Məhkəmə qərarları › İş №e-2-2(113)-5441/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5441/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5441/2025 15.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 1632,83 manat əsas borcun, 1632,83 manat dəbbə pulunun, ümumilikdə 3265,66 manat məbləğin və 65 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Malların alqı-satqı qaydaları haqqında 19 oktyabr 2022-ci il tarixli 641 nömrəli müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən, “Alıcı”-ya “Faktura” təqdim olunan gündən hesablanmaqla 30 (otuz) təqvim günü müddətinə “Faktura” üzrə göndərilən ümumi məbləği nəğdsiz qaydada və tam şəkildə “Satıcı”-nın xeyrinə ödənilməlidir. Belə ki, cavabdehə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin may ayınadək müxtəlif vaxtlarda iddiaçı tərəfindən mallar təqdim edilmişdir. Lakin cavabdeh bugünədək ona təqdim edilmiş elektron qaimələr üzrə malların dəyərini ödəməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 584147 nömrəli elektron qaimə üzrə 288 manat, xx.xx.2023-cü il tarixli 938897 nömrəli elektron qaimə üzrə 37,20 manat, xx.xx.2023-cü il tarixli 305397 nömrəli elektron qaimə üzrə 360 manat, xx.xx.2023-cü il tarixli 538026 nömrəli elektron qaimə üzrə 280,80 manat, xx.xx.2023-cü il tarixli 285654 nömrəli elektron qaimə üzrə 74,40 manat,xx.xx.2024-cü il tarixli 559281 nömrəli elektron qaimə üzrə 103,20 manat, xx.xx.2024-cü il tarixli 948177 nömrəli elektron qaimə üzrə 167,28 manat, xx.xx.2024-cü il tarixli 845952 nömrəli elektron qaimə üzrə 74,40 manat, xx.xx.2024-cü il tarixli 558156 nömrəli elektron qaimə üzrə 74,40 manat, xx.xx.2024-cü il tarixli 804684 nömrəli elektron qaimə üzrə 98,40 manat, xx.xx.2024-cü il tarixli 122310 nömrəli elektron qaimə üzrə 74,40 manat, cəmi 1632,83 manat iddiaçıya ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında olan Müqavilənin 2.5-ci bəndinin şərtlərini nəzərə alsaq “Alıcı”, yəni cavabdeh Müqavilənin 2.4cü bəndinin tələblərini pozduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0.5 % faizi həcmində peniya ödəyir. Cavabdehin ödənilməmiş qaimələr üzrə hər gecikdirilmiş günə xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 459 gün gecikmə - 288 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 414 gün gecikmə - 74,52 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 381 gün gecikmə - 685,80 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 379 gün gecikmə - 530,60 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 358 gün gecikmə - 132,16 manat, xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 315 gün gecikmə - 160,65 manat, xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 308 gün gecikmə - 255,64 manat, xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 292 gün gecikmə - 108,04 manat, xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 281 gün gecikmə - 103,97 manat, xx.xx.2024-cü il tarixli e- qaimə üzrə 277 gün gecikmə - 135,73 manat 11. xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 221 gün gecikmə - 81,77 manat, cəmi 2930,14 manat məbləğlərdə peniya məbləği yığılmışdır. Müqavilənin 2.7-ci bəndinin şərtlərinə əsasən bu müqavilə üzrə ödəniləcək dəbbə pulunun və (və ya) peniyanın ümumi məbləği “Faktura” üzrə təhvil alınmış “Mallar”-ın ümumi məbləğindən artıq olmamalıdır. Cavabdehin təqdim olunmuş e-qaimələr üzrə gecikdirilmiş peniya məbləği əsas borcundan daha çox olduğunu və Tərəflər arasında olan Müqavilənin 2.7-ci bəndinin tələbini, yəni peniya məbləğinin malların ümumi məbləğindən artıq olmaması şərtini nəzərə alaraq faktiki gecikdirilmiş günlərin sayına əsasən 2930,14 manat təşkil edən peniyanın da ümumi məbləği 1632,83 manat təşkil etməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 425.1, 443.1, 448.1, 449,1, 598.3-cü maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, “FGF Group MMC “alıcı” olmaqla tərəflər arasında 19 oktyabr 2022-ci il tarixli 641 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən “Tərəflər”in “Müqavilə”ni “Təsdiqlədiyi” andan etibarən “Satıcı” rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları, (bundan sonra “Mallar”) “Alıcı”nın sifarişlərinə əsasən qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə əsasında “Alıcı”ya satmağı öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən “Müqavilə”-nin 2.1-ci maddəsinə əsaslanaraq “Alıcı”ya təhvil veriləcək “Mallar”ın “Satış şərtləri”ni müvafiq “Əlavələr” ilə müəyyən edir. “Müqavilə”nin 2.4-cü bəndinə əsasən “Alıcı”ya “Faktura” təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə “Faktura” üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə “Satıcı”nın xeyrinə ödənilməlidir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Müqavilə”nin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5 % faiz həcmində peniya ödəyir. EBDO seriyalı 584147 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 288 manat, EBDR seriyalı, 938897 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 37,20 manat, EBDU seriyalı, 305397 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 360 manat, EBDU seriyalı, 538026 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 280,80 manat, EBDW seriyalı, 285654 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 74,40 manat, EBDY seriyalı, 559281 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 103,20 manat, EBDY seriyalı, 948177 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 167,28 manat, EBDZ seriyalı, 845952 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 74,40 manat, EBEA seriyalı, 558156 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 74,40 manat, EBEA seriyalı, 804684 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 98,40 manat, EBED seriyalı,122310 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə 74,40 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, e-qaimələrə əsasən hesablanmış 1632,83 manat əsas borcun 5 gün ərzində ödənilməsi cavabdehdən xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 65,40 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Malların cavabdehə təhvil verilməsi e-qaimələrlə öz təsdiqini tapır, çünki müqavilənin şərtinə əsasən mallar e-qaimələr əsasında cavabdehə satılır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 1632,83 manat pulu ödəmədiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 1632,83 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1632,83 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur və cavabdehin ödənişi gecikdirməsi iş materialları ilə öz təsdiqini tapır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 80 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 65 manat dövlət rüsumunun 37,13 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 19 oktyabr 2022-ci il tarixli, 641 nömrəli müqavilə üzrə 1632,83 manat əsas borc, 80 manat dəbbə pulu olmaqla, ümumilikdə 1712 (min yeddi yüz on iki) manat 83 (səksən üç) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat 13 (on üç) qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar