Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-543/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, podrat, xidmət müqaviləsi, illik 5%, cərimə) X9 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri, Nümayəndə və Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən onun xeyrinə 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə yaranmış 39412 manat (ƏDV daxil) məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1970,60 manat pulun, 3941,20 manat məbləğində cərimənin, cəmisi 45323,80 manat məbləğində pulun tutulması, 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə yaranmış 93225,43 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 4661,28 manat pulun, 8436,04 manat məbləğində cərimənin, cəmisi 106322,75 manat məbləğində pulun tutulması, 400 manat məbləğində mediasiya xərcinin va 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, Sifarişçinin sifarişinə əsasən İcraçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən formada vaqonların rənglənməsi və qumlanması işlərinin (bundan sonra “İşlər” adlanacaq) Müqaviləyə müvafiq qaydada yerinə yetirməyi, Sifarişçi isə öz növbəsində Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilən İşlərin nəticəsini təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini İcraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10.1-ci bəndinə görə, Müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 216 648 manat təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 olaraq qoşulmuşdur. Həmin müqavilənin 10.2-ci bəndinə görə, Müqavilə üzrə ödənişlər icraçı tərəfindən faktiki olaraq həyata keçirilən İşlər üzrə Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında 15 bank günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 10.4-cü bəndinə görə, Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında Sifarişçinin əlavə ödəniş etməli olduğu müəyyən olunarsa həmin ödəniş 15 bank günü müddətində İcraçıya ödənilir. Həmin müqavilənin 23.2-ci bəndinə görə, mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 təqvim günü müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilməlidir. Müqaviləyə görə cəmi 90 vaqona qeyd olunan xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Tender zamanı qiymətləndirmə aparılarkən onlar da məhz 90 vaqona xidmətlərin göstəriləcəyi nəzərə alaraq qiymət təklifini hazırlamışdır. Şirkətdaxili hesablarmalarına görə gəlir əldə etməyi üçün ən azı 55 vaqona xidmət göstərməyi vacib idi. Bundan az xidmət göstəriləcəyi halda onların bu işin təşkili üçün çəkdiyi ümumi xərclər bu vaqonlar üzrə hesab təqdim edə biləcəyi məbləğdən daha çox olacaqdı. Belə olan halda iddiaçı 2022-ci il ərzində mütləq şəkildə qarşılarına məqsəd qoymuşdur ki, müqavilədə qeyd olunan 90 ədəd vaqonun qumlanması, astarlanması və rənglənməsi xidmətləri başa çatdıracaqlar. Ancaq əfsuslar olsun ki, fevral ayından bu günə qədər onlar ümumilikdə cəmi 6 vaqona xidmət göstərə bilmişlər. Bunlardan da cəmi 4 vaqonu, çox böyük zəhmətlə, təkrar işləmələrlə və "xxxx" QSC-nin təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırıb xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktı ilə "xxxx" QSC-nin nümayəndələrinə təhvil vermişdir. Belə vəziyyətin yaranmasının əsas səbəbi "xxxx" QSC tərəfindən öz öhdəliklərinin yerinə yetirməməsi olmuşdur. Belə ki, müqaviləyə əsasən vaqonlara xidmətlərin göstərilməsi üçün astar, boya, həlledici maddə, sərtləşdirici maddə, skoç, qoruyucu kağızlar, cilalayıcı kağızlar kimi materialları Sifarişçi, yəni "xxxx" QSC tərəfindən təqdim olunmalı idi. Əfsuslar olsun ki, "xxxx" QSC tərəfindən onların nümayəndələrə təqdim olunan astar, boya, kimyəvi məhlulların hamısının istifadə müddəti bitmişdir. Dəfələrlə bu barədə cavabdehin nümayəndələrinə iradlar bildirilmiş və buna dair “email”lər göndərilmişdir. Lakin ən yaxşı halda, 6 il istifadə müddəti bitmiş astar əvəzinə onlara "xxxx" QSC tərəfindən 1 il istifadə müddəti bitmiş material təqdim olunurdu. Qumlama işini başa çatdırıb, astarın gecikməsi səbəbilə astar vura bilmədiklərinə görə metal yenidən pas atmağa başlayırdı, bu da əlavə qumlamanı tələb edirdi. İddiaçı tərəfindən bir neçə vaqon bir neçə dəfə təkrar qumlanır və bir neçə dəfə də astarlanırdı. Bundan başqa "xxxx" QSC tərəfindən iddiaçı tərəfə təqdim edilmiş bir neçə vaqon çürük deşiki olduğuna görə onlar üzərində iş aparmaq ümumiyyətlə mümkün deyildi, çünki bu vaqonlar qumlamadan öncə suvaq olunmalı idi. Bu iş müqavilədən kənar məsələ olduğu üçün məsələ bir neçə ay yenə də gecikirdi. Nəyahət bu işin "xxxx" QSC-nin əməkdaşları tərəfindən görüləcəyi təsdiq olunur, ancaq onlar da bu işi çox ləng gördüyü üçün iddiaçı tərəfin işini bir az da gecikirdi. Bəzən işlərin gecikməsi çox kiçik səbəblərə görə baş verirdi ki, bunlar da cilalayıcı kağızların və skoçların verilməməsi idi. "xxxx" QSC tərəfindən verilən keyfiyyətsiz astar, tiner, boyalar səbəbilə işləri çox böyük gecikmələr ilə başa çatdırıb noyabr ayının sonuna nəhayət ki, 4 vaqonu təhvil vermə mərhələsinə çatdırmışlar. Lakin təhvil öncə bir neçə vaqonun ya astarı tökülür, ya da boyasında problemlər müşahisə olunmağa başlayırdı. Bu səbəblə yenidən eyni vaqonları təkrar işləməli olurduq. Xüsusilə vurğulanmalıdır ki, iddiaçıdan asılı olmayan səbəblərə görə "xxxx" QSC-nin təqsiri üzündən xidmətlərin göstərilməsi bu qədər uzandığına görə xərcləri dayanmadan artmışdır. Bu şəraitdə işlərə davam etmək həm vaxt itkisi, həm də əlavə xərclərin artmağı deməkdir. Dəfələrlə cavabdehin deposuna müraciət etsə də, iddiaçı tərəfə işləməyi üçün keyfiyyətli materiallar təqdim olunmur. Keyfiyyətsiz, vaxtı keçmiş materialların şəkilləri də iş materiallarına əlavə olunur. Göründüyü kimi İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmiş təhvil-təslim aktı əsasında işləri "xxxx" QSC-yə təhvil vermiş, 28 iyul 2022-ci il tarixli 227/22 saylı hesab-faktura tərtib etmiş və EBCB 003269 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə vurmuş, həmin elektron qaimə də "xxxx" QSC tərəfindən təsdiqlənmişdir. Lakin buna baxmayaraq hal-hazıradək "xxxx" QSC tərəfindən iddiaçıya hər hansı məbləğ ödənilməmişdir. 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin Qaydaların 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-ci, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaiməfaktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Bununla belə, tərəflər arasında imzalanmış müqavilə üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı 33400 manat və 6012 manat ƏDV olmaqla, ümumilikdə 39412 manat məbləğində "xxxx" QSCnin borcu yaranmışdır ki, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmir. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş. xx.xx.2023-cü il tarixli pretenziya məktubuna cavab verməmişdir. Bundan əlavə tərəflər arasında imzalanmış sözügedən müqavilənin 17.2-ci bəndinə görə sifariş üçün müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa icraçı Müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra icraçı müqaviləni ləğv edə bilər. Hazırda tərəflər arasında imzalanmış müqavilə üzrə işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı 33400 manat və 6012 manat ƏDV olmaqla, ümumilikdə 39412 manat məbləğində borcun yarandığını əsas götürərək, (39412 x 10% 3941,20) 3941.20 manat məbləğində cərimə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. "xxxx" QSC ilə İddiaçı MMC (Satıcı) arasında 189982 nömrəli 05 iyul 2022-ci il tarixli Traveslərin və polietilen kəmərlərin satın alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, Alıcının sifarişinə əsasən X6 1-də göstərilən traversləri və polietilen kəmərləri Müqaviləyə müvafiq qaydada Alıcıya çatdıraraq təqdim etməyi, Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 12.1-ci bəndinə görə, yekun Müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 89000.79 manat təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 (Qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. Həmin müqavilənin 12.2-ci bəndinə görə, Müqavilə üzrə ödənişlər Satıcı tərəfindən Alıcıya faktiki olaraq təqdim edilən Mallar müqabilində Alıcı tərəfindən Satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar,aktlar, digər sənədlər) əsasında 15 bank günü ərzində aparılır. Göründüyü kimi, İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2022 tarixli 189982 saylı müqaviləyə əsasən iddiaçı şirkət "xxxx" QSC-yə yükgötürmə qabiliyyəti 60 ton olan 3 (üç) ədəd və 80 ton olan 2 (iki) ədəd traversləri, habelə digər polietilen kəmərlərini təchizetməli idi. İddiaçı şirkət qeyd olunan traversləri Rusiyanın Başqırdıstan respublikasında yerləşən “Torgovıy Dom “ZVO”(Завод Весового Оборудованиə)” adlı istehsalçı şirkətdən alaraq sentyabr ayında "xxxx" QSC-nin X5 İdarəsinə təhvil vermişdir. Qeyd edir ki, bu taverslər göndərilmədən öncə istehsalçı “ZVO” zavodu onların hamısını standartlara uyğun standartlara uyğun şəkildə sınaq etmiş və yükgötürmə qabiliyyətləri təsdiq olunmuşdur. Zavod tərəfindən iddiaçı tərəfə müvafiq sınaq protokolları da təqdim olunmuşdur ki, bunların surətlərini də "xxxx" QSC-ya təqdim etmişlər. xx.xx.2022 tarixində "xxxx" QSC-nin Təchizat Departamentindən aldığı 245349 saylı məktubla iddiaçı tərəfə bildirilmişdir ki, traversləri sifariş edən "xxxx" QSC İnfrastruktur Departamenti 80 tonluq traverslərdən birindən istifadə edərkən yükqaldırma əməliyyatı keçirdiyi zaman sözügedən travers deformasiyaya uğramışdır. Bu səbəblə də müqavilə üzrə təhvil verdiyi bütün mallar "xxxx" QSC tərəfindən qaytarıldığı və qısa zamanda geri götürülməli olduğu bildirilmişdir. Məsələ ilə əlaqədar istehsalçı zavod ilə əlaqə saxlamışlar. İddiaçının aldığı cavaba görə, zavod göndərilən malların tələb olunan yükqaldırma qabiliyyətindən əmin olduqlarını və böyük ehtimalla baş verən deformasiyanın traversin yanlış istismar olması səbəbindən baş verdiyini bildirmişdir. Nəzərə almağı xahiş edir ki, İddiaçı MMC müqavilə üzrə təchizatçı şirkət kimi çıxış edir. İddiaçı sadəcə, traverslərin yükqaldırma qabiliyyətinin düzgünlüyünə və razılaşdırılmış çizgilər üzrə istehsal olunmuş şəkildə təchizatına cavabdehdirlər. Onlar traversin necə, harada və hansı şəraitdə, kim tərəfindən istismar olunduğu məsələsinə qarışa bilməzlər. Bu səbəblə də cavabdeh tərəfindən məktub aldıqları zaman, bu tarverslərin yükqaldırma qabiliyyətinin yerli sınaq laboratoriyalarında təsdiqlənməsini vacib bilmişlər. İddiaçı traversin necə, harada və hansı şəraitdə, kim tərəfindən istismar olunduğu məsələsinə qarışa bilməz. Bu səbəblə də cavabdeh tərəfindən məktub aldığı zaman, bu traverslərin yükqaldırma qabiliyyətinin yerlisınaq laboratoriyalarında təsdiqlənməsini vacib bilirlər. İddiaçının əməkdaşları qeyd olunan malları "xxxx" QSC X7 idarəsindən geri almış traverslərin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün bu sahədə ixtisaslaşmış və müvafiq linsenziyaya sahib olan yerli “ATR Caspian” şirkətinə göndərmişlər. Bununla bağlı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəyəndəliyi və İddiaçı MMC arasında avadanlıqların yoxlanılması, satışı və icarəsi barədə 023 22 saylı xx.xx.2022-ci il tarixli Müqavilə bağlamışdır. Müqavilə əsasında "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəyəndəliyi həmin traverslərdən 1 ədəd 60 tonluq və 1 ədəd 80 tonluq olmaqla 2 traversi yükqaldırma qabiliyyəti xüsusiyyətinin yoxlanılması üçün noyabr 2022 tarixində sınaq etmişdir. 60 tonluq traversin sınağı zamanı bu travers ilə 68.5 tona qədər, yeni nəzərə tutulan maksimum qaldırma həddindən 8.5 ton artıq yükü qaldırmaq mümkün olmuşdur. 80 tonluq traversin sınağı zamanı bu travers ilə 91.1 tona qədər, yəni nəzərə tutulan maksimum qaldırma həddindən 11.1 ton artıq yükü qaldırmaq mümkün olmuşdur. Rəyə görə bu traverslərin yükqaldırma qabiliyyətinin müvafiq olaraq 60 və 80 araşdırmılar öz təsdiqini tapmışdır. Belə olan halda bu malların qüsurlu mal olaraq geri qaytarılması yolverilməzdir. İddiaçının təchiz etdiyi traverslərin keyfiyyəti şübhə altına alındığı üçün iddiaçı məcbur olub öz hesabından əlavə 6000 manat + 18% ƏDV = 7080 manat ödəyərək, traverslərin yararlılıq səviyyəsini müəyyənləşdirmişdir. Bu əlavə zərərin cavabdeh tərəfindən qarşılanmasını vacib hesab edir. Çünki cavabdehin əməkdaşları istismar zamanı bu traverslərdən birini yararsız hala salıb, bütün traverslərin keyfiyyətinə şübhə düşürüb və traversləri iddiaçı tərəfə geri qaytartdırıblar. Göründüyü kimi, İddiaçı MMC tərəflər arasında bağlanmış 189982 nömrəli 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərərək, EBCE 164973 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaimə ilə tarverslərə görə 79927,30 manat və EBCE 278541 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə polietilən kəmərlərə görə 6218,13 manat hesablanmış, həmin elektron qaimələr də "xxxx" QSC tərəfindən təsdiqlənmişdir. Lakin buna baxmayaraq halhazıradək "xxxx" QSC tərəfindən hər hansı məbləğ ödənilməmişdir. 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadə Qaydalarının 3.3-cü bəndinə görə, cari elektron qaimə-faktura bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin Qaydaların 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-ci, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilənin 19.2-ci bəndinə görə, Alıcı Müqavilədə müəyyən olunmuş müddət ərzində və Müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa X3 şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilə qiymətinin 10(on) faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra Satıcı Müqaviləni ləğv edə bilər. Müqavilənin xüsusi şərtlərinə görə, Alıcı Müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri apmasa Satıcı Alıcıya ödənişin hər gecikdirilən günü üçün Müqavilə qiymətinin 0,1% dəyərində cərimə tətbiq edə bilər. Həmin müqavilənin 12.2-ci bəndinə görə, Müqavilə üzrə ödənişlər Satıcı tərəfindən Alıcıya faktiki olaraq təqdim edilən Mallar müqabilində Alıcı tərəfindən Satıcının təqdim etdiyi sənədlər əsasında 15 bank günü ərzində aparılır. Göründüyü kimi EBCE 164973 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə traverslərə görə 79927,30 manat manat vurulduğundan, həmin müddətdən 15 bank günü ərzində xx.xx.2022-ci ilədək Alıcı ödəniş etməli idi. Lakin heç bir ödəniş olunmamış və xx.xx.2022-ci il tarixdən gecikmə günləri hesablanmalıdır. xx.xx.2023-cü ilədək 98 gecikmə gününün olduğunu nəzərə alaraq, hər gecikdirilən gün üçün 0.1% cərimə tətbiq edilməli və cavabdehdən 7832,88 manat məbləğində cərimə tutulmalıdır. EBCE 278541 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə polietilen kəmərlərə görə 6218,13 manat vurulduğundan, həmin müddətdən 15 bank günü ərzində xx.xx.2022-ci ilədək Alıcı ödəniş etməli idi. Lakin heç bir ödəniş olunmamış və xx.xx.2022-ci il tarixdən gecikmə günləri hesablanmalıdır. xx.xx.2023-cü ilədək 97 gecikmə gününün olduğunu nəzərə alaraq, hər gecikdirilən gün üçün 0.1% cərimə tətbiq edilməli və cavabdehdən 603,16 manat məbləğində cərimə tutulmalıdır. Bundan əlavə, AR MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edirik ki, 93225,43 manat üçün illik 5%, yəni 4661,28 manat (93225,43 manat x5%x 1ilə) məbləğində pul vəsaiti da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 386.1, 425.1, 442, 443, 445.1, 445.2, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, təqdim etdikləri sübutlar əsasında da təsdiq edilir ki, iddiaçı olaraq onlar tenderi udmuş və tərəflər arasında 2 müqavilə bağlanmışdır. Belə ki, 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə və 189982 nömrəli 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi vicdanla yerinə yetirmişlər, lakin tərəf müqavilə üzrə ödənişlərini ödəməkdən imtina edir. Digər, işi geri götürdükləri məhkəmə prosesində traveslərə yerində müayinə aparılan zaman onlar tərəfindən işə cəlb edilən "xxxx" Şirkətinin mütəxəssisinin işinin peşəkarlığı və eyni zamanda cəsarətsizliyi səbəbindən traverslərin yerində müayinəsi baş tutmamışdır. Belə ki, mütəxəssis haqlı səbəbdən müqavilə çərçivəsində qeyd olunan şərtlər altında qaldırılmasını tələb etsə də, qarşı tərəf müqavilədn kənar qaydada qaldırılmasını istəmişlər. Odur ki, "xxxx" Şirkətinin mütəxəssisi də traverslərin stnadartdan kənar qaydada qaldırılmaması, qaldırıldığı təqdirdə əyiləcəyini bildirərək buna maneə olmuşdur. Onlar da məcbur olub işi geri götürmüşlər və hazırda yenidən məhkəməyə müraciət etmişlər. xx.xx.2025-ci il tarixdə məhkəmənin və nümayəndələrin iştirakı ilə yenidən yerində müayinə təşkil edilmiş və onların müqavilə üzrə qarşı tərəfə verdikləri traverslər yoxlamadan keçirilmiş, tarazlanmış, həmçinin müqavilədə nəzərdə tutulmayan tarazlanmamış da yüklər qaldırılmış və heç bir əyilmə halı baş verməmişdir. Onlar bununla qarşı tərəfə sübut etməyə çalışmışlar ki, sonuncular traversləri onların iştirakları olmadan təyinatı üzrə istifadə etmədən sınaq keçirtmiş və əymişlər. 05 iyul 2022-ci il tarixli müqavilə üzrə öhdəliklər icra olunana kimi müddəti var, lakin müqavilənin məzmununda xx.xx.2022ci ilə kimi qeyd edilmişdir. Bu müddət ərzində onlar traversləri təhvil vermişlər, təhvil verilməsi ilə bağlı akt yoxdur, lakin cavabdehin əməkdaşların traversləri təhvil almaları barədə e-mail yazışmaları var, traverslər gətirildikdən dərhal sonra təhvil vermişlər. Əgər cavabdehə təhvil verilməsəydi, necə sınaq keçirdə bilərdi?. “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə də üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirmişlər, təhvil-təslim aktları ilə bu təsdiqlənir. Onlar ilk iddianı məhkəmədə qaldırmamışdan 1 gün öncə traverslər onlara təhvil verildi. Onlar bu gündə traversləri və polietilən kəmərləri cavabdehə təhvil verməyə hazırdılar, lakin qarşı tərəf qəbul etmir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qarşı tərəf müqavilə müddətinin bitdiyini əsas gətirərək traversləri qəbul etməkdən hazırda imtina etdiyini bildirir. Qarşı tərəfin nümayəndələri onların iştirakı olmadan traversləri test edib əymişdilər və daha sonra onlara bu barədə məlumat vermişdilər. Bu prosedurların uzanma səbəbi o idi ki, onlar birbaşa istehsalçı şirkət deyillər, onlar da tərəfin bildirdiyi iradları istehsalçı ilə danışıb müəyyən həll yolu tapır və eyni qaydada da istehsalçının qeyd etdiyi halları da digər tərəfə çatdırırlar. Ötən məhkəmə prosesində yerində müayinənin baş tutmama səbəbi "xxxx" Şirkətinin nümayəndəsi tərəfindən qeyd olunan, müqaviləyə əsasən standart çertyoj əsasında yükləri qaldırmaq istəməməkləri idi. Bununla bağlı həmin video-çəkilişlər də var və məhkəməyə təqdim etmişlər. Vaqonların qumlanması və rənglənməsi işləri ilə bağlı da onlar həmin müqavilə üzrə subpodratçı şirkət idilər. "xxxx" QSC onları mal-materiallarla təmin etməli, onlar da işçı olaraq işləri görməli idilər. Müqavilədə qeyd olunan 90 ədəd vaqonun qumlanması, astarlanması və rənglənməsi xidmətlərim başa çatdırmalı idilər. Ancaq əfsuslar olsun ki, fevral ayından bu günə qədər onlar ümumilikdə cəmi 6 vaqona xidmət göstərə bilmişlər. Belə ki, onlardan cavabdehdən materialları almaqda çətinlik çəkirmişlər, keyfiyyətsiz məhsullar vermələri səbəbindən müqavilə üzrə nəzərdə tutulanlardan cəmi 4 vaqonu, çox böyük zəhmətlə, təkrar işləmələrlə və "xxxx" QSC -nin təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırmışlar. xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktı ilə qarşı tərəfə təhvil vermişlər. Onlara keyfiyyətsiz məhsullar vermələri barədə rəsmi qaydada cavabdehə dəfələrlə müraciət etmişlər. Bununla bağlı sübutları da e-sistemə əlavə etmişlər. Mal material keyfiyyətsiz olması səbəbindən qarşı tərəf yalnız 4 vaqonu təhvil almış, digər vaqonları təhvil almaqdan imtina etmişdir. Halbuki müqavilə üzrə onlar öz işçiliklərini həyata keçirmişlər. Bununla bağlı video-çəkilişlər də var, 18655 manatlıq elektron qaimə üzrə cavabdeh ödəniş etmişdir. Onlar traversləri cavabdehdən təhvil aldığı tarixi dəqiq xatırlamır, 2022-ci ilin noyabr ayına kimi təhvil verilmişdi. Traverslər gömrükdən keçən kimi birbaşa onlara deyil, cavabdeh tərəfin ünvanına göndərilmişdir. Traverslərin sənədləşməsini, təhvil-təslimini aparana kimi, səhəri gün qarşı tərəf onlara traverslərin əyilməsi barədə foto-şəkillər göndərərək traversləri gəlib aparmaqlarını tələb etmişdir. Onlar da bu barədə istehsalçı şirkətlə əlaqə saxlamış, video-konfrans olmuş və bir-birlərini daha yaxşı anlamaları baxımından cavabdeh tərəfə həmin şirkətlə özlərinin danışmasını təklif etmişlər. Lakin cavabdeh tərəf onlara istehsalçı ilə danışmaq istəmədiklərini, faktiki olaraq onlara göndərilən traverslərin əyilməsi səbəbindən gəlib götürməklərini tələb etmişdir. Onlar, hətta təklif etmişlər ki, onların iştirakı ilə ərazilərində yenidən traversləri yoxlamadan keçirsinlər. Cavabdeh tərəf bununla da razılaşmayaraq bildirmişdir ki, əgər traversləri qısa zamanda oradan götürməsələr traverslərin başına gələcək hər hansı hadisə qarşısında məsuliyyət daşımayacaqlar. Onlar da məcbur qalıb traversləri cavabdehdən geri almışlar. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Cavabdeh ADY ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli 144527 nömrəli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə və xx.xx.2022-ci il tarixli 189982 nömrəli traveslərin və politetilen kəmərlərin satın alınmasına dair müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli 144527 nömrəli Müqaviləyə əsasən iddiaçı vaqonların rənglənməsi və qumlanması işlərini Müqaviləyə müvafiq qaydada yerinə yetirməyi, ADY isə öz növbəsində Müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilən işlərin nəticəsini təhvil alıb müqavilədə müəyyən olunan qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı özü də qeyd etdiyi kimi bu xidmətləri tələb olunan qaydada göstərə bilməmişdir. Faktiki göstərdiyi işin xidmət haqqısı isə ödənilmişdir. xx.xx.2022-ci il tarixli 189982 nömrəli Müqaviləyə əsasən iddiaçı Əlavə 1-də qeyd olunan traversləri və polietilen kəmərləri ADY çatdıraraq təqdim etməyi, ADY isə malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürür. Qeyd olunmalıdır ki, iddiaçı traversi təhvil verdikdən sonra cavabdeh tərəfindən malın sınağı keçirildikə travers əyilmiş və istifadəyə yarasız olmuşdur. Bundan sonra malların qəbulundan ADY tərəfindən imtina olunmuşdur. Narazı qalan iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, araşdırma nəticəsində Məhkəmə qərara gəlmişdir ki, yerində müayinə aparılmalıdır. Müayinə zamanı traverslər yararlı çıxdığı halda ADY müqavilə üzrə bütün ödənişləri, həmçinin qarşı tərəfin ekspert kimi cəlb etdiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndiliyinin xidmət haqqısını tam ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparılmış və videoçəkilişlə qeydə alınmışdır. Traversi bağlayıb lokomotivi yüxarı qaldırmağa hazırlaşanda iddiaçının ekspert kimi cəlb etdiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndiliyinin eksperti yükü qaldırmağa icazə verməmiş və bildirmişdir ki, qaldırmayın, travers əyiləcək. Bununla yerində müayinə yekunlaşmışdır. Növbəti gün, xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə ilə müraciə etmiş və qeyd etmişdir ki, traverslərin istehsalçısı ölkə Rusiya Federasiasının zavodu olduğundan onlarla danışıqlar müəyyən vaxt apardığından kommersiya mübahisələrini məhkəmədən kənar həll etmək qərarına gəlmişdir, odur ki, iddia ərizəmizi və iddia ərizəsinə əlavə edilmiş sənədləri geri götürmüşdür. İddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış və Xüsusi şərtlərinə əsasən xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuşdur. Müqavilənin qüvvədə olduğu müddətdə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bu səbəbdən cavabdehin bununla bağlı öhdəliyi yaranmamışdır. İddiaçı 2023-cü ilin mart ayında eyni məzmunlu iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və sonradan traverslərin istehsalçısı olan Rusiya Federasiyasının zavodu ilə danışıqlar aparılması səbəbindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə geri götürülmüşdür. Müqavilənin bağlanıldığı tarixdən 1 ildən artıq müddətin keçməsini və iddiaçının hələ də zavodla danışıqların aparılmasını nəzərə alaraq, ADY illər ərzində iddiaçını gözləyə bilmədiyindən traverslə bağlı tələbatını digər mənbədən təmin etmişdir. Satıcının Müqavilədə nəzərdə tutulmadığı hallarda və ya Alıcı ilə razılaşmadan 30 təqvim günündən artıq müddətə Müqavilənin icrasını dayandırması və ya Alıcının Müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, Satıcının təqdim edilmiş sənəd əsasında 30 (otuz) təqvim günü müddətində tədbir görməməsi əsaslı pozuntular hesab olunur. Müqavilə qüvvədə olmuş olsaydı ADY yuxarıda qeyd olunan əsaslarla Müqaviləni ləğv edərdi, lakin Müqavilə artıq 31,12.2022-ci il tarixdən qüvvədən düşdüyündən Müqaviləni ləğvi əhəmiyyətsiz olub. Qeyd olunamlıdır ki, yükqaldırma qabiliyyəti olan 80 ton olan travers xx.xx.2022-ci ildə sınaqdan keçirilən zaman əyilmiş, bununla bağlı Akt tərtib edilmiş və xx.xx.2022-ci ildə bu barədə iddiaçıya məktub ünvanlanmış, lakin iddiaçı heç bir tətdbir görməmişdir. Həmçinin bildirir ki, xx.xx.2023-cü iddiaçıya elektron poçt vasitəsilə traverslərin sınağı təklif edilmişdir, lakin iddiaçı bundan imtina etmişdir. Yükqaldırma qabiliyyəti olan traverslər istənilən sahədə istismar oluna bilər. Buna uyğun üç il ərzində ADY-yə təhvil verilməyən traverslərin iddiaçı tərəfindən istismarı istisna olunmur. Belə olan halda müqavilənin şərtlərini kobud şəkildə pozan iddiaçı yaranmamış borcun ödənilməsini tələb edə bilməz. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2023cü ildə tərəf iddia qaldırıldıqda yerində müayinə keçirilən zaman qarşı tərəfin gətirdiyi mütəxəssis iplərin qısa olduğunu əsas gətirərək traverslərin hər hansı yükü qaldırmasına göstəriş vermədi. Növbəti gün iddiaçı tərəf gəlib iddia tələbini geri götürdükdən sonra bu iş üzrə Rusiya şirkətini məhkəməyə verəcəklərini bildirdilər, bununla da bu mübahisə bağlandı. Müqavilə üzrə onların iddiaçı tərəf qarşısında hər hansı borc öhdəliyi yaranmamışdır. Başlıca əsas kimi qarşı tərəf öz öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə şərtləndirilmiş traversləri təhvil verməmişdir. İcra olunmayan öhdəliyə görə borc yarana bilməz. Tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən 20 təqvim günü müddətində tərəfin müqavilə üzrə hər hansı tədbir görməməsi əsaslı pozuntu hesab olunur. Müqavilə müddəti 31 dekabr 2023-ci ildə bitmiş və 2023-cü ilin oktyabr ayında tərəf özü onlara qarşı qaldırdığı iddiasını geri götürmüşdür. Qarşı tərəf elə hesab edir ki, onlar vaxtı bitmiş müqavilə üzrə iddiaçının müqavilə şərtlərinə əsasən traversləri təhvil verməsini illərlə gözləməli idilər. Onlar hazırda başqa traversləri əldə etmişlər və iddiaçının təklif etdiyi traversləri götürmək fikirləri yoxdur. 2 il ərzində bu traverslərin harda olması, müqavilə üzrə ilkin sifariş olunan traverslər olub-olmaması, həmçinin istifadə edilibedilməməsi barədə heç bir məlumat onlarda yoxdur. 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə isə cavabdeh olaraq nə qədər rəsmi qaydada vaqon təhvil almışlarsa onların hamısının ödənişi onlar tərəfindən edilmişdir. Müqavilə üzrə təhvil-təslim aktından sonra ödəniş olunmalıdır, onlar da təhvil aldıqları vaqonlar üzrə ödənişləri etmişlər. Həmçinin suallara cavab olar bildirmişdir ki, traverslər onlar tərəfdən yoxlamadan keçirilən zaman iddiaçının hər hansı səlahiyyətli nümayəndəsinin iştirakının orada təmin edilməsi barədə dəqiq məlumatı yoxdur. Onlar özləri tərəfindən test keçirilən zaman əyilən traversin hansı çəkidə yük qaldırması, tarazlaşdırılmış və ya tarazlaşdırılmamış yük qaldırmasını təsdiq edən sübut kimi foto-şəkillər vardır. Əgər belə bir sual və ya onların standarta uyğun olmayan formada traversi sınaqdan keçirtməyi barədə şübhə yaranmışdısa iddiaçıya əyilmiş travers haqqında e-mail göndərilən zaman yenidən cavabdehin iştirakı ilə sınaq keçirilməsi barədə onlara təklif edə bilərdilər. Hətta onlar cavabdehə xx.xx.2023-cü ildə “e-mail” göndərdikdə “e-mail”in məzmununda yenidən cavabdehin iştirakının təmin edilməsi şərtilə yenidən sınqa keçirilməsi barədə təklif də irəli sürmüşlər. Müqavilə üzrə cavabdehin öhdəlikləri yerinə yetirməməyi, müqavilə üzrə öhdəliyin pozulması ilə bağlı məhkəməyə müraciət etməmişlər, çünki müqavilənin müddəti bitdiyi üçün məhkəməyə müraciət etməklərinə hər hansı zərurət qalmamışdır. Traverslər onlara 22 sentyabr 2022-ci ildə təhvil verilmiş, onlar dərhal sınaq keçirtmiş, traverslərdən biri əyilmiş və bu barədə akt tərtib etmişlər. Daha sonra qarşı tərəfə bu barədə məlumat vermişlər, müraciətə əsasən gəlib oktyabr ayında traversləri aparmışlar. Həmin dövrdən sonra traverslər bir daha onlara verilməmişdir. Hazırda həmin traversləri qəbul etmək istəmirlər, çünki onlar 2022-ci ilin sentyabr ayında bu traverslərə ehtiyacları vardı. Artıq 3 il olacaq ki, tərəf onlara traversləri təqdim etməmişdir. Digər məhkəmə prosesinin son iclası olduqda məlum oldu ki, traverslər geri götürülür və qarşı tərəf öz mübahisəsini Rusiya şirkəti ilə davam etdirəcək. Odur ki, onlar da öz daxili ehtiyaclarını ödəmək üçün digər traverslərdən istifadə etməyə başlamışlar. Hazırda bu traverslərə ehtiyacları yoxdur. Sonda o, bildirmişdir ki, iddia tələbi hər iki müqavilə üzrə əsassızdır. Birinci müqavilə üzrə görülən və təhvil verilən bütün işlərin ödənişi edilmişdir, tərəf bu müqavilə üzrə görülməmiş işlərin ödənişini tələb edir. Digər müqavilə üzrə isə tərəf heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə müddəti xx.xx.2022-ci ildə artıq qüvvəsini itirmişdir, bu işin mübahisəsiz halıdır. Odur ki, tərəf xx.xx.2022-ci ilədək üzərinə düşən öhdəliklərini layiqincə yerinə yetirməmiş və bu səbəbdən onların hər hansı borc öhdəliyi yaranmamışdır. Hazırda traverslərin təhvil verilməsindən imtina edirlər. İddiaçı tərəf vaxtında təhvil verməli olan malı 3 il keçdikdən sonra onlara təhvil vermək niyyətindədir, lakin hazırda onlar öz ehtiyaclarını təmin etdikləri üçün hazırda bunu qəbul etmirlər. Həmçinin, məhkəmənin də iştirakı ilə keçirilmiş yerində müayinə zamanı iddiaçı tərəfindən yalnız 2 travers gətirilmiş və yoxlamadan keçirilmişdir. Digər traverslərin taleyi barədə onlarda heç bir məlumat yoxdur. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləsinin predmetindən görünür ki, Alıcının sifarişinə əsasən X6 1-də göstərilən traversləri və polietilen kəmərləri (bundan sonra “Mallar” adlanacaq) Müqaviləyə müvafiq qaydada Alıcıya çatdıraraq təqdim etməyi, Alıcı isə öz növbəsində Müqaviləyə müvafiq qaydada təqdim edilən Malları müəyyən edilmiş qaydada təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndinə əsasən X4 nəzərdə tutulmuş qaydada, Alıcının tələblərinə uyğun olaraq Alıcıya təhvil verməlidir. Satıcı Malların göndərilməsi üzrə Müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib Malları Alıcıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı Müqavilə üzrə göndərilmiş Malların təxirəsalınmadan (aşkar olunan qüsurların Satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 12.1-ci bəndinə əsasən Yekun Müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 89 000,79 AZN təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 (Qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. Müqavilənin 12.2-ci bəndinə əsasən Müqavilə üzrə ödənişlər Satıcı tərəfindən Alıcıya faktiki olaraq təqdim edilən Mallar müqabilində Alıcı tərəfindən Satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında 15 (on beş) bank günü ərzində aparılır. Müqavilənin 13.2-ci bəndinə əsasən Satıcı tərəfindən Malların təqdim olunması Alıcının müəyyən etdiyi yerlərdə həyata keçiriləcəkdir. Müqavilənin 19.2-ci bəndinə əsasən Alıcı Müqavilədə müəyyən olunmuş müddət ərzində və Müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa, X3 xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilə qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra Satıcı Müqaviləni ləğv edə bilər. “Oil Supply" MMC ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləyə 1 saylı Əlavə kimi malların siyahısı və spesifikasiyası və 2 saylı Əlavə kimi qiymət və ödəniş qaydaları təsdiq edilmişdir. "xxxx" QSC ilə İddiaçı MMC arasında “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqaviləyə 1 saylı Əlavə olan malların siyahısı və spesifikasiyasında qeyd edilmişdir ki, 60 ton yük qaldırma qabiliyyəti Dəstə daxildir: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen kəməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) - Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 13045 manat olmaqla, 3 dəstin qiyməti 39135 manatdır. 80 ton yük qaldırma qabiliyyəti Dəstə daxildir: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen kəməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) - Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 14300 manat olmaqla, 2 dəstin qiyməti 28600 manatdır. Uzunluq -14 m, yükqaldırma qabiliyyəti - 40-60 ton olan polietilen kəmərin vahidinin qiyməti 430 manat olmaqla, 10 ədədinin qiyməti 4300 manat, uzunluq - 16 m, yükqaldırma qabiliyyəti - 40-60 ton olan polietilen kəmərin vahidinin qiyməti 564,9 manat olmaqla, 6 ədədinin qiyməti 3389,4 manatdır. Təqdim edilən malların cəmi 75424,4 manat, ƏDV-si 13576,39 manat, yekun: tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 89000,79 manat təşkil etmişdir. İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" QSC (Alıcı) ilə İddiaçı MMC (Satıcı) arasında 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə yükgötürmə qabiliyyəti 60 ton olan 3 (üç) ədəd və 80 ton olan 2 (iki) ədəd traversləri, habelə digər polietilen kəmərlərini təhvil-təslim aktına əsasən təkrarən geri təhvil alasın və bununla əlaqədar Traverslərin və polietilen kəmərlərin dəyəri olan 86145,43 manat məbləğində pulu və onları sınaqdan keçirdiklərinə görə çəkdiyi 7080 manat məbləğində xərci ödəsin. “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” "xxxx" QSC arasında bağlanmış vaqonların qumlanması və rənglənməsi işlərinin satın almasına dair xx.xx.2022-ci il tarixli 144527 nömrəli müqavilənin predmetindən görünür ki, sifarişçinin sifarişinə əsasən İcraçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən formada vaqonların rənglənməsi və qumlanması işlərini (bundan sonra “İşlər” adlanacaq) Müqaviləyə müvafiq qaydada yerinə yetirməyi, Sifarişçi isə öz növbəsində müqavilədə nəzərdə tutulan qaydada yerinə yetirilən İşlərin nəticəsini təhvil alıb Müqavilədə müəyyən olunan qiymətini İcraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin mətnindən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan aşağıdakı sənədlərdən ibarətdir: Müqavilənin xüsusi şərtləri Əlavə 1: İşlərin həcmi, spesifikasiyası və qiymətləri. Əlavə 2: Qiymət və ödəniş qaydası. Müqavilənin 5.1-ci bəndinə əsasən İcraçı İşlərin nəticələrini və təqdim edilməsi üzrə Müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib işləri Sifarişçinin tələblərinə uyğun olaraq Müqavilə ilə müəyyənləşdirilmiş qaydada Sifarişçiyə təhvil verməlidir. Müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 216 648,00 (iki yüz on altı min altı yüz qırx səkkiz) AZN (bundan sonra “Müqavilə qiyməti” adlanacaq) təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 (Qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. Müqavilənin 10.2-ci bəndinə əsasən Müqavilə üzrə ödənişlər İcraçı tərəfindən faktiki olaraq həyata keçirilən İşlər üzə Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında 15 (on beş) bank günü ərzində İcraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Müqavilənin 15.1-ci bəndinə əsasən Müqavilənin icra müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya 14 (on dörd) təqvim günü ərzində bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün müddət göstərilməlidir. “Oil Supply" MMC ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış vaqonların qumlanması və rənglənməsi işlərinin satın almasına dair xx.xx.2022-ci il tarixli 144527 nömrəli müqaviləyə 1 saylı Əlavə kimi malların siyahısı və spesifikasiyası və 2 saylı Əlavə kimi qiymət və ödəniş qaydaları təsdiq edilmişdir. Həmin 1 saylı Əlavə olan malların siyahısı və spesifikasiyasında qeyd edilmişdir ki, görüləcək işlərin cəmi dəyəri 183600 manat, ƏDV-si 33048 manat, yekun məbləğ 216648 manat təşkil edir. EBCB seriyalı, 003269 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən vaqonların qumlanması işləri üzrə 18655,80 manat, EBCE seriyalı, 278541 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 11 ədəd polietilen kəmərlər üzrə 6218,13 manat, EBCE seriyalı, 164973 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5 ədəd traveslər üzrə 79927,30 manat, EBCK seriyalı, 296725 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən sınaq keçirilməsi üzrə 7080 manat məbləğində mallar və xidmətlər İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. “Sifarişçi” "xxxx" QSC ilə “İcraçı” İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 4 vaqon üzrə ümumi 2040 m2 qumlama, 1428 m2 astar vurma, 1632 m2 boyama işləri icra olunaraq təhvil verilmişdir. "xxxx" QSC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 09 saylı işlərin təhvil-təslim aktının surətindən görünür ki, ümumilikdə 13239 manat məbləğində görülməsi nəzərdə tutulan işlər, vaqonun metal səthinin qum şırnağı ilə təmizlənməsi icra olunaraq təhvil verilmişdir. İddiaçı MMC tərəfindən 18655,80 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün "Azərbaycan Dəmir Yolları” QSC-yə 227/22 saylı 28 iyul 2022-ci il tarixli hesab-faktura təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 6218,13 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün "xxxx" QSC-yə 298/22 saylı 21 sentyabr 2022-ci il tarixli hesab-faktura təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 79927 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün "xxxx" QSC-yə 295/22 saylı 20 sentyabr 2022-ci il tarixli hesab-faktura təqdim edilmişdir. "Azərbaycan Dəmir Yolları” QSC və “Oil Supply" MMC arasında tərtib edilmiş 19 mart 2022-ci il tarixli aktın surətindən görünür ki, vaqonların təkrar qumlanmasına ehtiyac olmasını hər iki tərəf təsdiq etmişdir. “Sifarişçi” “Oil Supply" MMC ilə “İcraçı” “X10” MMC arasında bağlanmış təmir xidmətlərinin göstərilməsinə dair 24 yanvar 2022-ci il tarixli OS-CAT-0122 saylı müqavilədən predmetindən görünür ki, sifarişçi Azərbaycan Dəmir Yolları QSC-nin tələbinə əsasən 90 ədəd vaqonun əsaslı təmiri xidmətlərinin göstərilməsini İcraçıya sifariş edərək, razılaşdınlmış xidmət haqqını ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Təmir xidmətləri “Sifarişçinin” yazılı tələblərinə (Xidməti Sifariş Aktına) uyğun olaraq müvafiq həcmlərdə, yəni Azərbaycan Dəmir Yolları QSC-nın müəyyənləşdirəcəyi partiyalar şəklində həyata keçiriləcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi “Sifarişçi” tərəfindən “İcraçıya” yazılış şəkildə təqdim olunacaq Xidməti Sifariş Aktları üzrə həyata keçirilir. Müqavilənin 4.1-ci bəndinə əsasən “Sifarişçi” əsaslı təmir üçün Azərbaycan Dəmir Yolları QSC-dən birinci partiya vaqonları qəbul etdikdən sonra, bu haqda “İcraçıya” məlumat verərərək yazılı şəkildə Xidməti Sifariş Aktını təqdim edir. Bu sifariş tələbinə uyğun işlərə başlanılması üçün “Sifarişçi” ona təqdim olunacaq hesab-faktura əsasında “İcraçıya” 20000 AZN (iyirmi min manat) avans ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən “İcraçı” Xidməti Sifariş Aktında qeyd olunan həcmdə işləri yerinə yetirərək təslim aktı ilə “Sifarişçiyə” təhvil verdikdən sonra 1 gün ərzində elektron-qaiməni və hesab-fakturanı “Sifarişçiyə” göndərir. "İcraçı” elektron qaimələri vaqonları hər biri minimum 10 ədəd olmaqla partiyalar şəklində təhvil verərək elektron-qaimələri göndərəcəkdir. Müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” elektron-qaimə və hesab-fakturada göstərilən məbləğləri 7 gün ərzində “İcraçıya” köçürmə yolu ilə ödəyir. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan Təmir xidməti 4 ay müddətində həyata keçirilməlidir. "xxxx" QSC-nin ******* nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022 tarixli OS-CAT-0122 müqavilə üzrə “X10” MMC-yə 5000 manat ödəniş edilmişdir. "xxxx" QSC-nin ******* nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022 tarixli OS-CAT-0122 müqavilə üzrə X10 MMC-yə 4200 manat ödəniş edilmişdir. "xxxx" QSC-nin ******* nömrəli xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2022 tarixli OS-CAT-0122 müqavilə üzrə ATR Caspian LTD-yə 6000 manat ödəniş edilmişdir. 205OCAZ212370005 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 59990,04 manat ödəniş edilmişdir. 205OCAZ212370007 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 66442,57 manat ödəniş edilmişdir. 2050CAZ211970509 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 20625 manat ödəniş edilmişdir. 205OCAZ211970507 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 41102 manat ödəniş edilmişdir. 205OCAZ212370006 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 14250 manat ödəniş edilmişdir. 205OPEX213550546 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 3000 manat ödəniş edilmişdir. 205OPEX211970036 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 21600 manat ödəniş edilmişdir. 205OPEX222590077 saylı xx.xx.2022-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 6628 manat ödəniş edilmişdir. 205OPEX211970543 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 8270 manat ödəniş edilmişdir. 205OPEX221870028 saylı xx.xx.2022-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 5123,73 manat ödəniş edilmişdir. 205OCAZ220970003 saylı xx.xx.2022-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 103761,2 manat ödəniş edilmişdir. 205OPEX230650012 saylı xx.xx.2023-cü il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15810 manat ödəniş edilmişdir. 205OCAZ213640512 saylı xx.xx.2021-ci il tarixli debit haqqında bildirişdən görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin bank hesabına 37622,93 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, "xxxx" QSC-nin İddiaçı MMC xx.xx.2022-ci il tarixli,189982 nömrəli bağlanmış müqavilə əsasında yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər şirkət tərəfindən xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə yükqaldırma qabiliyyəti 80 ton olan traverslə sınağın keçirilməsi məqsədilə istehsal ili 1956-cı il, çəkisi 76 ton olan qartəmizləyən qurğusunu qaldırmaqla sınağı aparılan anda yük tarım vəziyyətə gələn zaman travers mərkəzdən əyilərək deformasiyaya uğramışdır. İddiaçı MMC "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli OSTD-0222 saylı məktubla müraciət edərək məktubda qeyd olunanların təhlil edilməsini xahiş etmiş, ehtiyac olarsa, şirkət nümayəndələrinin iştirakı ilə cavabdehin idarəsində görüş keçirilə biləcəklərini, istehsalçı zavodun nümayəndələrinin də, video görüntü ilə bu görüşdə iştirak edə biləcəklərini, bu iclasda əməkdaşları və zavod nümayəndələri ADY-nin mütəxəssislərinin bütün suallarını cavablandırmağa hazır olduqlarını bildirmişlər. Məsələ ilə əlaqədar əlavə sual olarsa onlarla əlaqə saxlanılmasını xahiş etmişlər. İddiaçı MMC "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli OS-ADY-0222 saylı məktubla müraciət edərək, müqavilə üzrə geri qaytarılan bütün mallar, o cümlədən istismarçı tərəfindən deformasiyaya uğradılmış travers "xxxx" QSC-nin müvafiq departamentləri tərəfindən yenidən qəbul olunması və ödənişin təmin edilməsinə göstəriş verilməsi və bununla yanaşı əlavə çəkilən sınaq xərcinin də "xxxx" tərəfindən geri ödənilməsini məsələsinin həll edilməsini xahiş etmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və İddiaçı MMC arasında avadanlıqların yoxlanılması, satışı və icarəsi barədə bağlanılmış 023/22 saylı müqavilədən görünür ki, Avadanlıqların yoxlanılması, təmiri və sertifikatlaşdırılmasını (daha sonra işlər adlandırılır) Sifarişçi “Xidmət Sifarişi” forması əsasında tapşırır. Podratçı işi öz üzərinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən Avadanlığın İcarəsi: Sifarişçi “Satınalma Sifarişi” forması əsasında malların və avadanlıqların icarəsini sifariş edir, Podratçı isə icarənin təmin edilməsini həyata keçirir. Müqavilənin 7.1-ci bəndinə əsasən yoxlanılan, satılan və ya icarəyə verilən malların, avadanlıqların qiyməti razılaşma ilə “Qiymət cədvəli” və “Satınalma Sifarişi” əsasında təyin ediləcək. Müqavilənin Ödəniş iş, satış, icarə başa çatdırıldıqdan sonra, X1, Görülmüş iş aktına, Qaiməyə müvafiq olaraq, Hesab faktura təqdim edildiyi gündən sonrakı 30 gün ərzində yerinə yetiriləcək. Müqavilənin 7.3-cü bəndinə əsasən Hesab-Fakturada görülən işin məbləği Azərbaycan manatı və ABŞ dolları ilə göstəriləcək. Hesab-fakturaca AZN ilə göstərilən məbləğ ödəniş üçün əsas sayılır. "xxxx" Şirkəti və İddiaçı MMC arasında tərtib edilmiş görülmüş iş aktından görünür ki, 2 ədəd 60 və 80 tonluq traverslər yoxlanılmışdır. 03 sentyabr 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 450 manat dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında olan “E-mail” yazışmalarından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Anar Əliyev cavabdehin nümayəndəsi Ayəddin Qasımova traverslerin sxemilərini təsdiq edib geri dönüş etməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli cavabında sonuncu traveslərin uyğunluğunu təsdiq etmiş, sxemlər məktuba əlavə edilmişdir. Fotoşəkillərdən və videogörüntülərdən görünür ki, yükqaldırma qabiliyyəti 80 və 60 ton olan traverslərə yerində müayinə keçirilmiş, traverslər əyilmədən, deformasiya olmadan müvafiq olaraq 83 və 62 tonluq yükləri qaldırmışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır Maddə 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Maddə 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Maddə 586.4. İstər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Maddə 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Maddə 596.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Maddə 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. Maddə 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Maddə 767.2. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. Maddə 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mal göndərmə və podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Mal göndərmə müqaviləsi olan 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə iddiaçı əvvəlcədən cavabdehlə razılaşdırılmış sxemə uyğun 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik travesləri və 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərləri cavabdehə təhvil vermiş, lakin cavabdeh travesin lazımı keyfiyyətdə olmadığını, deformasiyaya olunduğunu bildirərək travesləri geri qaytarmışdır. Traveslərin keyfiyyəti ilə bağlı məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə keçirilmişdir. Müayinə zamanı 80 tonluq və 60 tonluq traveslər müqavilə üzrə nəzərtə tutulmuş yükləri qaldırmışlar, hər hansı deformasiya olmamış, polietilen kəndirlər qırılmamışdır. Bu isə traveslərin lazımı keyfiyyətdə olduğunu, müqavilə üzrə nəzərdə tutulmuş sifarişə uyğun gəldiyini təsdiq etmişdir. Hətta cavabdeh etirazında da ilk dəfə iddiaçı məhkəməyə müraciət etdiyi zaman keçirilən yerində müayinə zamanı traveslər yükü qaldıracağı halda müqavilə qiymətini və əlavə xərcləri ödəməyə hazır olduqlarını bildirmişlər. Hazırda isə cavabdeh artıq müqavilənin icra müddətinin başa çatdığını, həmin traveslərə marağının qalmadığını, bu səbəbdən də imtina etdiklərini bildirmişdir. Halbuki iddiaçı müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirərək xx.xx.2022-ci il tarixində travesləri və polietilen kəmərləri cavabdehə təhvil vermişdir. Cavabdeh isə travesi hansı şəraitdə, hansı şərtlərlə, hansı ağırlıqda yükü qaldırması qeyri-müəyyən olmaqla istifadə etmiş və traves deformasiya olunmuşdur. İddiaçı travesləri yoxlamaq üçün əlavə xərc çəkərək sınaq keçirmiş, sınaq nəticəsində traveslər müqavilə üzrə nəzərdə tutulmuş yükləri qalmış, heç bir deformasiya olmamışdır. Bundan sonra da keçən müddət ərzində iddiaçı dəfələrlə cavabdehə müraciət edərək traveslərin yoxlanıldığını və lazımı keyfiyyətdə olduğunu, travesləri təhvil alaraq ödəniş etmələrini tələb etmişdir. Göründüyü kimi mübahisənin bu günə kimi davam etməsi iddiaçının təqsirindən baş verməmiş, keçən bu müddət ərzində iddiaçı traveslərin lazımı keyfiyyətdə olduğunu sübut etməyə çalışmış və nəticədə buna nail olmuşdur. Yəni traveslər cavabdehə təhvil verildiyi vaxtda, 2022-ci ilin sentyabr ayının 21-də müqavilə qüvvədə olmuş və traveslər lazımı keyfiyyətdə olmuşdur. Sadəcə cavabdehin əməkdaşlarının düzgün istifadə etməməsi nəticəsində traves deformasiya olunmuşdur. Cavabdehin marağının itməsi və müqavilədən imtina etməsi o zaman əsaslı sayılardı ki, iddiaçı travesləri müqavilə müddətində deyil, 3 il sonra təqdim etmiş olardı, lakin yuxarıda qeyd edildiyi kimi traveslər müqavilə qüvvədə olduğu vaxtda, xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmişdir. Cavabdehin nümayəndəsi yerində müayinə keçirilənədək traveslərə marağının itməsini əsas gətirməmiş, sadəcə traveslərin qüsurlu olması, keyfiyyətli olmadığı əsası ilə ödəniş etmədiklərini bildirmişdir. Lakin yerində müayinə nəticəsində traveslərin qüsursuz olduğu, keyfiyyətə uyğun gəldiyi sübuta yetdikdən sonra, artıq həmin traveslərə maraqlarının qalmadığını bildirmişdir. Görünən odur ki, cavabdeh tərəf traveslərin qüsurlu olmadığını, lazımı keyfiyyətdə olduğunu gördükdən sonra ödənişdən yayınmaq üçün başqa əsas gətirmişdir. Ancaq, bir daha qeyd edilməlidir ki, traveslərin 3 il ərzində cavabdehə təhvil verilməməsi, cavabdehin travesləri əsassız geri qaytarması və sonradan təhvil almaması nəticəsində özünün təqsirindən baş vermişdir. Göründüyü kimi traveslərin təhvil verilməsi cavabdehin gecikdirməsi nəticəsində icra edilə bilinmədiyindən iddiaçı icranı gecikdirmiş sayılmır, cavabdeh özü traveslərin qüsurlu olmasına istinad edib əsasız olaraq geri qaytarmaqla müqavilənin icrasını bu günə kimi gecikdirmişdir. İddiaçının nümayəndəsi bu gündə travesləri təhvil verməyə hazır olduqlarını, cavabdehin nümayəndəsi isə təhvil almaqdan imtina etdiyini bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə, iddiaçının müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirərək qüsursuz travesləri təhvil verdiyini, cavabdehin isə əsassız olaraq traveslərin qüsurlu olmasını əsas gətirib geri qaytardığını və sonradan təhvil almaqdan imtina etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı traveslərin və polietilən kəmərlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır və onun bu tələbi haqlıdır. Eyni zamanda məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq hesab edir ki, gələcəkdə traveslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh travesləri qəbul etməklə onların dəyərini ödəməlidir. Odur ki, cavabdeh travesləri qəbul etməklə ondan 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərlərə görə 6218,13 manat, 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik traveslərə görə isə 79927,30 manat iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı cavabdehdən 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə 8436,04 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin həmin müqavilə üzrə cərimə məbləği azaldılaraq 4300 manat müəyyən olunmalıdır. Həmçinin iddiaçının traveslərin sınağını keçirmək üçün əlavə çəkdiyi xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki iddiaçı cavabdehin əsassız olaraq qüsurlu olması səbəbindən travesləri geri qaytarması nəticəsində məcburən əlavə xərc çəkib sınaq keçirmişdir. Buna görə də onun çəkilmiş əlavə çəkilmiş xərcin, 7080 manatın ödənilməsini tələb etmək hüququ var və onun bu tələbi də haqlı olduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən cəmi 93225,43 manatın ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmış 4661,28 manat məbləğində vəsaitin də ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, malların dəyərinin ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının borca hesablanmış 1 il üçün illik beş faiz vəsait ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddiaçı 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə ödənilməli məbləğin 1 il üçün illik 5%-ni düzgün hesablamamışdır. Belə ki, müqavilə üzrə ödənilməli malların dəyəri 93225,43 manat deyil, 86145,43 manat təşkil edir ki, həmin məbləğin 1 illik 5%-i 4307,27 manatdır (86145,43x5%=4307,2715). Buna görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən həmin müqavilə üzrə illik 5% ilə hesablanmış 4307,27 manat məbləğində vəsait tutulmalıdır. Bundan başqa podrat müqaviləsi olan 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə iddiaçı 4 ədəd vaqonda nəzərdə tutulmuş işlər görmüş, təhvil-təslim aktı ilə cavabdehə təhvil vermiş və cavabdeh 188655,8 manat ödəniş etmişdir. İddiaçı həmin müqavilə üzrə 39412 manat məbləğində əlavə işlər göründüyünü, bu barədə sübutları olduğunu, cavabdehin keyfiyyətsiz materiallarla təchiz etməsi səbəbindən işlərin yubandığını, cavabdehin təhvil almaqdan əsassız imtina etdiyini bildirərək həmin məbləği cavabdehdən tələb etmişdir. Cavabdeh isə görülmüş işlərin təhvil-təslim aktı ilə rəsmiləşdirilmədiyini, təhviltəslim aktında qeyd edilənlərdən başqa işlər görülmədiyini, təhvil alınmış işlərin dəyərinin ödənildiyini, təchiz etdikləri materialların keyfiyyəti ilə bağlı müraciət olunmadığını bildirərək iddiaya həmin hissədə də etiraz etmişdir. Bununla bağlı məkhəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissəsinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Çünki iddiaçı tərəfindən 39412 manat məbləğində işlər görülməsi, bu barədə təhvil-təslim aktının olması, keyfiyyətsiz materiallarla təchiz olunmasına görə cavabdehə müraciət etməsi, görülmüş işlərin ödənilməsi üçün cavabdehə elektron qaimə göndərməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə cavabdehə 39412 manat dəyərində işlər görüldüyü bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin həmin hissəsinin rədd edilməsi qənaətinə gəlir. Eyni zamanda məhkəmə hesab edir ki, 144527 nömrəli, 16 fevral 2022-ci il tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə 39412 manat əsas borc təmin olunmadığından həmin müqavilə üzrə hesablanmış 3941,2 manat cərimə və illik 5% ilə hesablanmış 1970,6 manat məbləğində vəsait də təmin edilməməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 450 manat dövlət rüsumunun 391,83 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC 189982 nömrəli, 05 iyul 2022-ci il tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə travesləri qəbul etməklə ondan (79927,3 manat+6218,15 manat+7080 manat) cəmi 93225 (doxsan üç min iki yüz iyirmi beş) manat 43 (qırx üç) qəpik məbləğində pul vəsaiti, illik 5% ilə hesablanmış 4307 (dörd min üç yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik vəsait, 4300 (dörd min üç yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun 391 (üç yüz doxsan bir) manat 83 (səksən üç) qəpiyinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-543/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-543/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver