Məhkəmə qərarları › İş №e-2-2(113)-545/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-545/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-545/2022 28.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ƏDV daxil 25.498,84 manat əsas borcun, 5.814 manat dəbbə pulunun, cəmi 31.312,84 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı ƏDV daxil 25.498,84 manat əsas borcun, 5.814 manat dəbbə pulunun, cəmi 31.312,84 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh (fərdi sahibkar) Cavabdeh arasında 28.02.2020-ci il tarixli “malların alğı-satqı müqaviləsi” bağlanılmışdır. Həmin Müqavilə üzrə malların təqdim olunmasına görə cavabdehin bu günədək ödəmədiyi 25.498,84 manat məbləğində əsas borcu var. 28.02.2020-ci il tarixli “malların alğı-satqı müqaviləsi”nin 1.1-ci bəndinə görə Satıcı (İddiaçı MMC) Müqavilədə nəzərdə tutulumuş şərtlər əsasında Alıcıya (Cavabdeh) 25.498,84 manat məbləğində malları satmağı öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə Alıcı malları qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 7.1-ci bəndinə görə Alıcı tərəfindən öhdəliklərin icra edilməməsinə görə hər ötürülmüş gün üçün ödənilməmiş məbləğin 0.1% həcmində dəbbə pulu nəzərdə tutulmuşdur. Müqaviləyə Əlavə 1 olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, dəyəri 25.498,84 manat olan malların alqı-satqısı Tərəflər arasında razılaşdırılmışdır. 30.04.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşmə aktından görünür ki, Cavabdeh 30.04.2021-ci il tarixinə 25.498,84 manat məbləğində borcu var. 09.04.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 7.953,57 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 27.06.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 13.453 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 27.06.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 2.261,31 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 21.08.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 1.830 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 28.02.2020-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə 27.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, ƏDV daxil 2.261,32 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 28.02.2020-ci il tarixli malların alğı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilədə nəzzərdə tutulmuş şərtlər əsasında alıcıya əlavədə göstərilən ümumi qiyməti ƏDV daxil olmaqla 25498.84 manat dəyərində malları satmagı, alıcı isə aldıgı malların dəyərini 10 gün müddətində satıcının hesabına ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə Əlavə 1 olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, dəyəri 25.498,84 manat olan malların alqı-satqısı Tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 30.04.2021-ci il tarixli Qarşılıqlı borcların üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçıya 30.04.2021-ci il tarixinə 25.498,84 manat məbləğində borcu var. 09.04.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDVdaxil 7.953,57 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 27.06.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 13.453 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 27.06.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 2.261,31 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 21.08.2021-ci il tarixli elektron qaimədən görünür ki, ƏDV daxil 1.830 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. 28.02.2020-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə 27.06.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, ƏDV daxil 2.261,32 manat dəyərində mallar Cavabdeh təqdim edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 28.02.2020-ci il tarixli “malların alğı-satqı müqaviləsi” bağlanmış, və müqaviləyə əsasən iddiaçı cavabdehə ƏDV daxil olmaqla 25498.84 manat dəyərində malları satmagı, alıcı isə aldıgı malların dəyərini 10 gün müddətində satıcının hesabına ödəməyi öhdələrinə götürmüşlər. Satıcı alınan malları cavabdehə təhvil versəd də, alıcı aldıgı malların dəyərini ödəməmiş və iddiaçıya 25498.84 manat borcu yranmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malların dəyərini cavabdehə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 28.02.2020-ci il tarixli müqaviləyə və 30.04.2021-ci il tarixli Üzləşmə aktına əsasən 25498,84 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 7.1-ci bəndinə əsasən alıcı ödənişin həyata keçirilməsi üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda satıcı hər bir gecikdirimiş günə 0.1% cərimə tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 5.814 manat dəbbə pulu məbləği yaranmış 25498,84 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ƏDV daxil 25498,84 manat əsas borc, 1000 manat dəbbə pulu, cəmi 26498,84 manat manat borc, cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 183,94 manat məbləğində dövlət rüsumunun 155,65 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilməli, qalan 28,29 manat məbləği İddiaçınə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ƏDV daxil 25498,84 manat əsas borc, 1000 manat dəbbə pulu, cəmi 26498,84 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 183,94 manat məbləğində dövlət rüsumunun 155,65 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan 28,29 manat məbləği İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar