Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5505/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı “Holcim(Azərbaycan)” ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim(Azərbaycan)” ASC cavabdeh "xxxx" MMC-yə qarşı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən O001607356 saylı beton təchizatına dair müqavilə üzrə ƏDV daxil 42 779.13 manat və O001587579 saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 7 472.71 manat,cəmi 50251,84 manat əsas borc məbləğinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X5 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Cavabdeh MMC ilə Holcim (Azərbaycan) AS C arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli, ********** saylı beton təchizatına dair müqavilə üzrə Cavabdehin ƏDV daxil 42 779.13 AZN (qırx ikİ min yeddi yüz yetmiş doqquz manat 13 qəpik), həmin tərəflər arasında bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 7472.71 AZN (yeddi min dörd yüz yetmiş iki manat 71 qəpik) məbləğində borcu yaranmışdır. Borclunun hazırkı tarixə ümumi borcu ƏDV daxil 50251,84 AZN təşkil edir. Yuxarıda qeyd edilmiş borcun tələb edilməsi barədə iddia ərizəsi ilə iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin iddia ərizəsi üzrə e-2-2(l 13)-5505/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır.
2. BARİŞİQ SAZİŞİNİN ŞƏRTLƏRİ: Tərəflər öz aralarında X6 İlə razılığa gəlirlər ki, Cavabdeh 50251,84 AZN borcu aşağıdakı qaydada İddiaçıya ödəyir xx.xx.2024-cü il tarixində- 5000 (beş min) AZN; xx.xx.2024-cü il tarixində- 5000 (beş min) AZN; xx.xx.2024-cü il tarixində- 5000 (beş min) AZN; xx.xx.2025-ci il tarixində- 5000 (beş min) AZN; xx.xx.2025-ci il tarixində- 5000 (beş min) AZN; xx.xx.2025-ci il tarixində- 5000 (beş min) AZN; xx.xx.2025-ci il tarixində - 5000 (beş min) AZN; xx.xx.2025-ci il tarixində - 5000 (beş min) AZN; xx.xx.2025-ci il tarixində - 5000 (beş min) AZN xx.xx.2025-ci il tarixində - 5251.84 (beş min iki yüz əlli iki manat səksən dörd qəpik) AZN. X7 2.1-ci maddəsində müəyyən olunmuş şərtlərin tam icra edilməsi ilə Cavabdeh İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra etmiş hesab edilir. Cavabdeh tərəfindən ödəniş X7 2.1-ci maddəsində göstərilən şərtlərə əsasən həyata kcçİrilmədikdə İddiaçı borcun ona ödənilməmiş hissəsinin ödənilməsi məqsədilə icra vərəqinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. X6 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı “Holcim(Azərbaycan)” ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 04 sentyabr 2024cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
Cavabdeh MMC ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli, ********** saylı beton təchizatına dair müqavilə üzrə Cavabdehin ƏDV daxil 42 779.13 AZN (qırx ikİ min yeddi yüz yetmiş doqquz manat 13 qəpik), həmin tərəflər arasında bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 7 472.71 AZN (yeddi min dörd yüz yetmiş iki manat 71 qəpik) məbləğində borcu yaranmışdır. Tərəflər öz aralarında X6 İlə razılığa gəlirlər ki, Cavabdeh 50251,84 AZN borcu aşağıdakı qaydada İddiaçıya ödəyir 1) xx.xx.2024-cü il tarixində- 5000 (beş min) AZN; 2) xx.xx.2024-cü il tarixində- 5000 (beş min) AZN; 3) xx.xx.2024-cü il tarixində- 5000 (beş min) AZN; 4) xx.xx.2025-ci il tarixində- 5000 (beş min) AZN; 5) xx.xx.2025-ci il tarixində- 5000 (beş min) AZN; 6) xx.xx.2025-ci il tarixində- 5000 (beş min) AZN; 7) xx.xx.2025-ci il tarixində - 5000 (beş min) AZN; 8) xx.xx.2025-ci il tarixində - 5000 (beş min) AZN; 9) xx.xx.2025-ci il tarixində - 5000 (beş min) AZN 10) xx.xx.2025-ci il tarixində - 5251.84 (beş min iki yüz əlli iki manat səksən dörd qəpik) AZN. 1.1. X7 2.1-ci maddəsində müəyyən olunmuş şərtlərin tam icra edilməsi ilə Cavabdeh İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra etmiş hesab edilir. 1.2. Cavabdeh tərəfindən ödəniş X7 2.1-ci maddəsində göstərilən şərtlərə əsasən həyata kcçİrilmədikdə İddiaçı borcun ona ödənilməmiş hissəsinin ödənilməsi məqsədilə icra vərəqinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 1.3. X6 Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Həşimova