Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5479/2025 12.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X22, Cavabdeh2, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı2 Cavabdeh2 qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 (bundan sonra - iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra - cavabdeh) qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin 30 faiz endirimlə, 1 823 500 (bir milyon səkkiz yüz iyirmi üç min beş yüz) manata tələbkar Cavabdeh2 (AZE 0*******) satılmasına dair "xxxx" MMC-nin 13 may 2024-cü il tarixli, 46 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və hərracın alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5479/2025 saylı qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə X9, X4, X23, X3, X5, X19 oğlu, X7, X12, X17, X10, X24, X2, X13, X14, X18, X30 və Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə yazılı ərizə (vəsatət) təqdim edərək, Cavabdeh2 əlavə cavabdeh qismində hazırkı məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5479/2025 saylı qərardadı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində məkhəmə icraatına cəlb olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət verib iddia ərizəsinin Cavabdeh1 MMC-yə aid hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5479/2025 saylı qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası Cavabdeh1 MMC-yə aid hissədə baxılmamış saxlanılmışdır. Hazırda tərəflər Məhkəməyə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Bu Sazişin predmetini Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 nömrəli, 09 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən zərərçəkmiş və mülki iddiaçılara mülki iddia məbləğlərinin (zərərin) ödənilməsi məqəsədilə tələbin İddiaçı2 adma rəsmiləşdirilmiş Bakı şəhər, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəs, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi (çöldən ölçülmə şərti ilə və texniki sahələrlə (şaxta, lift, piləkan) birlikdə) 890 kv.m olan qeyri-yaşayış sahəsinə (bundan sonra əmlak) yönəldilməsi ilə bağlı Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsinə dair tərtib edilmiş 13 may 2024-cü il tarixli “Hərracın yekunlan barədə” 46 nömrəli protokolla əlaqədar tərəflər arasında yaranmış mübahisənin həlli təşkil edir.
2. Bu Sazişlə tərəflər Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 13 may 2024-cü il tarixli “Hərracın yekunları barədə” 46 nömrəli protokolla əlaqədar yaranmış mübahisənin həlli ilə bağlı aşağıdakı şərtlərlə razılığa gəlirlər. 2.1 Tərəflər Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsinə dair tərtib edilmiş 13 may 2024-cü il tarixli “Hərracın yekunlan barədə” 46 nömrəli protokolun əsaslılığını tanıyır və X15 və İddiaçı2 həmin hərracın keçirilməsi üçün 14 may 2024-cü il tarixdə Cavabdeh1 MMC-yə ödənilmiş olan 27 417,3 manat məbləğində xidmət haqqının Cavabdeh1 MMC-dən geri tələb etməyəcəyi barədə öz üzərilərinə öhdəlik götürürlər. 2.2 İddiaçı2 ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi (çöldən ölçülmə şərti ilə və texniki sahələrlə (şaxta, lift, piləkan) birlikdə) 890 kv. m olan qeyri-yaşayış sahəsinə məhkəmələr və icra qurumları tərəfindən qoyulmuş məhdudiyyətlərin götürülməsi üçün zəruri olan bütün hərəkətləri həyata keçirməyi öz öhdəsinə götürür (həbsin götürülməsi barədə məhkəməyə və ya icra qurumuna ərizə verir). 2.3 İddiaçı2 əmlakın üzərinə qoyulmuş məhdudiyyətlər götürüldükdən sonra Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsinə dair tərtib edilmiş 13 may 2024cü il tarixli “Hərracın yekunları barədə” 46 nömrəli protokola əsasən əmlakın üçüncü şəxs X6 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına razılaşır və əmlaka çıxarış almaq üçün proseslərə başlanılır.
3. Tərəflər əmlakın satılması və satışı baş tutmadıqda bazar qiymətinə uyğun, zərər və ödənilməli olan məbləğə mütanasib əmlakın kv.m-lə tərəflərə verilməsi barədə qarşılıqlı razılığa gəlir və əmlakın həmin dəyərdən yüksək qiymətə satılması üçün iddiaçıya şərait yaradılması məqsədi ilə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər. 2.1 Əmlak xüsusi mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və bu barədə Çıxarış verildiyi gündən 1 (bir) il müddətində əmlakla bağlı satış qiymətini (2 000 000 manatdan az olmamaq şərti ilə) təyin etmək və satmaq hüququ İddiaçı2 keçir və bu müddət ərzində İddiaçı2 əmlakı satdığı təqdirdə (bütöv və hissələrlə) əmlakın bu sazişlə razılaşdırılmış dəyəri olan 2 000 000 manat, qalan məbləğ isə İddiaçı2 ödənilir. 2.1.1 Bu Sazişin 3.1-ci bəndinə münasibətdə əmlakın hissələrlə satılması dedikdə mülki iddiaçılara ödənilməli olan 2 000 000 manat məbləğində pul vəsaitinin mülki iddiaçılara ödənilməsi üçün əmlakın bir hissəsinin 2 000 000 manatdan az olmamaq şərti ilə satılması başa düşülür. Bu zaman əmlakın 2 000 000 manata satılmış hissəsinin satışından əldə edilmiş həmin 2 000 000 manat vəsait mülki iddiaçıların öz aralarında onların zərərlərinə mütənasib qaydada bölünməsi üçün X8 təhvil verilir və əmlakın satılmamış qalan hissəsi isə İddiaçı2 mülkiyyətinə keçir. 2.1.2 Bu Sazişin 3.1-ci bəndi icra edilərkən İddiaçı2 əmlakın hər hansı bir hissəsini 2 000 000 manatdan aşağı qiymətə satmaq hüququ yoxdur. 2.2 İddiaçı2 Bu Sazişlə ona təyin edilmiş müddət ərzində əmlakın satılmasını təşkil edə bilmədiyi təqdirdə həmin hüququ itirir və bu müddət bitdikdən sonra İddiaçı2 əmlakın satışını təşkil edə bilməz. Həmin bir il bitdikdən sonra həmin hüquq X1 və X15 (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 nömrəli, 09 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən zərərçəkmiş və mülki iddiaçılara mülki iddia məbləğlərinin (zərərin) ödənilməsi məqəsədilə) əmlakın satılmasını təşkil edir. 2.2.1 X15 əmlakın ən yüksək qiymətə satılmasına çalışmalı, bu zaman əmlak 2 405 000 manatdan az olmamaq şərti ilə satılmalı və əmlakın satışından əldə edilmiş pul vəsaitinin 2 000 000 manatdan artıq olan hissəsi, 800 000 manatdan çox olmamaq şərti ilə, İddiaçı2 ödənilir. Yəni əmlak 2 800 000 manatdan baha qiymətə satıldığı təqdirdə həmin pul vəsaitinin yalnız 800 000 manata qədər hissəsi İddiaçı2 ödənilir, qalan hissəsi isə tələbkarlar arasında onların tələbinə müvafiq olaraq bölünür. 2.3 Bu Sazişin 3.2-ci bəndinin şərtlərini həyata keçirilməsi üçün İddiaçı2 ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi (çöldən ölçülmə şərti ilə və texniki sahələrlə (şaxta, lift, piləkan) birlikdə) 890 kv.m olan qeyri-yaşayış sahəsini X8 təhvil verir və bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. 2.4 Əmlakın satılması mümkün olmadığı təqdirdə isə tərəflər bu mübahisənin həlli ilə əlaqədar digər tədbirlər və ya digər razılaşmalar və sazişlər bağlaya bilərlər.
3. Tərəflər hazırkı barışıq razılaşmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin qaydasını şamil edib, bundan doğuran hüquq və vəzifələrin nəticələri barədə xəbərdar olunublar.
4. Hazırkı Razılaşma 2 (iki) səhifədə 5 (beş) nüsxədə tərtib edilir və tərəflərin imzaları ilə təsdiq edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) F.Rzayev barışıq sazişinin şərtləri ilə tanış olduğunu, hüquqi nəticələrinin ona aydın olduğunu göstərib, məhkəmədən barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 barışıq sazişini şəxsən imza etdiyini, onun şərtləri ilə tanış olduğunu, hüquqi nəticələrinin ona aydın olduğunu göstərib, məhkəmədən barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının üçüncü şəxslərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı2, Cavabdeh2 və üçüncü şəxslər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. Bu Sazişin predmetini Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 nömrəli, 09 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən zərərçəkmiş və mülki iddiaçılara mülki iddia məbləğlərinin (zərərin) ödənilməsi məqəsədilə tələbin İddiaçı2 adma rəsmiləşdirilmiş Bakı şəhər, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəs, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi (çöldən ölçülmə şərti ilə və texniki sahələrlə (şaxta, lift, piləkan) birlikdə) 890 kv.m olan qeyri-yaşayış sahəsinə (bundan sonra əmlak) yönəldilməsi ilə bağlı Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsinə dair tərtib edilmiş 13 may 2024-cü il tarixli “Hərracın yekunlan barədə” 46 nömrəli protokolla əlaqədar tərəflər arasında yaranmış mübahisənin həlli təşkil edir.
2. Bu Sazişlə tərəflər Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 13 may 2024-cü il tarixli “Hərracın yekunları barədə” 46 nömrəli protokolla əlaqədar yaranmış mübahisənin həlli ilə bağlı aşağıdakı şərtlərlə razılığa gəlirlər. 2.1 Tərəflər Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsinə dair tərtib edilmiş 13 may 2024-cü il tarixli “Hərracın yekunlan barədə” 46 nömrəli protokolun əsaslılığını tanıyır və X15 və İddiaçı2 həmin hərracın keçirilməsi üçün 14 may 2024-cü il tarixdə Cavabdeh1 MMC-yə ödənilmiş olan 27 417,3 manat məbləğində xidmət haqqının Cavabdeh1 MMC-dən geri tələb etməyəcəyi barədə öz üzərilərinə öhdəlik götürürlər. 2.2 İddiaçı2 ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi (çöldən ölçülmə şərti ilə və texniki sahələrlə (şaxta, lift, piləkan) birlikdə) 890 kv. m olan qeyri-yaşayış sahəsinə məhkəmələr və icra qurumları tərəfindən qoyulmuş məhdudiyyətlərin götürülməsi üçün zəruri olan bütün hərəkətləri həyata keçirməyi öz öhdəsinə götürür (həbsin götürülməsi barədə məhkəməyə və ya icra qurumuna ərizə verir). 2.3 İddiaçı2 əmlakın üzərinə qoyulmuş məhdudiyyətlər götürüldükdən sonra Cavabdeh1 MMC tərəfindən keçirilən hərracın nəticəsinə dair tərtib edilmiş 13 may 2024cü il tarixli “Hərracın yekunları barədə” 46 nömrəli protokola əsasən əmlakın üçüncü şəxs X6 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına razılaşır və əmlaka çıxarış almaq üçün proseslərə başlanılır.
3. Tərəflər əmlakın satılması və satışı baş tutmadıqda bazar qiymətinə uyğun, zərər və ödənilməli olan məbləğə mütanasib əmlakın kv.m-lə tərəflərə verilməsi barədə qarşılıqlı razılığa gəlir və əmlakın həmin dəyərdən yüksək qiymətə satılması üçün iddiaçıya şərait yaradılması məqsədi ilə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər. a. Əmlak xüsusi mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və bu barədə Çıxarış verildiyi gündən 1 (bir) il müddətində əmlakla bağlı satış qiymətini (2 000 000 manatdan az olmamaq şərti ilə) təyin etmək və satmaq hüququ İddiaçı2 keçir və bu müddət ərzində İddiaçı2 əmlakı satdığı təqdirdə (bütöv və hissələrlə) əmlakın bu sazişlə razılaşdırılmış dəyəri olan 2 000 000 manat, qalan məbləğ isə İddiaçı2 ödənilir. i. Bu Sazişin 3.1-ci bəndinə münasibətdə əmlakın hissələrlə satılması dedikdə mülki iddiaçılara ödənilməli olan 2 000 000 manat məbləğində pul vəsaitinin mülki iddiaçılara ödənilməsi üçün əmlakın bir hissəsinin 2 000 000 manatdan az olmamaq şərti ilə satılması başa düşülür. Bu zaman əmlakın 2 000 000 manata satılmış hissəsinin satışından əldə edilmiş həmin 2 000 000 manat vəsait mülki iddiaçıların öz aralarında onların zərərlərinə mütənasib qaydada bölünməsi üçün X8 təhvil verilir və əmlakın satılmamış qalan hissəsi isə İddiaçı2 mülkiyyətinə keçir. ii. Bu Sazişin 3.1-ci bəndi icra edilərkən İddiaçı2 əmlakın hər hansı bir hissəsini 2 000 000 manatdan aşağı qiymətə satmaq hüququ yoxdur. b. İddiaçı2 Bu Sazişlə ona təyin edilmiş müddət ərzində əmlakın satılmasını təşkil edə bilmədiyi təqdirdə həmin hüququ itirir və bu müddət bitdikdən sonra İddiaçı2 əmlakın satışını təşkil edə bilməz. Həmin bir il bitdikdən sonra həmin hüquq X1 və X15 (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 nömrəli, 09 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən zərərçəkmiş və mülki iddiaçılara mülki iddia məbləğlərinin (zərərin) ödənilməsi məqəsədilə) əmlakın satılmasını təşkil edir. i. X15 əmlakın ən yüksək qiymətə satılmasına çalışmalı, bu zaman əmlak 2 405 000 manatdan az olmamaq şərti ilə satılmalı və əmlakın satışından əldə edilmiş pul vəsaitinin 2 000 000 manatdan artıq olan hissəsi, 800 000 manatdan çox olmamaq şərti ilə, İddiaçı2 ödənilir. Yəni əmlak 2 800 000 manatdan baha qiymətə satıldığı təqdirdə həmin pul vəsaitinin yalnız 800 000 manata qədər hissəsi İddiaçı2 ödənilir, qalan hissəsi isə tələbkarlar arasında onların tələbinə müvafiq olaraq bölünür. c. Bu Sazişin 3.2-ci bəndinin şərtlərini həyata keçirilməsi üçün İddiaçı2 ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi (çöldən ölçülmə şərti ilə və texniki sahələrlə (şaxta, lift, piləkan) birlikdə) 890 kv.m olan qeyri-yaşayış sahəsini X8 təhvil verir və bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. d. Əmlakın satılması mümkün olmadığı təqdirdə isə tərəflər bu mübahisənin həlli ilə əlaqədar digər tədbirlər və ya digər razılaşmalar və sazişlər bağlaya bilərlər.
3. Tərəflər hazırkı barışıq razılaşmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin qaydasını şamil edib, bundan doğuran hüquq və vəzifələrin nəticələri barədə xəbərdar olunublar.
4. Hazırkı Razılaşma 2 (iki) səhifədə 5 (beş) nüsxədə tərtib edilir və tərəflərin imzaları ilə təsdiq edilir. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova