Məhkəmə qərarları › İş №e-2-2(113)-544/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-544/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-544/2020 04.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Firmasına qarşı “pul” tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1864,40 manat məbləğində xidmət haqqının, 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 1894,40 manat məbləğində pulun Cavabdeh Firmasından İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh Firması arasında FGSG/RDM-1/33 saylı, xx.xx.2018-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən obyektin mühafizə qiyməti hər ay üçün ƏDV-siz 700 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdən etibarən isə tərəflər mühafizə obyektində əlavə mühafizə postunun açılması səbəbindən hər ay üçün obyektin mühafizə qiymətinin ƏDV-siz 1400 manat məbləində təsbit edilməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 2.5-ci bəndinə əsasən, müəyyən edilmiş xidmət haqqının ödənişi icraçının təqdim etdiyi hesab fakturaya əsasən sifarişçi tərəfindən obyektlərin mühafizəyə götürüldüyü gündən 5 bank günü ərzində ödənilir. Cavabdeh tərəfindən 2019-cu ilin iyul ayınadək xidmət haqqı ödənişləri vaxtında və tam həcmdə ödənilsə də, 2019-cu ilin iyul və avqust ayları üzrə xidmət haqqı ödənişləri cavabdeh tərəfindən həyata keçirilməmişdir. Belə ki, cavabdeh həmin dövr üzrə xidmət haqlarını ödəməmiş və onun 2019-cu ilin iyul ayı üçün ƏDV-siz 1400 manat, 2019-cu ilin avqust ayı üçün müqaviləyə xidmət verilmə tarixinədək (xx.xx.2019-cu ilin tarixədək-4 gün) ƏDV-siz 180 manat (1400 manat/31 günx 4 gün), cəmi ƏDV-siz 1580 manat (ƏDV ilə birlikdə 1864,40 manat) ödənilməmiş xidmət haqqı borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və pretenziya göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, idda tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında obyektlərin mühafizə olunmasına dair xx xxxxxx 2018-ci il tarixli müqavilə imzalanmış və həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə obyektin mühafizə olunması öhdəliyi iddiaçı şirkətə həvalə edilmişdir. Müqavilə öhdəliyi ərzində Cavabdeh Firması öhdəliyini vaxtında əskiksiz icra etmişdir. Lakin iddiaçı tərəf müqavilədən irəli gələn öhdəliyini laızmi qaydada icra etməmiş və nəticədə xx xxxx 2019-cu il tarixində firmaya aid Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksi tikintisinin həyata keçirildiyi sahədə yerləşən “PVC sexində oğurluq hadisəsi baş vermiş və Cavabdeh Firması maddi zərərə uğramışdır. Oğurluq olan ərazi müqavilə şərtlərinə görə iddiaçı şirkətin əməkdaşları tərəfindən qorunmalı və təhlükəsizlik təmin olunmalıdır. Müqavilənin 5.19-cu maddəsinə əsasən, iddiaçı mühafizə etdiyi ərazidə baş vermiş oğurluq və s zərərlərə görə maddi və hüquqi məsuliyyət daşıyır. Oğurluq hadisəsinin baş verdiyi vaxt ərazi iddiaçı şirkətin mühafizə əməkdaşlarının nəzarətində olmuşdur. Ödənilməyən məbləğin mühafizə xidmətinin düzgün təşkil olunmaması və yol verdikləri məsuliyyətsizliyə görə şirkətə dəymiş zərərin qarşılığında saxlanıldığı daha öncəki tarixlərdə də iddiaçı tərəfə yazılı qaydada bildirilmişdir. İddiaçı şirkətin tələb etdiyi məbləğ xx.xx.2018-ci il tarixli müqvailənin 5.19-cu maddəsinə istinadən məruz qaldığı zərərin müəyyən hissəsini qarşılamaq məqsədi ilə saxlanılmış və əvəzləşdirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC (icraçı) və Cavabdeh Firması (sifarişçi) arasında bağlanan FGSG/RDM-1/33 nömrəli xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, sifarişçi Suraxanı rayonu, Hövsan qəsəbəsi yaşayış kompleksində yerləşən Cavabdeh firmasının ona məxsus binasının mühafizəsini təmin etməyi icraçıya həvalə edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, icraçı müqaviləyə əsasən 1.1-ci bəndində qeyd olunan obyektin mühafizəsini 2 nəfərdən ibarət mühafizəçi ilə 24 saat ərzində həyata keçirilir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndinə əsasən obyektin mühafizə qiyməti hər ay üçün 700 manat məbləğində müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilə qiymətinə vergilər (ƏDV) daxil deyildir. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqaviləyə əsasən obyektlərin mühafizəyə götürülməsi xx xxxxxx 2018-ci il tarixdən başlayır və xx xxxxxx 2019-cu il tarixədək 1 il müddətinə qüvvədədir. Müqavilənin 4.3-cü bəndinə əsasən, sifarişçi mühafizə xidmətinin icrasına və keyfiyyətinə nəzarət etməli, müəyyən edilmiş qüsurlar, uyğunsuzluqlar və iradlar barədə icraçıya məlumat verməlidir. Müqavilənin 5.15-ci bəndinə əsasən, icraçı obyektin mühafizəsi zamanı kənar şəxslər tərəfindən obyektə maddi ziyan vurulması hallarında dərhal sifarişçiyə məlumat verməli və səlahiyyətli nümayəndə gələnə qədər hadisə yerini mühafizə etməlidir. Müqavilənin 5.19-cu bəndinə əsasən, mühafizəçilərin ehtiyatsızlığı, sayıqsızlığı nəticəsində sifarişçiyə dəymiş maddi zərəri (ümumi obyekt üzrə bütün avadanlığın, mal materialın, bütün maddi qiymətlilərin digər şəxslər tərəfindən oğurluğu, talan və ya qarət edilməsi, qəsdən məhv edilməsi və s.) ziyana görə məsuliyyət daşımaq icraçının öhdəliyidir. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Firması İddiaçı MMC-yə 451 manat ödəniş etmişdir. Ödənişin əsası: mühafizə xidməti dekabr 2018. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Firması İddiaçı MMC-yə 700 manat ödəniş etmişdir. Ödənişin əsası: mühafizə xidməti yanvar 2019. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Firması İddiaçı MMC-yə 1075 manat ödəniş etmişdir. Ödənişin əsası: mühafizə xidməti fevral 2019. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Firması İddiaçı MMC-yə 700 manat ödəniş etmişdir. Ödənişin əsası: mühafizə xidməti mart 2019. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Firması İddiaçı MMC-yə 1400 manat ödəniş etmişdir. Ödənişin əsası: mühafizə xidməti aprel 2019. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Firması İddiaçı MMC-yə 1400 manat ödəniş etmişdir. Ödənişin əsası: mühafizə xidməti may 2019. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh Firması İddiaçı MMC-yə 700 manat ödəniş etmişdir. Ödənişin əsası: mühafizə xidməti iyul 2019. - xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müracət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (icraçı) və Cavabdeh Firması (sifarişçi) arasında FGSG/RDM-1/33 nömrəli xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, sifarişçi Suraxanı rayonu, Hövsan qəsəbəsi yaşayış kompleksində yerləşən Cavabdeh firmasının ona məxsus binasının mühafizəsini təmin etməyi icraçıya həvalə etmiş və obyektin mühafizə qiyməti hər ay üçün 700 manat (ƏDV daxil olmadan) məbləğində müəyyən edilmişdir. Hər iki tərəf müqavilə üzrə öhdəliklərinin icra etmiş, lakin 2019-cu ilin iyul və avqust ayları üçün olan ödəniş Cavabdeh Firması tərəfindən həyata keçirilməmişdir. Ödənişin edilməməsinin əsası kimi cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, xx xxxx 2019-cu il tarixində firmaya aid Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksi tikintisinin həyata keçirildiyi sahədə yerləşən “PVC sexində oğurluq hadisəsi baş vermiş və Cavabdeh Firması maddi zərərə uğramışdır. Ona görə də xx.xx.2018-ci il tarixli müqvailənin 5.19-cu maddəsinə istinadən Cavabdeh Firması məruz qaldığı zərərin müəyyən hissəsini qarşılamaq məqsədi ilə həmin məbləği saxlamış və əvəzləşdirmişdir. FGSG/RDM-1/33 nömrəli xx xxxxxx 2018-ci il tarixli müqavilənin 5.19-cu bəndinə əsasən, mühafizəçilərin ehtiyatsızlığı, sayıqsızlığı nəticəsində sifarişçiyə dəymiş maddi zərəri (ümumi obyekt üzrə bütün avadanlığın, mal materialın, bütün maddi qiymətlilərin digər şəxslər tərəfindən oğurluğu, talan və ya qarət edilməsi, qəsdən məhv edilməsi və s.) ziyana görə məsuliyyət daşımaq icraçının öhdəliyidir. Lakin cavabdeh tərəf İddiaçı MMCnin öhdəliyini pozmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC (icraçı) və Cavabdeh Firması (sifarişçi) arasında FGSG/RDM-1/33 nömrəli xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə icraçının öz öhdəliyini pozması halı aşkar edilmədiyindən icraçı müqavilə üzrə razılaşdırılmış ödənişi tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il tarixli, FGSG/RDM-1/33 nömrəli müqavilə üzrə Cavabdeh Firmasından 1864,40 (min səkkiz yüz altmış dörd manat qırx qəpik) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 1894,40 (min səkkiz yüz doxsan dörd manat qırx qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il tarixli, FGSG/RDM-1/33 nömrəli müqavilə üzrə Cavabdeh Firmasından 1864,40 (min səkkiz yüz altmış dörd manat qırx qəpik) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 1894,40 (min səkkiz yüz doxsan dörd manat qırx qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar