Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5492/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ödənilməmiş 6250.94 manat məbləğində borcun və ödənilmiş 100 manat məbləğində mediasiya rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 11D saylı 01 mart 2021-ci tarixli sement məhsullarının alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC sement məhsullarını "xxxx" MMC-yə satmağı və "xxxx" MMC isə aldığı məhsulun dəyərini İddiaçı MMC-yə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, "xxxx" MMC aldığı məhsulların dəyərini tam ödəməmişdir. Belə ki, "xxxx" MMC-nin hal-hazıradək İddiaçı MMC-ə ödənilməmiş 6250.94 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə İddiaçı MMC ümumi olaraq 3 ədəd elektron qaimələrə əsasən 13185.80 manat məbləğində sement məhsullarını "xxxx" MMC-ə təhvil vermişdir. "xxxx" MMC isə təhvil aldığı məhsulun 6934.86 manat məbləğini İddiaçı MMC-ə ödəmiş, qalan 6250.94 manatını hal-hazıradək ödəməmişdir. Tərəflər arasında 11D saylı xx.xx.2021-ci tarixdə bağlanmış müqavilənin "xxxx" MMC tərəfindən aşağıda qeyd olunan bəndləri pozulmuşdur. - 3.2.1. Ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini 30 gün ərzində satıcının bank hesabına (X2 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir, - 7.2. Alıcı öz öhdəsinə götürür ki, bu müqavilə şərtlərinə uyğun olaraq Malı vaxtında qəbul etmək və onun dəyərini ödəmək, - Ödəniş bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0.1 % qədər cərimə və bundan yarana biləcək xərcləri ödəmək, - 11.1. Tərəflər arasında hazırkı müqavilədən irəli gələn və yaxud onun icra müddəti ərzində yaranmış mübahisələr danışıq yolu ilə həll edilməlidir, - 11.2. Tərəflər hər hansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur. Göründüyü kimi "xxxx" MMC hal-hazıradək İddiaçı MMC-ə 6250.94 manat məbləğində borcunu ödəməmişdir. "xxxx" MMC-ə yaranmış borcunun ödənilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq hal-hazıradək heç bir ödəniş olmamışdır. Ona görə də, yaranmış borc məbləği "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasıda bağlanmış xx.xx.2021-ci il tarixli 11D saylı alqısatqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
9. Müqavilənin 3.2.1-ci bəndinə əsasən ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini 30 gün ərzində Satıcının bank hesabına (X1 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir.
10. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilənin 3.2.1 maddələrində göstərilmiş ödəniş şərtlərinin əməl olunmadığı halda hər bir gecikdirilmiş günə 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək satıcının hüququdur.
11. Müqavilənin 6.2-ci bəndinə əsasən satılmış malın vaxtı-vaxtında alıcı tərəfindən qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin vaxtında ödənilməsini tələb etmək satıcının hüququdur.
12. xx.xx.2021-ci il tarixli, 11D saylı alqı-satqı müqaviləsinə “Qiymət əlavəsi”-nə əsasən X3 – 42.5 R ekspert markalı 120 ton sementin dəyəri ƏDV daxil olmaqla 141.60 AZN müəyyənləşdirilmişdir.
13. xx.xx.2021-ci il tarixli A**********, A**********, A********** nömrəli yük-nəqliyyat qaimələrindən görünür ki, Cavabdeh MMC-yə qalaq sement təhvil verilmişdir.
14. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 178957 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC 4426,42 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 180432 saylı elektron qaiməyə əsasən 4347,12 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 178255 saylı elektron qaiməyə əsasən 4412,26 manat dəyərində malın satıldığı qeyd olunmuşdur.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Onlayn kargüzarlıq və E-VHF sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 178255 saylı elektron qaimə, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 180432 saylı elektron qaimə,xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 178957 saylı elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
16. Paşabank ASC tərəfindən təqdim edilmiş İddiaçı MMC-yə məxsus xx.xx.2023-cü il tarixli hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə EBAY 178255 saylı elektron qaimə üzrə - 2477,00 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 1400 manat məbləğində ödənişlər edilmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
26. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11D saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddia tələbinin 6250,94 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin aldığı mallara görə pulun ödənilməsi öhdəliyini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 6250,94 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6250,94 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
30. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə qeyd edir ki, iddia tələbi tam təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir V. Nəticə:
1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən xx.xx.2021-ci il tarixli 11D saylı müqavilə üzrə 6250,94 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 100 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova