Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5518/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10.398 (on min üç yüz doxsan səkkiz) manat məbləğində pulun və 121 (yüz iyirmi bir manat on doqquz qəpik) manat rüsumun "xxxx"MMC- nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış 118 S-2024 nömrəli 16 oktyabr 2024-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, alıcı İddiaçı MMC-dən mal və materiallar almışdır. Əldə etdiyi mal və materialların dəyərini ödəmədiyinə görə 18- 06-2025-ci il tarixinə Cavabdeh MMC-nin borcu 10398(on min üç yüz doxsan səkkiz) manat təşkil edir. Bu Müqavilənin 3.4.1 -ci bəndinə əsasən, cavabdeh, İddiaçı MMC-dən təhvil aldığı mal və materialların dəyərini ödəməli idi.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2024-cü il tarixli 118 S-2024 saylı saylı müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya müqavilənin əlavəsində göstərilən malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəyir.
12. Müqavilə və əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
15. İş materiallarından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixli 3 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 ilə ümumilikdə 3.620,24 manat, xx.xx.2024-cü il tarixli 4 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 ilə ümumilikdə 1.393,58 manat, xx.xx.2024-cü il tarixli 6 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 ilə ümumilikdə 2.985,40 manat, xx.xx.2024-cü il tarixli 7 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 ilə ümumilikdə 1141,60 manat, xx.xx.2024-cü il tarixli 5 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 ilə ümumilikdə 728,77 manat, xx.xx.2024-cü il tarixli 8 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 ilə ümumilikdə 861,40 manat, xx.xx.2024-cü il tarixli 09 nömrəli Əlavə ilə təsdiq edilmiş X1 ilə ümumilikdə 666,70 manat məbləğində malların adı, miqdarı, ölçü vahidi, qiyməti barədə razılığa gəlmişlər.
16. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 03 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iə 3.620,24 manat, 04 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iə 1.393,58 manat, 06 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iə 2.985,40 manat, 07 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iə 141,60 manat, 05 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iə 728,77 manat, 08 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iə 861,40 manat, 09 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı iə 666,70 manat məbləğində mallar təhvil verilmişdir.
17. Göründüyü kimi təhvil-təslim aktları əsasında cavabdehə verilmiş malların ümumi məbləği 10.397,69 manat təşkil edir.
18. Bundan başqa iddiaçı tərəfindən təhvil-təslim aktları əsasında cavabdehə elektron qaimələr də göndərilmişdir.
19. Hazırda iddiaçı cavabdehin 10.398 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.
20. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf Məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.
22. Ona görə də, Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10.397,69 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 118 S-2024 saylı müqaviləyə əsasən 10.397 (on min üç yüz doxsan yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 121 (bir yüz iyirmi bir) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov