Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5433/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi” barədə kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması, yüklülüyün ləğvi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İŞİN FAKTİKİ HALLARİ
1. Bakı şəhəri, Azadlıq prospekti 97 saylı evin, 30 saylı mənzili Bakı ŞİH Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 015744 nömrəli order əsasında iddiaçıya verilmişdir.
2. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya ərizə ilə müraciət etmiş və ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30, Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159, M13, m3 ünvanında olan daşınmaz əmlakı almaq niyyətindədiryəm. Əmlakı 410000 manat qiymətinə satıcı ilə razılaşdırmışam. Bununla bağlı 279990 manat vəsaitə ehtiyacım var. Həmin vəsaitin ABŞ dolları məzənnəsi ilə uçotunun aparılmasına etiraz etmirəm. Bu vəsaitin mənə lizinq şərtləri ilə sizin tərəfinizdən maliyyələşdirilməsini xahiş edirəm. Qeyd olunan əmlak icarəyə verilmək məqsədilə alınır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir. Bundan başqa, öz sahibkarlıq fəaliyyətimdən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişi aparılacaqdır.
3. Eyni zamanda, xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya digər bir ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30, Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159, M13, m3 ünvanda yerləşən daşınmaz əmlakın əldə edilməsi məqsədilə tərəfimdən əmlakın satıcısına əvvəlcədən 130010 manat məbləğdə avans ödəniş ödənilmişdir. Hal-hazırda həmin əmlakı lizinq vasitəsilə əldə etmək niyyətindəyəm. Bu məqsədlə, lizinq predmetinin alqı-satqı dəyərinin avans olmadan ödənilməsinə razılıq verməyinizi Sizdən xahiş edirəm. Alqı-satqı əməliyyatı rəsmiləşdirildikdən sonra əvvəlcədən satıcıya ödəmiş olduğum avans məbləğini ondan almağı və İddiaçı MMC-nin hesabına avans ödəniş kimi köçürməyi öz öhdəmə götürürəm. Ödənişlərin vaxtında yerinə yetirilməsinə zəmanət verirəm.
4. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30, Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti giriş 159, M13, m3 ünvanında yerləşən, ümumi sahəsi 213,9 kv.m-dən ibarət mənzilə (bundan sonra – Mənzil) dair ididsaçı ilə X1 arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Rövşən Hüseynov Mənzili 410000 manata iddiaçıya satmışdır.
5. Həmçinin, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə cavabddeh arasında Mənzilə dair notarial qaydada təsdiq edilməklə, D186 nömrəli daşınmaz əmlakın lizinq müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən Lizinq verən satıcıdan əldə edəcəyi Mənzili Lizinq alanın (cavabdehin) istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini - lizinq ödənışıni lizinq vərənə ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinə edilmiş Əlavayə əsasən aylıq ödəniş 6206 manat (yekun 215572 manat) müəyyən edilmidir. Lizinq müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Lizinq müqaviləsinin: 5.1. 1.2-ci bəndinə görə Lizinq alann ilkin maliyyə öhdəliyi 164 700 ABŞ Dolları müəyyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun otaraq hesablanacaq məbləğdə ödənilir; 5.2. 1.2-cü bəndinə görə bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2-ci maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir; 5.3. 3.1-ci bəndinə əsasən hesablaşma qaydasım aks etdirən lizinq ödənşiərinin qrafiki bu Müqavilənin ayrılmaz hissəsi otan 1 saylı əlavəsində göstərilir; 5.4. 4.2.1 və 4.2.2-ci bəndlərinə görə Liznq alan bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavadə göstərilən ilkin ödəniş məbləğini 3 iş günü ərzində Lizinq alanın hesabına ödəmək və lizinq predmetini Lizinq verəndən qəbul etmək, yalnız təyinatı üzrə və yalnız Azərbaycan Respublikası ərazisində istifadə etmək öhdəliyi daşıyır; 5.5. 6.1-ci bəndinə əsasən Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektin mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: ....6.1.4. Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmırsə; 5.6. 6.2-ci bəndinə görə Lizinq alan pul məbləğlərinin və lizinq obyektnin mübahisəsiz geri alınması ilə bağlı lizinq verənin tələbini aldığı gündən 3 iş günü ərzində lizinq obyektini Lizinq verənin tələbində göstərilən yerdə qaytarmağa borcludur. Lizinq obyekti qaytarılarkən onun vəziyyəti haqqında akt tərtib edilir.
6. Lizinq obyekti olan Mənzil xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmiş, bu barədə tərəflər arasında 3 nömrəli Əlavə - Təhvil-təslim aktı imzalanmışdır.
7. Mənzilə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: **********), cavabdehin xeyrinə Mənzilə dair yüklülüyə dair qeydiyyat isə xx.xx.2025-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və onun dəlilləri.
8. İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, D186 X3 müqaviləsinin ləğv edilməsi (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159, M13, m3 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi və dənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2024-cü il tarixli, D186 X3 Müqaviləsi bağlanmış və lizinq predmeti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159, M13, m3 ünvanında yerləşən daşınmaz əmlak olan, lizinq məbləği 164 700 ABŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 21 faiz olmaq şərtilə lizinqə verilmiş, cavabdehin xeyrinə lizinqlə yüklü edilmişdir. Cavabdeh tərəfindən öhdəliklər lazimi qaydada yerinə yetirilməmiş, bu günə qədər ümumilikdə 43 442 ABŞ dolları ekvivalentində ödəniş etməli olsa da, müqavilə bağlandığı tarixdən cəmi 5 364 ABŞ dolları ekvivalentində ödəniş edilmişdir. Hazırda D186 X3 müqaviləsi üzrə 178 455 ABŞ dolları ekvivalentində əsas məbləğdən və 24 705 ABŞ dolları ekvivalentində hesablanmış cərimə məbləği olmaqla, cəmi 203 160 ABŞ dolları ekvivalentində borc mövcuddur. Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.8-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddia ərizəsinə qarşı cavabdeh tərəfindən etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərzəsinə uyğun izahat verərək təmin edilməini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmədiklərindən məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
18. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
22. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
23. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
24. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: - 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
25. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
26. Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Maddə 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
MƏHKƏMƏNİN MÖVQEYİ
32. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
33. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
34. MM-nin 386.1-ci maddəsində də öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən edilmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
35. İş mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında Lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, lizinq obyekti olan Mənzil cavabdehin istifadəsinə və sahibliyinə verilmiş, Mənzil sonuncu tərəfindən qəbul edilməklə, lizinq ödənişləri də qismən ödənilmşdir.
36. Mülki Məcəllənin 747-ci maddəsində verilən anlayışdan da görünür ki, lizinq əmlakın icarəyə verilməsinin elə bir xüsusi qaydasını nəzərdə tutur ki, bu zaman lizinq verən özünə məxsus, yaxud başqa şəxslərdən əldə etdiyi (cəlb etdiyi) əmlakı müqavilə əsasında müəyyən haqla və müəyyən müddətə lizinq alanın istifadəsinə, müqavilə ilə müəyyən edilmiş haqq ödənildikdən sonra isə onu mülkiyyət hüququ ilə lizinq alana verməyi öhdəsinə götürür. Qeyd edilən müddəaya görə, lizinq verənin əsas öhdəliyi lizinq obyektini müqavilə şərtlərinə (müddət, haqq və s.) uyğun olaraq lizinq alanın istifadəsinə və saibliyinə vermək, lizinq alanın əsas öhdəliyi isə aldığı lizinq obyektindən istifadə haqqını müəyyənləşdirilmiş dövr ərzində lizinq verənə ödməkdən ibarətdir. Mülki Məcəllənin 747.1-ci maddəsinin mənasından o da müəyyən edilir ki, lizinq verənin öhdəliyinin icrası lizinq müqaviləsinin bağlandığı andan, lizinq alanın öhdəliyinin icrası isə lizinq obyektinin ona təhvil verildiyi andan başlayır.
37. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli lizinq müqaviləsi, eləcə də həmin müqaviləyə edilmiş əlavələrə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli lizinqi müqaviləsi ilə verilməli olan və yuxarıda ətraflı təsviri verilmiş Mənzili cavabdeh tərəfindən qəbul edilmiş, bununla də iddiaçı müqavilə şərtlərinə uyğun olaraq öhdəliyini tam yerinə yetirmişdir. İddiaçı tərəfindən öhədəliyini tam yerinə yetirməsi həm də onunla təsdiq edilir ki, Mənzilin təhvil verilməsinə dair tərəflər arasında xx.xx.2024-cü il tarixdə Təhvil-təslim aktı imzalanmışdır.
38. Lakin cavabdeh Lizinq müqaviləsi üzrə təhvil aldığı lizinq obyektinə görə aylıq liznq ödənişlərini və ona hesablanmış faziləri vaxtında ödəməmişdir. Məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericilin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). İradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar, buna görə onları vaxtında icra etməyə borcludurlar.
39. Cavabdeh də iddiaçı ilə aralarında azad iradə ifadələrinin təzahürü nəticəsində bağlanmış lizinqi müqaviləsi ilə lizinq ödənişlərinin vaxtında ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyini icra etməyə borclu olsa da, ödənişləri vaxtında etməməklə onu pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh lizinq obyektini alaraq ondan istifadə etmək hüququna malik olmaqla bərabər, eyni zamanda həmin müqavilə ilə müəyyən edilmiş müddət və dövrlərlə lizinq haqqını və ona hesablanmış faizlər formasında lizinq ödənişlərini ödəməklə bağlı öhdəliyə malik olmuşdur. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh lizinq müqaviləsi əsasında liznq obyektini təhvil alaraq istifadə etməklə, bu hüququndan istifadə etmiş, lakin lizinq haqqını, ona hesablanmış faizləri tam ödəməməklə öhdəliyini pozmuşdur. Cavabdehin həmin öhdəliyini pozması isə həm Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsində, həm də Lizinq müqaviləsinin 6.1.4-cü bəndində müəyyən edilmiş müqaviləni ləğv edilməsini tələb etməsi hüquqndan istifadə etməyə imkan verir.
40. Ona görə də məhkəmə Lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbini əsaslı hesab edir.
41. Mülki Məcəllənin 421-ci maddəsində müqavilənin ləğvi üçün iki şərt müəyyən edilmişdir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşması, ikinci şərt isə müqavilənin tərəflərdən birinin tələbi ilə pozulması ilə bağlıdır. Hazırki mübahisə üzrə birinci şərt, yəni müqavilənin ləğvi barədə tərəflər arasında əvvəlcədən hər hansı bir razılaşma mövcud olmaması işin mübahisəsiz halıdır.
42. İkinci şərt müqavilənin təfərlərdən birinin bu barədə tələb ilə sürməklə pozulmasını nəzərdə tutur. Bu zaman müqavilənin digər tərəfnin onun əhəmiyyətli dərəcədə pozması sübuta yetirilməlidir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tələbi irəli sürən tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. İkinci şərtin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Yəni, cavabdeh tərəfindən lizinq ödənişinin (əsas və faiz) vaxtında icra edilməməsi ilə iddiaçı müqavilə balayarkən aylıq əldə edəcəyinə ümud etməyə haqqı çatdığı gəlirdən məhrum olmuşdur. Bu hal isə ona müqavilənin ləğvi barədə tələblə çıxış etməyə imkan verir.
43. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılması hissəsində də təmin edilməlidir. Hazırkı mübahisə üzrə iddiaçının bu tələbinin uğurlu olması cavabedhin lizinq müqaviləsində nəzərdə tutulan öz öhdəliyini necə icra etməsindən asılıdır. Hazırkı mübahisə üzrə cavabdeh tərəfindən, xüsusilə müqavilə üzrə lizin ödənişlərini uzun müddətdir (ardıcıl iki aydan çox) ödəməməklə öhdəliyini pozması işin mübahisəsiz halıdır. Eləcə də, iddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd edilmişdir ki, cavabdeh tərəfindən öhdəliklər lazimi qaydada yerinə yetirilməmiş, bu günə qədər ümumilikdə 43 442 ABŞ dolları ekvivalentində ödəniş etməli olsa da, müqavilə bağlandığı tarixdən cəmi 5 364 ABŞ dolları ekvivalentində ödəniş edilmişdir. Hazırda D186 X3 müqaviləsi üzrə 178 455 ABŞ dolları ekvivalentində əsas məbləğdən və 24 705 ABŞ dolları ekvivalentində hesablanmış cərimə məbləği olmaqla, cəmi 203 160 ABŞ dolları ekvivalentində borc mövcuddur.
44. Mülki Məcəllənin 748-1.12-ci maddəsində Lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüquqna malik olması nəzərdə tutlmuşdur ki, onlardan biri də lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi ilə bağlıdır (maddə 748-1.12.4). Eyni zamanda, tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin 21-ci bəndində lizinq obyektinin geri alınmasının şərtləri nəzərdə tutulmuşdur. Bu şərtlərdən biri də Lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi ilə bağlıdır (Lizinq müqaviləsinin 6.1.4-cü bəndi).
45. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış Lizinq müqaviləsi ləğv edildyindən iddia tələbləri digər hissələrdə - Mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin adına qeydiyyata alınmış lizinqin dövlət qeydiyyatı da ləğv edilməldir. Belə ki, hər iki tələb birinci, yəni müqavilənin ləğvi tələbindən asılıdır, tərəflər arasında bağlanmış Lizinq müqaviləsi ləğv edildiyi halda Mənzilin iddiaçıda qalması, habelə onun cavabdehin xeyrinə yüklülükdə qalmasına heç bir zərurət qalmır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D186 X3 müqaviləsi ləğv edilsin, lizinq obyekti olan mənzil - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159, M13, m3 ünvanında yerləşən daşınmaz əmlak boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 159, M13, m3 ünvanında yerləşən daşınmaz əmlak üzərində Cavabdeh2 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı