Məhkəmə qərarları › İş №e-2-2(113)-5449/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5449/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5449/2022 26.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə 9309.33 (doqquz min üç yüz otuz doqquz manat otuz üç qəpik) manat, mediasiya üçün ödənilmiş 100 (yüz) manat və 13.09 (on üç manat doqquz qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə ödənilmiş olan 9422.42 (doqquz min dörd yüz iyirmi iki manat qırx iki qəpik) manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında 27 iyul 2018-ci il tarixli 80 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən, satıcı İddiaçı MMC olaraq cavabdehə onun mütəmadi sifarişləri üzrə spirtli içkiləri satmağı, Cavabdeh2 Rafel oğlu isə İddiaçı MMC tərəfindən satılan spirtli içkiləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC təşkilati-hüquqi formasını dəyişərək açıq səhmdar cəmiyyətinə çevrilmişdir və İddiaçı ASC 01 fevral 2021-ci il tarixindən etibarən yenidən təşkil edilmiş İddiaçı MMC-nin hüquqi varisidir. Bu səbəbdən İddiaçı ASC İddiaçı MMC-nin tərəf olduğu müqavilələr və digər razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməkdə və hüquqlarından istifadə etməyə davam edir. Yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinə əsasən, cavabdehin sifarişləri üzrə ona aşağıdakı məbləğlərdə elektron-qaimələr üzrə mallar satılmışdır: 11076 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən 4001 (dörd min bir) manat, 463946 nömrəli, xx.xx.2019-ci il tarixli elektron qaiməyə əsasən 3621.43 manat, 063050 nömrəli, xx.xx.2019-ci il tarixli elektron qaiməyə əsasən 48.00 manat, 638810 nömrəli, xx.xx.2019-ci il tarixli elektron qaiməyə əsasən 1372.68 (min üç yüz yetmiş iki manat altmış səkkiz qəpik) manat, 868855 nömrəli, xx.xx.2019-ci il tarixli elektron qaiməyə əsasən 82.62 manat, 259470 nömrəli, xx.xx.2019-ci il tarixli elektron qaiməyə əsasən 183.60 manat. Yuxarıda sadalanan qaimələrdə nəzərdə tutulan mallar cəmiyyət tərəfindən şəxsən cavabdehin özünə çatıdırılmışdır və cavabdeh malları təhvil götürdüyünə dair müvafiq anbar sənədlərinə imza çəkmişdir. Lakin, cavabdeh tərəfindən cəmiyyətin balansına hər hansı ödəniş daxil olmamışdır və ya təhvil götürülən mallar geri qaytarılmamışdır. 24 iyul 2020-ci il tarixində "A+CO" MMC-in X4 Teymur tərəfindən Cavabdeh2 9303 (doqquz min üç yüz üç) manat dəyərində malın satışının həyata keçirilməsinə dair izahatda qeyd olunur ki, 27 iyul 2018-ci il tarixində 80 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin müqavilə bağlanıb satış həyata keçirildikdən sonra Cavabdeh2lə əlaqə saxlana bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC və X3 arasında imzalanmış 27 iyul 2018 tarixli 80 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya spirtli içkilər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. EAAK seriyalı 911076 nömrəli xx.xx.2018 tarixli elektron qaiməyə əsasən 4.001 manat, EAAR seriyalı 463947 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 3.621,42 manat, EAAS seriyalı 063050 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 48 manat, EBAD seriyalı 86885 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 82,62 manat, EBAE seriyalı 259470 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 183,60 manat İddiaçı MMC tərəfindən X2 ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən 100 manat mediasiya xərci 6 saylı Mediasiya Təşkilatının hesabına ödənilmişdir. xx.xx.2022 tarixli ödəniş qəbzindən məlum olur ki, 15 manat dövlət rüsumu İddiaçı ASC tərəfindən ödənilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan məlum olur ki, İddiaçı MMC-nin hazırki adı İddiaçı ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə iş materiallarını və sadalanan maddi hüquq normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 9309.33 (doqquz min üç yüz otuz doqquz manat otuz üç qəpik) manat X1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması zamanı sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 (dörd yüz) manat mediasiaya xərci, 13,09 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulımalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 9309.33 (doqquz min üç yüz otuz doqquz manat otuz üç qəpik) manat, mediasiya üçün ödənilmiş 100 (yüz) manat və 13.09 (on üç manat doqquz qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 9422.42 (doqquz min dörd yüz iyirmi iki manat qırx iki qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 9309.33 (doqquz min üç yüz otuz doqquz manat otuz üç qəpik) manat, mediasiya üçün ödənilmiş 100 (yüz) manat və 13.09 (on üç manat doqquz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar