Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5440/2025 06.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə ilkin, Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC (VÖEN: **********) ilə bağlanmış 01 may 2024-cü il tarixli, İKRA 2024/074 saylı yük daşınması müqaviləsi və onun tərkib hissəsi olan 8402 saylı, 13 mart 2025-ci il tarixli Əlavəsi ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 22 270 manat əsas borcun; özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, onu qaytarmaqdan boyun qaçırmaq, onun ödənilməsini digər şəkildə gecikdirmək və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmək hallarını və bank uçot faiz dərəcəsi - 7,25 faizini nəzərə alınmaqla, cəmi 1 614 manat pulun; gecikmələrə görə hər gün üçün müqavilə məbləğinin 0.2 faiz miqdarında olmaqla, 135 gün üçün 3.530 manat cərimənin; vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 450 manat pulun; məhkəmənin hesabına ödənilmiş 184 manat (174 m + 10 m) dövlət rüsumunun, yekun olaraq, cəmi 28.084 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək zərər olaraq - 21 583 manat; əldən çıxmış fayda olaraq - 13 607 manat; hüquqi yardım xərci olaraq – 320 manat; dövlət rüsumu olaraq – 230 manat olmaqla; ümumilikdə 35 740 manat məbləğində pul vəsaitinin cavabdeh “İkra Logistika" MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəmə prosesindən əvvəl tərəflər arasında razılıq əldə edildiyini, borc məbləği ilə bağlı ödənişlərin edilməsi ilə əlaqədar barışıq sazişinin imzalandığını bildirərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin bütün bəndləri ilə tanış olduğunu bildirərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:
1. Cavabdeh qarşılıqlı iddiadan tamamilə imtina edir.
2. Tərəflər İddiaçı ilkin iddia üzrə tələb etdiyi 28084 (iyirmi səkkiz min səksən dörd) manat məbləğində iddia məbləğinin 21204 (iyirmi bir min iki yüz dörd) manata endirilməsi barədə qarşılıqlı olaraq razılığa gəlmişlər.
3. 21204 (iyirmi bir min iki yüz dörd) manat məbləğində vəsaitin 11204 (on bir min iki yüz dörd) manat hissəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən Cavabdeh bank hesabı üzərinə qoyulmuş həbs götürüldükdən dərhal sonra Cavabdeh tərəfindən İddiaçınə ödəniləcəkdir.
4. Cavabdeh qalan 10000 (on min) manat vəsaiti xx.xx.2026-cı il tarixədək İddiaçınə ödəməyi öhdəsinə götürür.
5. Bu saziş imzalandıqdan və məhkəmənin qərardadı ilə təsdiq edildikdən sonra qüvvəyə minir.
6. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə iddia irəli sürə bilməz.
7. Bu saziş məhkəməyə bir nüsxə və tərəflərin hər birinə bir nüsxə olmaqla 3 nüsxədə tərtib olunmuşdur. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə ilkin, Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2026-cı il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh qarşılıqlı iddiadan tamamilə imtina edir.
2. Tərəflər İddiaçı ilkin iddia üzrə tələb etdiyi 28084 (iyirmi səkkiz min səksən dörd) manat məbləğində iddia məbləğinin 21204 (iyirmi bir min iki yüz dörd) manata endirilməsi barədə qarşılıqlı olaraq razılığa gəlmişlər.
3. 21204 (iyirmi bir min iki yüz dörd) manat məbləğində vəsaitin 11204 (on bir min iki yüz dörd) manat hissəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən Cavabdeh bank hesabı üzərinə qoyulmuş həbs götürüldükdən dərhal sonra Cavabdeh tərəfindən İddiaçınə ödəniləcəkdir.
4. Cavabdeh qalan 10000 (on min) manat vəsaiti xx.xx.2026-cı il tarixədək İddiaçınə ödəməyi öhdəsinə götürür. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov