Məhkəmə qərarları › İş №e-2-2(113)-5455/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5455/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5455/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh MMC İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə mövcud olan 48.545,88 manat (qırx səkkiz min beş yüz qırx beş manat səksən səkkiz qəpik) əsas borcunun, eləcə də vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 210 manat (iki yüz on manat) rüsumun, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənilmiş 200 manat (iki yüz manat) rüsumun həmçinin, iddia ərizəsinin verilməsinə görə əlavə olaraq ödənilmiş 28 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 45983,88 AZN (qırx beş min doqquz yüz səksən üç manat səksən səkkiz qəpik) məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında malların alğı-satqısı haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021/S-4 nömrəli müqavilə imzalanmışdır. Müqavilə bağlanarkən şirkət (“satıcı”) müqavilənin əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə, istifadə məqsədləri üçün yararlı vəziyyətdə cavabdehə (“alıcı”) satmağı, cavabdeh şirkət isə həmin malları təhvil alıb dəyərini 35-45 təqvim günü ərzində “satıcı”nın bank hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin “alıcının öhdəlikləri” bölməsinə müvafiq olaraq cavabdeh həmin müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etməli və malların dəyərini qaimə ilə müəyyən ounmuş qaydada “satıcı”ya ödəməlidir. Həmçinin, müqaviləyə əsasən təchiz olunan malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin “satıcı” tərəfindən pozulması halları barədə “alıcı” malı təhvil aldığı zaman baxış keçirib “satıcı”nı məlumatlandırmalıdır. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən vəzifələri lazımınca icra etsə də, Cavabdeh MMC satış məqsədi üçün götürdüyü 69786,89 AZN dəyərindəki məhsulun, işə əlavə olunmuş “Malların qismən qaytarılması qaimələri”ndən də göründüyü kimi 6486,02 dəyərində olan hissəsini geri qaytarmışdır. Bundan əlavə olaraq, götürülən məhsuldan işə əlavə edilmiş ödəniş sənədlərindən də göründüyü kimi, hissə-hissə olmaqla ümumilikdə 14754,99 AZN dəyərində olan hissəsi cavabdeh tərəfindən artıq ödənilmişdir. Həmçinin, tərəflərin xx.xx.2021 tarixli üzləşmə aktında da təsdiqlədikləri kimi, sadəcə xx.xx.2021-xx.xx.2021-ci il tarixlərinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 27121.18 (iyirmi yeddi min yüz iyirmi bir manat) AZN borcu qalmışdır. Hazırda iş materiallarından da aydın olduğu kimi Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan ümumi borcu 48545,88 AZN təşkil edir. Göndərilmiş mallara dair elektron qaimələr tərtib olunaraq cavabdehə göndərilmiş və müvafiq olaraq, cavabdeh tərəfindən həmin qaimələr qəbul olunaraq təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilənin 9.3-cü maddəsinə əsasən, cavabdeh alınan malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01 faiz məbləğində dəbbə pulu ödəməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, iddiaçı öz ərizəsində cavabdehə satış məqsədi üçün 69786,89 manat məbləğində mal verildiyini qeyd etsə də, tərəflər arasında bağlanmış xx.xx.2021\S-4 nömrəli, xx.xx.2021- ci il tarixli müqavilənin 3.4-cü bəndinə görə, mallar müvafiq standart və tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş ünvanda alıcıya (tərəflər arasında imzalanacaq müvafiq təhvil-təslim aktı əsasında) təhvil verilməlidir. Göründüyü kimi, tərəflər müqavilə üzrə malın alıcıya müəyyənləşdirilmiş ünvanda müvafiq təhvil-təslim aktı əsasında təhvil verilməli olduğunu şərtləşdirsələr də, iddiaçı tərəfindən hər hansı təhviltəslim aktları məhkəməyə təqdim olunmamışdır. Başqa sözlə, iddiaçı ümumi dəyəri 69.786,89 manat təşkil edən malın cavabdehə verildiyini sübuta yetirə bilməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli üzləşmə aktında cavabdehin iddiaçıya 27.121,18 manat borcunun olduğu qeyd olunmuşdur. Cavabdehin iddiaçıya həmin tarixə borcu cəmi 27.121,18 manat təşkil etmişdir, bu halda cavabdehin iddiaçıya 14.754,99 manat ödəniş etməsini (bu halı iddiaçı özü etiraf edir), habelə 13.254,17 manat məbləğində malı iddiaçıya geri qaytarmasını nəzərə alınsa, cavabdehin iddiaçıya hər hansı borcunun qalmadığı öz təsdiqini tapmış olur. Əslində, iddiaçının cavabdehə 887,98 manat borcunun olması (ödəniş və qüsurlu malların geri qaytarılması nəticəsində yaranan borc) müəyyən edilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “alıcı” Cavabdeh MMC “satıcı” İddiaçı MMC olmaqla imzalanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021/S-4 nömrəli müqaviləyə əsasən “satıcı” müqavilənin ayrı-ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. BD4 nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 200 manat Bakı 4 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. BD4 nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 420 manat Bakı şəhəri 25 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İddiaçı MMC-nin baş mühasibi Çudnetsova Gülçin, baş mühasibin müavini X2, Cavabdeh MMC-nin rəhbəri X5, Cavabdeh MMC-nin mühasibi X1 qeyd olunmaqla tərtib edilmiş xx.xx.2021 tarixli üzləşmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 27.121,18 manat məbləğində borcu vardır. İddiaçı MMC-nin Dövlət Vergi Xidmətində olan hesabından çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən müxtəlif tarixlərdə ödənişlər olmuş, 26.267,38 manat sub-uçot hesab qalığı qeyd olunmuşdur. Müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələrdən məlum olur ki, ödənilməsi üçün təqdim edilmiş və qarşı tərəf təsdiqləmişdir. xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 2.460 manat, xx.xx.2021 tarixli ödəniş tapşırığına əsasən 3.000 manat, xx.xx.2021 tarixli ödəniş tapşırığına əsasən 2.182,2 manat, xx.xx.2021 tarixli ödəniş tapşırığına əsasən 800 manat, xx.xx.2021 tarixli ödəniş tapşırığına əsasən 4.237,29 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə məxsus bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, iddiaçı müqavilə üzrə müəyyən olunan öhdəliklərini icra etsə də cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, alınmış malların dəyərini tam ödəməyərək nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan, qaimə faktura, e-qaimələrdən tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdehin borcu olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 48545,88 manat iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər arasında imzalanmış üzləşmə aktı ilə müəyyən edilən məbləğ, 6.486,02 manat məbləğində malların geri qaytarılması və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə 14.754,99 manat məbləğində ödənişin olması işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi və vəkili ümumi dəyəri 69.786,89 manat təşkil edən malın cavabdehə verildiyini sübuta yetirə bilmədiyini, iddia olunan borc məbləğini mübahisələndirərək bildirmişdir ki, tərəflər arasında imzalanmış müqavilədə malların təhvil-təslim aktı əsasında razılaşdırılsa da təhvil-təslim aktları məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş təhvil-təslim aktları müvafiq qaydalara uyğun tərtib edilməmişdir. Cavabdehin nümayəndəsi 13.254,17 manat məbləğində malın iddiaçıya geri qaytarıldığını bildirsə də cavabdeh tərəfindən ümumilikdə 6.486,02 manat malın geri qaytarılması iddiaçı tərəfindən təsdiqlənmişdir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, cavabdehin göstərilən malların bağlanmış müqavilənin tələblərinə müvafiq olmayaraq tərtib edilməsini bildirilməsini əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş və etiraf edilmiş borc üzrə malların təhvil verilməsinin və bu halın sənədləşdirilməsinin, ödənişə əsas olmuş sənədlərin və eyni zamanda geri qaytarılmış malların cavabdehin qeyd etdiyi müvafiq şəkildə həyata keçirilməsi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərində təhvil-təslim aktının cavabdehin əsaslandırdığı şəkildə aparılaraq malların satışının həyata keçirilməsi məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsi 13.254,17 manat məbləğində malın iddiaçıya geri qaytarıldığını bildirsə də cavabdeh tərəfindən ümumilikdə 6.486,02 manat malın geri qaytarılması təsdiqlənmişdir. Cavabdeh malları yalnız e-qaimə sənədi əsasında geri qaytardığını, lakin təqdim etdiyi qaimələrin iddiaçı tərəfindən ləğv olunduğunu bildirmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 13.254,17 manat məbləğində malın iddiaçıya geri qaytarılması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 48.545,88 (ƏDV daxil) manat, 200 manat mediasiya xərci , hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 210 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 48.545,88 manat, 200 manat mediasiya xərci, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 210 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar