Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5407/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, 21/008 saylı və xx.xx.2023-cü il tarixli, Mİ/MV-2505/23 saylı alqı-satqı müqavilələri bağlanmışdır.
2. xx.xx.2023-cü il tarixli, Mİ/MV-2505/23 saylı müqavilənin predmetinə əsasən, Satıcı (iddiaçı) hazırkı Müqavilənin ayrılmaz hissəsi sayılacaq X2 (Əlavələrdə) göstərilən malları Alıcıya (cavabdehə) satır. Alıcı isə öz növbəsində alınan Malların dəyərini razılaşdırılmış qiymətlərə asasan Satıcıya ödəyir. Həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə əsaəsn, maln növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri X3 ilə müəyyən olunur. 2.2. 2.1-ci bəndinə əsasən, Malların qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 (Əlavələrdə) ilə müəyyənləşdirilir. 2.1. 2.2-ci bəndinə əsasən, Mallar Satıcının ünvanında Alıcıya təhvil verilir. 2.2. 4.1-ci bəndinə əsasən, X4 Protokolu hər iki Tərəfin səlahiyyətli nümayəndəsi tərəlindən imzalanıb möhürlənərək qüvvəyə mindikdən sonra 7 təqvim günü ərzində Malları Alıcıya təhvil verməyi öhdəsinə götürür. 2.3. 4.2-ci bəndinə əsasən, Alıcı Mallara görə Satıcı tərəfindən təqdim edilmiş hesabfakturalara və elektron qaimə-fakturalara uyğun olaraq aldığı Malların dəyərini Satıcının bu Müqavilədə göstərilən və ya Satıcı tərəfindən müəyyən edilən Satıcının digər bank hesabına ödəyir. 2.4. 4.4-cü bəndinə əsasən, Mallar Tərəflər arasında elektron qaimə-faktura və ya imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir.
3. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, Mİ/MV-2505/23 saylı alqı-satqı müqaviləsi üzrə - 13402,47 manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli; 8284,42 manat manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli, 26774,79 manat və 18659,57 manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli, 1135,63 manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli, 6551,65 manat (ümumilikdə: 74808,53 manat) məbləğində mallara dair xx.xx.2023-cü il tarixli X3 tərtib edilmiş, hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
4. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, Mİ/MV-2505/23 saylı alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi haqqında (ƏDV daxil) - 13402,47 manat məbləğində xx.xx.2023-cü il tarixli, 8284,42 manat məbləğində xx.xx.2023-cü il tarixli, 26774,79 manat və 18659,57 manat məbləğində xx.xx.2023-cü il tarixli, 1135,63 manat məbləğində xx.xx.2023-cü il tarixli, 6551,65 manat məbləğində (ümumilikdə: 74808,53 manat) xx.xx.2023-cü il tarixli aktlar imzalanmış, hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. Ərizəçi tərəfindən cavabdehə ünvanlanmış elektron qaimələr ilə qeyd edilən məbləğlər təsdiq edilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı xx.xx.2021-ci il tarixli 21/008 nömrəli və xx.xx.2023-cü il tarixli Mİ/MV 2505/23 nömrəli alğı-satqı müqavilələrinə əsasən yaranmış 48041.28 manat məbləğində borcun, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş 235 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 21/008 nömrəli və xx.xx.2023-cü il tarixli Mİ/MV 2505/23 nömrəli alğı-satqı müqavilələri bağlanmışdır. müvafiq alğı-satqı müqavilələrinin predmetinə əsasən İddiaçı, yəni X5 Protokollarında göstərilən malları Alıcıya satır, Cavabdeh, yəni Alıcı isə razılaşdırılmış qiymətə əsasən hesablanmış məbləği Satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. İş materiallarına əlavə edilmiş EBDH 015916 nömrəli xx.xx.2023-cü il, EBDİ 480470 nömrəli xx.xx.2023-cü il, EBDİ 562868 nömrəli xx.xx.2023-cü il, EBDİ 523676 nömrəli xx.xx.2023-cü il, EBDJ 783877 nömrəli xx.xx.2023-cü il tarixli və EBDS 193145 nömrəli xx.xx.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, müqavilə üzrə müəyyən edilmiş məhsullar tərəfimizdən verilmiş və qarşı tərəf qəbuletmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 902.84 manat əsas borc, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 7020.69 manat əsas borc, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına əsasən 15.813 manat və 22690.50 manat əsas borc, xx.xx.2023-cü il tarixli təhviltəslim aktına əsasən 962.40 manat əsas borc, xx.xx.2023-cü il tarixli tarixli təhvil-təslim aktına əsasən isə 552.25 manat əsas borc və 99.40 manat ƏDV olmaqla ümumi 48041.28 manat ümumi borc müəyyən edilmişdir. Beləliklə, Cavabdeh alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır və müqavilə üzrə yaranmış borcunu İddiaçıya ödəməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
8. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmışasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ:
23. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
26. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
27. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, Mİ/MV-2505/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən, Satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq X2 göstərilən malları Alıcıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, Mİ/MV-2505/23 saylı alqı-satqı müqaviləsi üzrə 13402,47 manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli; 8284,42 manat manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli, 26774,79 manat və 18659,57 manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli, 1135,63 manat məbləğində mallara dair xx.xx.2023-cü il tarixli, 6551,65 manat (ümumilikdə: 74808,53 manat) məbləğində mallara dair xx.xx.2023-cü il tarixli X3 tərtib edilmiş və hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İş matriallarına əlavə edilməklə hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş təhviltəslim aktları, habelə iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrlə X1 razılaşdırılmış malların cavabdehə təhvil verilməsi təsdiq edilmişdir.
28. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, müqavilə ilə razılaşdırılmış avadanlıqları cavabdehə təhvil verməklə bağlı öhdəliyini yerinə yetirmişdir.
29. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən alınan malların dəyərinin tam ödənilməsinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malalrı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
30. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin cavabdehdən tutulması hissəsində əsassızdır. Belə ki, cavabdeh 500 manat məbləğində hüquqi xidmət xərcinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, bu faktı təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
31. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 235 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli Mİ/MV 2505/23 nömrəli alğı-satqı müqaviləsinə əsasən yaranmış 48041,28 manat əsas borc və ödənilmiş 235 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı