Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-543/2020 17.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 6774,66 manat məbləğində borcun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bele əsaslandırmışdır ki, Cavabdeh MMC xx xxxxxx 2019-cu il tarixdən bu günə kimi iddiaçıdan 21737,02 manat (ƏDV 18% daxil olmaqla) dəyərində mal almış və bu dövr ərzində borcundan cəmi 14962,36 manat olmaqla 12002 manat bank hesabımıza, 2960,36 manat isə ƏDV depozit hesabına ödəniş etmişdir. Hal-hazırda cəmi 6774,66 manat olmaqla 6419,20 manat əsas məbləğ üzrə və 355,46 manat ƏDV üzrə borcu yaranmışdır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Alıcı) ilə İddiaçı MMC (Satıcı) arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli, 005/19 nömrəli müqavilədən görünür ki, Satıcı Alıcının sifarişi ilə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 göstərilən məhsulların satışını həyata keçirir, Alıcı isə öz növbəsində bu məhsulları qəbul edib, onun dəyərini bu müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 815792 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 12076,12 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. xx.xx.2019-cu il tarixli, 236564 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 9660,90 manat məbləğində malı Cavabdeh MMC-yə satmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 567 və 600.1-ci maddələri). Göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 6774,66 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6774,66 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-543/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-543/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver