBBL 594054 saylı xx.xx.2021-ci il tarixli 204,92 manat,EBBN 304676 saylı xx.xx.2021-ci il tarixli 167,28 manat,EBBO 682600 saylı xx.xx.2021-ci il tarixli 209,10 manat məbləğində elektron qaimələr göndərilmişdir.

14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli 04 saylı razılaşmaya əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli, SA-16 saylı müqavilənin 7.2,-ci bəndinin tələbinə uyğun olaraq müqaviləyə əlavə olunmuş 1 nömrəli cədvəldə göstərilən bəzi ərzaq məhsullarının qiymətləri xx.xx.2021-ci il tarixdən dəyişiklik edilmişdir.Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

15. İddiaçı ASC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda yaranmış borcun 5 gün ərzində ödənilməsini tələb etmişdir. V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında 10 sentyabr 2020-ci il tarixli, SA-16 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən "icraçı” "sifarişçi"nin tapşırığı əsasında siyahısı müqaviləyə Əlavə 1 -də göstərilən malları cavabdehə təhvil verməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təhvil verilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı ASC-yə olan əsas borcu 298,77 manat təşkil edir. Cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya 298,77 manat borcunun qalması, iş materiallarına əlavə edilmiş müqavilə, elektron qaimələr, qiymətlərin razılaşdırılması barədə protokol, həmçinin borca dair aktla təsdiq olunur.

22. Belə olan halda məhkəmə mübahisəli xidmət müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən təhvil verilmiş mallara görə haqq olan 298,77 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdehndən 298,77 manat tutularaq “İddiaçı ASC-yə ödənilməlidir.

23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 29,87 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdehndən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir.

27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

28. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 298,77 manat, cərimə sanksiyası olaraq 10 manat pul (cəmi 308,77 manat ) və ödənilmiş 30,00 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar