Məhkəmə qərarları › İş №e-2-2(113)-548/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-548/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-548/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” X1rşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Cavabdeh” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-dən 887.118 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "İddiaçı" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" MMCxx xxxxxx 2002-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X7 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və hazırda tikinti mallarının istehsalı və alqı-satqısı ilə məşğuldur. "İddiaçı" MMC ilə"Cavabdeh" MMC arasında tikinti mallarının alqı-satqısına dairxx.xx.2018-ci il tarixli, UPA-27/07/18 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdehin ona təhvil verilmiş mallara görə xx.xx.2019-cu il tarixə "İddiaçı" MMC-yə 887.118 manat borcu yaranmışdır.Bu barədə cavabdehə pretenziya məktubu da təqdim edilmişdir. Lakin cavabdeh bu günə kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə “Cavabdeh” MMC (alıcı) arasında xx xxxx 2018-ci il tarixdə UPA-27/07/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqavilənin predmetini həmin müqaviləyə əlavədə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malların qəbul edilərək haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. - 4.1-ci bəndinə görə satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (satıcı) ilə “Cavabdeh” MMC (alıcı) arasında xx xxxx 2018-ci il tarixdə UPA-27/07/18 saylı alqı-satqı müqaviləsinə 01 saylı Əlavə Razılaşmadan görünür ki, hazırki əlavə üzrə malların ümumi dəyəri ƏDV daxil olmaqla 237.631,70 manat təşkil edir. İddiaçı MMC (satıcı) ilə “Cavabdeh” MMC (alıcı) arasında xx xxxx 2018-ci il tarixdə UPA-27/07/18 saylı alqı-satqı müqaviləsinə 02 saylı Əlavə Razılaşmadan görünür ki, hazırki əlavə üzrə malların ümumi dəyəri ƏDV daxil olmaqla 765.519,34 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “Cavabdeh” MMC-yə 237.631,70 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 901362 saylı; 295.687,70 manat məbləğində malların təqdim edilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 913122 saylı, 253.337,98 manat dəyərində olan malların təqdim edilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 925474 saylı; 216.493,66 manat dəyərində olan malların təqdim edilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 959721 saylı elektron qaimələr tərtib edilərək elekton sistem vasitəsilə cavabdehə göndərilmişdir. İddiaçı MMC xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla “Cavabdeh” MMC-yə müraciət edərək, xx xxxx 2018-ci il tarixli, UPA-27/07/18 saylı alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara görə 887.118 manat məbləğində borcunun 3 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “Cavabdeh” MMC arasında xx xxxx 2018-ci il tarixdə UPA-27/07/18 saylı alqı-satqı müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavələrdə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “Cavabdeh” MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan borcu 887.118 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərinin bir hissəsini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh” MMC-dən 887.118 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, UPA-27/07/18 saylı alqı-satqı müqaviləsi üzrə 887.118 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdeh “Cavabdeh” X2 tutularaq İddiaçınə ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” X2 887.118 (səkkiz yüz səksən yeddi min yüz on səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar