Məhkəmə qərarları › İş №e-2-2(113)-553/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-553/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-553/2020 16.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıCavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********00606 abonent koduna əsassız olaraq hesablanmış 84.441,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Abşeron rayonu, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən ümumi sahəsi 3.5455 ha torpaq sahəsini xx xxx 2019-cu il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən almışam. Sözügedən ərazidə yerləşən istixananın təbii qazla təmin olunmasına görə əvvəlki mülkiyyətçi fiziki şəxs X4 oğlu ilə cavabdeh orqan arasında **********00606 saylı, 3110-10- 17 saylı müqavilə bağlanılmışdır. İstehlakçı olaraq tərəfindən kommunal ödənişlər vaxtlıvaxtında ödənilmiş və istehlakçı hüquqlarından yararlanmışlar. Qeyd edir ki, bu yaxınlarda təbii qazdan istifadəyə görə aylıq ödəməli olduğu məbləğin yüksək olmasına görə istixanada fəaliyyət göstərən şəxslərdən məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh orqanın əməkdaşları tərəfindən istixanada çalışan əməkdaşların iştirakı ilə ərazidə yerləşən borulara (xətlərə) baxış keçirildi. Baxışdan sonra müəyyən edildi ki, istixanaya gələn qaz borusunun bir hissəsi torpağın altından keçir. Bununla bağlı həmin ərazi qazıldı və aşkar edildi ki, uzun müddət ərzində torpaq altında qalan boru çürümüşdür və ümumiyyətlə borunun bir hissəsi artıq mövcud deyildir. Beləliklə, məlum oldu ki, bu səbəblə həmin hissədən qaz torpağın altına sızmışdır. Bu qeyd olunanlarda iddiaçının təqsiri olmamasına baxmayaraq itirilmiş qazın sərfiyyatı iddiaçıdan tələb edilməkdədir. Ümumilikdə, 104.508,70 manat məbləğində borc hesablanmışdır ki, bu borcdan 20.067 manat məbləğini ödəmiş və hal-hazırda qazdan istifadəyə görə yaranmış borc kimi 84.441,50 manat pul iddiaçıdan tələb edilməkdədir. Hesab edir ki, əsassız olaraq hesablanmış borc silinməlidir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən istifadəsində olan **********00606 abonent kodu üzrə verilən qazın dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılması cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, e-2-2(82)-1368/2019 saylı qərardadı ilə Abşeron rayonu, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən İddiaçı (abonent kodu: **********00606) məxsus istixanaya qaz hasilatının verilməsinin dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılması Cavabdehnə qadağan edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 oğlu iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən tərtib edilmiş abonentin saldosundan görünür ki, fiziki şəxs İlham Babayevin adında olan **********00606 saylı abonent kodu üzrə ünvan 1 ünvanında yerləşən istixanaya 2019-cu ilin aprel ayınadək olan dövr üçün qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən 104.508,70 manat borc hesablanmışdır. xx.xx.2019-cu il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin surətindən isə görünür ki, Abşeron rayonu, X1 sovxozu ərazisində yerləşən 3.5455 ha torpaq sahəsi üzərində icarə hüququ Karakoyun Gokhan tərəfindən İddiaçı satılmışdır. AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən isə görünür ki, Karakoyun Gökhanın Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 3.5455 ha torpaq sahəsinə dair icarə hüququ (yaranma əsası xx.xx.2006-cı il tarixli 352 nömrəli icarə müqaviləsi və xx.xx.2019-cu il tarixli, 3M-62 saylı icarə hüququnun alqı-satqısı müqaviləsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İcarə hüququnun əvvəlki sahibi X2 olmuşdur. Məhkəmə iddiaçının vəkilinin, həmçinin cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilmiş hallarından görünür ki, İddiaçı silinməsini tələb etdiyi borc məbləği (104.508,70 manat borc məbləğinin ödənilməmiş 84.441,50 manat hissəsi) Cavabdeh İB ilə fiziki şəxs İlham Babayev arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən istixanada sərf edilmiş qaza görə istehlakçı İlham Babayevə hesablanmışdır. İddiaçı isə iddia tələbini İlham Babayevin icarəsində olmuş istixananın hazırda onun icarəsində olması ilə əsaslandırsa da, həmin halı təsdiq etmək üçün məhkəməyə AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın və 05.2019-cu il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin lazımi qaydada təsdiq edilməmiş surətlərini təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Belə olan halda məhkəmə MPM-nin 89.3-cü maddəsinin tələbləri baxımından sənədlərin lazımi qaydada təsdiq edilməmiş surətlərinin məhkəmə tərəfindən sübut qismində qəbul edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli istixananın hazırda onun istifadəsində olması halını sübuta yetirə bilməmişdir. Digər tərəfdən göstərilən halı sübuta yetirmək üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2019-cu il tarixli icarə hüququnun alqı-satqı müqavilənin kserosurətlərin məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi ehtimal edilsə belə iddiaçının mübahisəli borcu mübahisələndirməyə dair subyektiv hüququnun olması müəyyən edilmir. Belə ki, iddiaçının təqdim etdiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair icarə hüququnun alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlandığı halda iddiaçının əsassız hesablandığını iddia etdiyi 104.508,70 manat borc məbləği (o cümlədən həmin məbləğin ödənilməmiş qalmış 84.441,50 manat hissəsi) həmin müqavilə bağlananadək - 2019-cu ilin aprel ayınadək olan müddət üçün hesablanmışdır. xx.xx.2019-cu il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinin 7-ci bəndinə görə isə alıcının (İddiaçı) istifadəsinə verilənədək əmlakın vergisi və digər ödənişlər üzrə yaranmış borcların ödənilməsini satıcı (Karakoyun Gökhan) özü üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, İddiaçı İlham Babayevə 2019-cu ilin aprel ayınadək olan müddət üçün hesablanmış iddia predmetini təşkil edən borc məbləğini mübahisələndirməyə dair subyektiv hüquqa malik deyildir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri sayır ki, İddiaçı belə bir hüquqa malik olması ehtimal edildiyi halda da iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları cavabdeh orqanın əməkdaşları tərəfindən istixanada çalışan əməkdaşların iştirakı ilə ərazidə yerləşən borulara (xətlərə) baxış keçirilməsini, uzun müddət ərzində torpaq altında qalan boruların çürüməsinin aşkar edilməsini məhkəmə baxışları zamanı sübuta yetirə bilmədiyindən hazırkı iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı borcun silinməsinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar