Məhkəmə qərarları › İş №e-2-2(113)-542/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-542/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-542/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Bailar Piriyevin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 78329,58 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub, "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, şirkətləri "İddiaçı" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli HA 001/0419 saylı müqaviləyə əsasən 78329,58 manat borc yaranmışdır. Malların vaxtında təqdim edilməsinə baxmayaraq borclarını baglamayıblar. Dəfərələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Bailar Piriyev iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxx 2019-cu il tarixli, HA-001/0419 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - İddiaçı MMC razılaşma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (dəmir beton boru) alıcıya - Cavabdeh MMC-yə təhvil verməyi (satmağı), Alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödənilməsi şərti ilə təhvil almağı öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilən EBAE seriyalı 901878 nömrəli, xx.xx.2020-ci il tarixli və EBAG seriyalı 950697 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələrdən və hesab fakturalardan görünür ki, İddiaçı MMC ümumi dəyəri 78329,58 manat (ƏDV daxil) məbləğində olan müxtəlif adda mallar alıcı Cavabdeh MMC-yə satılmışdır. xx.xx.2020-xx.xx.2020-ci il tarixli dövrü əhatə edən qarşılıqlı hesablaşmalar aktından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh MMC İddiaçı MMC-yə cəmi 78329,58 manat (ƏDV daxil) məbləğində borcu olduğunu təsdiq etmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələri). Göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 78329,58 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 78329,58 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 78329,58 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar