Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-543/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 3686 manat 33 qəpik məbləğində əsas borcun, 60 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin və 7,26 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 087 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Belə ki, 553518 nömrəli, xx.xx.2020ci il tarixli, 477398 nömrəli, xx.xx.2021-ci il tarixli, 641184 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə faktura sənədlərinə əsasən ümumi dəyəri 6882,23 manat olan inşaat materialları cavabdehə təhvil verilmişdir. Malların dəyərindən 3442,33 manat ödənilmişdir. Daha sonra xx.xx.2020-xx.xx.2021-ci il dövrü üzrə qalıq debitor borcun müəyyənləşdirilməsi məqsədilə Tərəflər arasında üzləşdirməaktı imzalanmışdır. xx.xx.2021-ci il tarixli akta əsasən Cavabdeh İddiaçı MMC-ə 3439,90 manat məbləğində qalıq borcun olduğunu təsdiq etmişdir. Cavabdehin növbəti sifarişi ilə 298520 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura sənədinə əsasən 2381,24 manat dəyərində sement məhsulları ona təhvil verilmişdir. Müəyyən ödənişlər həyata keçirildikdən sonra cavabdehin yekunda müəssisəyə 3686,33 manat məbləğində qalıq borcu qalmışdır. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2022ci il tarixdə pretenziya məktubu elektron qaydada cavabdehin müvafiq icra hakimiyyəti orqanında yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin xx.xx.2022-ci il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-ə 3686,33 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh satılan mallara görə xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən 3439,90 manat məbləğində qalıq borcu olmuş, lakin buna baxmayaraq cavabdehin növbəti sifarişi ilə 298520 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən əlavə 2381,24 manat dəyərində sement məhsulları təhvil verilmiş və hal-hazırda Cavabdeh cəmiyyətə 3686,33 manat məbləğində qalıq borcu qalmışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin tam təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 087 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 553518 nömrəli 1977,68 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 477398 nömrəli 2220,76 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 641184 nömrəli 2683,79 manat məbləğində elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh ümumilikdə 6882,23 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci tarixli EBBE seriyalı 298520 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh 2381,24 manat məbləğində mal satmışdır. 26 mart 2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış üzləşdirmə aktından görünür ki, Cavabdeh iddiaçıya 3439,90 manat məbləğində borcu vardır. 18 noyabr 2022-ci il tarixli MŞB/11-01137 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 60 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, tərəflərin arasında davamlı münasibətlər olmuş Cavabdeh 6882,23 manat məbləğində mal satılmış, həmin malların dəyərinin bir qismi ödənilmiş, xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən 3439,90 manat məbləğində ödənilməmiş qalıq borcu qalmış, lakin buna baxmayaraq cavabdehin növbəti sifarişi ilə əlavə 2381,24 manat dəyərində sement məhsulları cavabdehə təhvil verilmiş və hal-hazırda Cavabdeh cəmiyyətə 3686,33 manat məbləğində qalıq borcu qalmış, yəni iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə 3686,33 manat məbləğində vəsaiti ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3686,33 əsas borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3686,33 manat əsas borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-543/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-543/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver