Məhkəmə qərarları › İş №e-2-2(113)-5430/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5430/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5430/2021 25.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, Borclu İddiaçı “fiziki şəxsin müflis sayılması” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Borclu İddiaçı “fiziki şəxsin müflis sayılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı müflis elan olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyrikommersiya təşkilatlarına şamil edilir. Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aiddir. Həmin Qanunun 1-ci maddəsinə əsasən fərdi borclu dedikdə öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar fiziki şəxs başa düşülür. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərə İddiaçı vergi ödəyicisi olmasını və fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənədlər əlavə edilməmiş, İnternet Vergi İdarəsində də onun vergi ödəyicisi olmadığı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinə əlavə olunmuş 13.04.2018-ci il tarixli e-2(004)-1468/2018 saylı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 3748,16 ABŞ dolları əsas borc, 1463 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu , cəmi 5212,92 ABŞ dolları məbləğində pulun (ödıniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulması) və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Borcluya izah edilir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli e-2(004)-1468/2018 saylı qətnaməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı işə baxmış məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu İddiaçı “fiziki şəxsin müflis sayılması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Borclu İddiaçı izah edilir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 13.04.2018-ci il tarixli e-2(004)-1468/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı işə baxmış məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar