Məhkəmə qərarları › İş №e-2-2(113)-5512/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5512/2022

03.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5512/2022 03.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsinin maraqlı şəxs Zabolestani Parisanın “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1222,23 manat, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 47,4 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, Zabolestani Parisanin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 57,06 manat, İcbari Tibbi Sığorta Fonduna 7,1 manat, dövlət büdcəsinə 379,98 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan Zabolestani Parisa barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1222,23 manat məbləğində (o cümlədən, vergilər üzrə 821,55 manat, faizlər üzrə 300,68 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 47,4 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 47,4 manat) , İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, Zabolestani Parisanin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 57,06 manat, İcbari Tibbi Sığorta Fonduna 7,1 manat, dövlət büdcəsinə 379,98 manat məbləğində (o cümlədən, faizlər üzrə 379,98 manat)olmaqla borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli ci il tarixli **********798900, xx.xx.2022-ci iltarixli **********88100, xx.xx.2022-ci il tarixli **********618800, xx.xx.2022-ci il tarixli ci il tarixli **********924400, xx.xx.2021-ci **********0000,xx.xx.2022-ciil tarixli **********109600, xx.xx.2022-ci il tarixli **********109900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən "xxxx" MMC, "xxxx" MMC-nin icra orqanlarının rəhbəri və vergi ödəyicisi olan Zabolestani Parisa ünvan 1 ünvanında yaşayır. Ərizəçi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-5.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü geoloji-kəşfiyyat və geodeziya axtarış işləri olan Bakı şəhəri, Xətai rayonunda yerləşən "xxxx" MMC-nin icra orqanının rəhbəri Zabolestani Parisadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü elektrik-məişət mallarının topdan satışı olan Bakı şəhəri Sabunçu rayonunda yerləşən "xxxx" MMC-nin icra orqanının rəhbəri Zabolestani Parisadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Zabolestani Parisa xx.xx.2016-cı ildə tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Zabolestani Parisanın (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 897,05 manat borcu mövcuddur. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 1222,24 manat borcu mövcuddur. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 0 manat borcu mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********2 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 2018,38 manat (o cümlədən, vergilər üzrə 5205,90 manat, faizlər üzrə 88,50 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********4 nömrəli bildirişlə Zabolestani Parisaya müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 1288,47 manat (o cümlədən, vergilər üzrə 958,90 manat, faizlər üzrə 329,57 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli, **********3 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2019-cu il tarixinə ümumilikdə 1062,44 manat (o cümlədən, vergilər üzrə 821,55 manat, faizlər üzrə 140,89 maliyyə sanksiyası üzrə 100 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********9 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 2298,60 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 2095,20 manat, faizlər üzrə 203,40 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********0 nömrəli bildirişlə Zabolestani Parisa müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 1150,15 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 975,20 manat, faizlər üzrə 174,95 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********6 nömrəli bildirişlə Zabolestani Parisaya müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 50,03 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 46,30 manat, faizlər üzrə 3,73 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********6 nömrəli bildirişlə Zabolestani Parisaya müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 50,03 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 46,30 manat, faizlər üzrə 3,73 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 102,26 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 87,29 manat, faizlər üzrə 14,97 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, **********6 nömrəli bildirişlə Zabolestani Parisaya müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 50,03 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 46,30 manat, faizlər üzrə 3,73 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X1 üzrə Baş İdarəsi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, **********1 nömrəli bildirişlə "xxxx" MMC-yə müraciət edərək xx.xx.2022-ci il tarixinə ümumilikdə 253,57 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 224,92 manat, faizlər üzrə 28,65 maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyiciləri olan "xxxx" MMC, "xxxx" MMC və P.Zabolestani vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün onların dövlət büdcəsinə və müvafiq fondlara borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən onlara borclarının ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir. Bununla yanaşı, maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 1223 manat, P.Zabolestani tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 57,06 manat, İcbari Tibbi Sığorta Fonduna 7,1 manat, dövlət büdcəsinə 380 manat, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 47,4 manat məbləğində borclar həmin tarixdə tam şəkildə ödənilmişdir. Bundan əlavə, İnternet vergi idarəsinin vergi borcları barədə məlumatlarında göstərilən vergi ödəyicilərinin xx.xx.2022-ci il tarixə olan borclarının məbləğlərinin “0” olduğu göstərilmişdir. Göründüyü kimi, ərizədə göstərilən borclar vergi ödəyiciləri olan "xxxx" MMC, "xxxx" MMC və P.Zabolestani tərəfindən tam şəkildə ödənildiyindən həmin hüquqi şəxslərin icra orqanın rəhbəri və vergi ödəyicisi olan P.Zabolestaninin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmədövlət büdcəsinə 1222,23 manat QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar