Məhkəmə qərarları › İş №e-2-2(113)-5424/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5424/2022

27.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5424/2022 27.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 2726,31 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 132,71 manat, İşsizlikdən Sığorta Fonduna olan 2,74 manat, İcbari Tibbi Sığorta Fonduna olan 8,12 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 3344,92 manat, İşsizlikdən Sığorta Fonduna olan 5,74 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA3021163) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 2726,31 manat (o cümlədən vergilər üzrə 2368,81 manat, faizlər üzrə 357,5 manat), Dövlət Sosial Müdafiə Fonduna 132,71 manat, İşsizlikdən Sığorta Fonduna 2,74 manat, İcbari Tibbi Sığorta Fonduna 8,12 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 3344,92 manat (o cümlədən vergilər üzrə 3108,95 manat, faizlər üzrə 235,97 manat), İşsizlikdən Sığorta Fonduna 5,74 manat olmaqla, ümumilikdə, 6220,54 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********101100, xx.xx.2019-cu il tarixli **********878800, xx.xx.2022ci il tarixli **********476700, xx.xx.2021-ci il tarixli **********378700, xx.xx.2022-ci il tarixli **********151400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi ərizədə qeyd olunmuş borcları tam ödədiyini bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəridir "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 11070,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 132,7 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 2,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 8,11 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC-dən işsizlikdən sığorta haqqı üzrə 10.80 manat, icbari tibbi sığorta haqqı üzrə 14.82 manat, dövlət sosial sığorta haqqı üzrə 123 manat, vergilər üzrə 3165.31 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 6790,37 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 6,52 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMC-dən vergilər üzrə 4628.92 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərin surətindən görünür ki: - 970147936 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 2500 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970667371 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 230 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970823775 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidməti-DSMF-yə xx.xx.2022-ci il tarixdə 135 manat məbləğində (büdcə təsnifat kodu 121211-muzdla işləyənlərin əməkhaqlarından sosial ayırmalar- hüquqi şəxslər üzrə) ödəniş edilmişdir. - 970685057 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidməti-DSMF-yə xx.xx.2022-ci il tarixdə 3 manat məbləğində (büdcə təsnifat kodu 123100-işsizlikdən sığortaya ayırmalarişəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üzrə) ödəniş edilmişdir. - 970820105 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidməti-İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xx.xx.2022-ci il tarixdə 9 manat məbləğində (büdcə təsnifat kodu 124170- digər işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı üzrə) ödəniş edilmişdir. - 970677389 nömrəli mədaxil qəbzinə "xxxx" MMC (VÖEN: **********) Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 2345 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970681156 nömrəli mədaxil qəbzinə "xxxx" MMC (VÖEN: **********) Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 845 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970847593 nömrəli mədaxil qəbzinə "xxxx" MMC (VÖEN: **********) Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 70 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970850927 nömrəli mədaxil qəbzinə "xxxx" MMC (VÖEN: **********) Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 33 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970856832 nömrəli mədaxil qəbzinə "xxxx" MMC (VÖEN: **********) Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 4.90 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970853876 nömrəli mədaxil qəbzinə "xxxx" MMC (VÖEN: **********) Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 44 manat məbləğində (büdcə təsnifat kodu 111213-digər hüquqi şəxslər üzrə mənfəət vergisi ) ödəniş edilmişdir. - 970826195 nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidməti-DSMF-yə xx.xx.2022-ci il tarixdə 10 manat məbləğində (büdcə təsnifat kodu 123100-işsizlikdən sığortaya ayırmalarişəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üzrə) ödəniş edilmişdir. "xxxx" MMC və "xxxx" MMC-nin şəxsi hesab vərəqələrində qeyd olunan dövlət büdcəsinə olan borc məbləği maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin əsası kimi ərizədə qeyd olunan məbləğdən çox olduğundan məhkəmə hüquqi müəyyənlik və qanunçuluq prinsipinin tələbləri baxımından ərizəninin dəqiqləşdirilməsini və hüquqi şəxslərin ərizədə qeyd olunan dövlət büdcəsinə olan borc məbləğinin hansı dövrə aid olduğunun aydınlaşdırılmasını ərizəçiyə təklif etmiş, lakin ərizəçi ərizəsini dəqiqləşdirməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ərizədə qeyd olunan vergi, məcburi sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə borclarını, "xxxx" MMC ərizədə qeyd olunan vergi və işsizlikdən sığorta haqqı üzrə borclarını ödəmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC və "xxxx" MMC ərizədə qeyd olunan borc məbləğlərini ödədiyindən həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: - 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə hüquqi şəxslər ərizədə qeyd olunan borc məbləğlərini ödədiyindən vergi ödəyicisi olan maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuna uyğun deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - Həmin Məcəllənin 355-7.3.-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar