Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5510/2025 14.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə ərizəni nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 40-7-ci fəsli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraata aiddir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Hazırki işdə də görünür ki, iddiaçının tələbi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlıdır. Belə olan halda isə, hazırkı ərizəyə iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında ərizə ilə Məhkəməyə müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5510/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5510/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver