Məhkəmə qərarları › İş №e-2-2(113)-544/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-544/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-544/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 15473 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136,42 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Bəhram oğlu arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 197/2022 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 15473 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 9 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və 9 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh Bəhram oğlu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 15473 manat hissəsini bu günədək ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 445.2, 443.1, 448.1, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur. Daha sonra cavabdeh EMİS vasitəsi ilə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ərizənin icraata qəbul edilməsini, müqavilənin etibarsız hesab edilməsinə, İddiaçı MMC-dən 2500 manat maddi ziyan və 970 manat soyuducuların təmir xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,7 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-yə heç bir borcu olmamışdır. İddiaçı MMC-dən hər dəfəsində mal götürdükdə müxtəlif pul vəsaitlərini nağd şəkildə ödənilmişdir. Sonralar həmin MMC-dən mal alınmadığı, üçün qəsdən ona qarşı əsassız iddia irəli sürülmüşdür. Həmçinin İddiaçı MMC ona məxsus soyuducularıda aparılmışdır. Həmin soyuduculara dəfələrlə mühərriki yandığı üçün təmirinə pul vəsaitləri xərclənərək ümümilikdə 970 manat pul vəsaiti xərclənmiş və İddiaçı MMC verdiyi müxtəlif mallar isə MMC tərəfindən geri götürülməmişdir. Bununlada ona 2500 manat məbləğində ziyan dəymişdir. İddiaçı MMC-nin iddia tələbi əsaslanmamışdır. Cavabdehin müqavilədən də xəbəri olmamışdır. Hər dəfə mal verildikcə imza atılmış və mal götürülmüşdür. Həmin müqavilədən ümümi olaraq xəbəri olmamış və məhkəmədə ona qarşı iddia irəli sürüldükdən sonra xəbəri olmuşdur. Həmçin məhkəmədən cavabdehin ünvanına poçt vasitəsi ilə bildiriş gəldikdən sonra xəbəri olmuş və asan imza alınmışdır. “Avrora" MMC-nin iddia tələbi qeyri kafi olunmaqla və həmin müqavilə olmasına baxmayaraq bir nüxsəsi də ona verilməmişdir. Cavabdehin hüquqi savadı olmadığı üçün iddiaçı onu aldadarq öz xeyirlərinə müqavilə hazırlanmış, göründüyü kimi müqavilədə də ay gün ili əl yazısı ilə yazılmışdır. Güya ki, 2022-ci il tarixdən müqavilə bağlanmışdır. Əgər həmin tarixdən müqavilə bağlanmış olsa idı iki ildən sonra məhkəməyə verilməsi belə şübhə altındadır. “Avrora" MMC-nin cavabdehə qarşı əsassız iddia tələbi rədd edilməli və ona dəymiş ziyan və soyuducuların dəfələrlə təmirlərinə xərclənən xərclər “Avrora" MMCdən alınaraq ona verilməlidir. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.1, 339.2, 339.6-cı maddələrinə istinad olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7150/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin verilməsi müddəti ötürüldüyündən qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Suallara cavab olaraq iddiaçının nümayəndəsi malların cavabdeh tərəfindən şəxsən təhvil alındığını, qarşılıqlı iddia ərizəsində qeyd edilənlərin həqiqəti əks etdirmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında imzalanmış 1 sentyabr 2022-ci il tarixli 197/2022 nömrəli məhsulların nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya nisyə borc olaraq dəyəri 15473 manat olan müxtəlif çeşidli məhsulları satır və alıcı həmin məhsulları nisyə qəbul edir və həmin məbləği 9 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürür. 1 sentyabr 2022-ci il tarixli təhvil təslim aktına əsasən İddiaçı MMC 1 sentyabr 2022-ci il tarixli 197 nömrəli müqavilə üzrə 15473 manat məbləğində olan məhsulları Cavabdeh təhvil vermişdir. İddiaçı MMC “kreditor” ilə Cavabdeh “borclu” olmaqla imzalanmış xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən borclu xx.xx.2023-cü il tarixinə qədər 15473 manat məbləğində borcunu hər ay 2578,83 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixli 197/2022 nömrəli müqaviləyə əsasən 15473 manat məbləğində borcunun yarandığını etiraf etmiş və xx.xx.2023-cü il tarixinə qədər borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubunda 1 sentyabr 2022-ci il tarixli 197/2022 nömrəli məhsulların nisyə alqı-satqı müqaviləsinə görə 15473 manat borcu 1 iş gün ərzində ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif çeşidli malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Həmçinin cavabdeh mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə imzalamışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Çünki iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilələr, eləcə də təhvil-təslim aktı iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 15473 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 136,42 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə ödənilməmiş 15473 (on beş min dörd yüz yetmiş üç) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 ( bir yüz otuz altı) manat 42 (qırx iki) qəpik alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar