Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5435/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı “X1 Təsərrüfatı” MMC-nin cavabdeh “Team Gubaljecic” D.O.O Gradacac qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı “X1 Təsərrüfatı” MMC (bundan sonra-iddiaçı) cavabdeh “Team Gubaljecic” D.O.O Gradacaca (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53700 ABŞ dolları, 91290 manat borcun, habelə ödənilmiş 363.87 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının hazırkı iddia tələbləri tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən müqavilənin icrası zamanı yarana biləcək bütün mübahisələrin, fikir ayrılıqları və ya şikayətlər, habelə onun pozulması, xitam verilməsi və ya icra edilməməsi, danışıqlar zamanı sülh yolu ilə həlli mümkün olmadıqda Azərbaycan Respublikasının Məhkəmələrində baxılması razılaşdırılmışdır. Hazırkı işdə cavabdeh xarici hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 443.0.1-ci maddəsinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Elektron Məhkəmə İnformasiya Sistemindən və Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının hüquqi ünvanı Şəki rayonu, Cumaykənd kəndidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Şəki - Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə yaranacaq mübahisələrə Azərbaycan Respublikasının Məhkəmələrində baxılması razılaşdırılsa da, iddiaçın hüquqi ünvanı ünvan 2əməsində baxıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Təsərrüfatı” MMC-nin cavabdeh “Team Gubaljecic” D.O.O Gradacac qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “X1 Təsərrüfatı” MMC-yə geri qaytarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 364 (üç yüz altmış dörd) manat dövlət rüsumu iddiaçı “X1 Təsərrüfatı” MMC-yə qaytarılsın. İddiaçı “X1 Təsərrüfatı” MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5435/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5435/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver