Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5458/2023 19.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Holcim (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8797,3 AZN əsas borcun, 5556,6 AZN cərimə məbləğinin, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 133 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000863865 saylıalqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə 1 saylı Əlavənin 2-ci bəndinə əsasən Alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təvim günündən gec olmayaraq Satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə Əlavədə taxta altlığın bir ədədinin dəyəri 28,32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 7777,8 AZN məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28,32 AZN olan 36 ədəd taxta altlığı şirkətimizə geri qaytarmamışdır. Cavabdehin şirkətimizdən təhvil aldığı, amma, dəyərini ödəmədiyi malların cəmi məbləği 8797,3 AZN təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X3 izahatında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edərək, müvafiq ərizələri məhkəməyə təqdim etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək tərəflərin arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Tərəflər təsdiq edirlər ki, xx.xx.2023-cü tarixinə cavabdehin əsas məbləğ üzrə əsas borcu 8748 manat təşkil edir. Həmin borcun 7728,5 manat hissəsi sement məhsullarının alışından qalan borc, 1019,5 manat isə taxta altlıqların qaytarılmamasına görə yaranan borcdur. 2.1 Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.4-cü və 191-ci maddəsinə uyğun olaraq hazırkı barışıq sazişi ilə razılığa gəlirlər ki, cavabdeh 8748 manat əsas borcun 6696,5 manat hissəsini aşağıdakı qaydada iddiaçıya ödəyir:
1. 30.01.2024-cü il tarixində - 400 manat
2. 28.02.2024-cü il tarixində - 400 manat
3. 30.03.2024-cü il tarixində - 400 manat
4. 30.04.2024-cü il tarixində - 400 manat
5. 30.05.2024-cü il tarixində - 400 manat
6. 30.06.2024-cü il tarixində - 400 manat
7. 30.07.2024-cü il tarixində - 400 manat
8. 30.08.2024-cü il tarixində - 400 manat
9. 30.09.2024-cü il tarixində - 400 manat
10. 30.10.2024-cü il tarixində - 400 manat
11. 30.11.2024-cü il tarixində - 400 manat
12. 30.12.2024-cü il tarixində - 400 manat
13. 30.01.2025-ci il tarixində - 400 manat
14. 28.02.2025-ci il tarixində - 400 manat
15. 30.03.2025-ci il tarixində - 400 manat
16. 30.04.2025-ci il tarixində - 400 manat
17. 30.05.2025-ci il tarixində - 296,50 manat 2.2. xx.xx.2024-cü il tarixinədək 1019,5 manat məbləğində 36 ədəd taxta altlıqları Holcim (Azərbaycan) ASC-yə qaytarmağı və ya həmin tarixədək onun dəyərini ödəməyi öhdəsinə götürür. 2.3. Bu barışıq sazişinin 2.1 və 2.2-ci maddələrində müəyyən olunmuş şərtlərin tam icra edilməsi ilə cavabdeh iddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra etmiş hesab edilir, iddiaçı borcun qalan hissəsini tələb etmir. 2.4. Cavabdeh tərəfindən ödəniş bu barışıq sazişinin 2.1 və 2.2-ci maddələrində göstərilən şərtlərə əsasən həyata keçirilmədikdə iddiaçı 8748 manat əsas borcun ona ödənilməmiş hissəsinin və qalıq borcun 10%-i məbləğində cərimənin ödənilməsi məqsədilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı "xxxx" (Azərbaycan) ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-5458/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev