Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-555/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və lizinq obyektlərinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, cərimə pulu, dövlət rüsumu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və lizinq obyektlərinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci tarixli, S L279/23 nömrəli və xx.xx.2023-ci il tarixli, S L287/23 nömrəli müqavilələr üzrə lizniq obyekti olmuş 02 ədəd traktor (YTO NLX 1404 (seriya nömrəsi ********), YTO ELG1754 (seriya nömrəsi ********)), və 02 ədəd ağır diskli malanın (İLGİ 1.AGB.28.61.Ç.D.P (seriya nömrəsi 2211066), İLGİ 1.AGB.28.61.Ç.D.P (seriya nömrəsi 2211065) ) saz və işlək vəziyyətdə cavabdehdən alınıb iddiaçıyai qayatarılması, 9410 (doqquz min dörd yüz on ) manat əsas lizinq borc məbləği, 762.22 (yeddi yüz altmış iki manat iyirmi iki qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixdən başlayaraq lizinq oblyektlrəinin qaytarılıdığ günədək hər gecikdirilmiş gün üçün 61,86 manat hesablanaraq gecikmə vaxtı üçüçn ödəniş və 120,52 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra – Cavabdeh) ilə "xxxx" MMC (bundan sonra – İddiaçı) arasında xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli və xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli lizinq müqaviləsi (bundan sonra– Müqavilə) bağlanmışdır. Müqavilədə İddiaçı lizinq verən, cavabdeh isə lizinq alan tərəf olaraq çıxış edir. Müqavilələrin 2.1-ci bəndinə əsasən İddiaçı lizinq obyektini Satıcıdan əldə etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi öhdəsinə götürür. Cavabdeh isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürür. 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xəNi ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə Əlavə № 1 əsasən Lizinq alan 93120.00(doxsan üç min yüz iyirmi manat 00 qəpik) manat lizinq borc məbləğini 60 ay müddətində, aylıq ödəniş 1552.00( bir min beş yüz əlli iki manat 00 qəpik) manat olmaqla və 18 Sentyabr 2023-cü il tarixli S L287/23 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xəNi ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə Əlavə № 1 əsasən isə Lizinq alan 11880.00(on bir min səkkiz yüz səksən manat 00 qəpik) manat Lizinq bor məbləğini 36 ay müddətində , aylıq ödəniş 330.00(üç yüz otuz manat 00 qəpik) manat olmaqla Lizinq ödənişləri cədvəllərində nzərədə tutulmuş dövrilklə lizinq verənə qayatmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müntəzəm olaraq ödənişlər ödənilməmiş öhdəliyin icrasından yayınılmış və Lizinq müqavilələri üzrə ödənilməli olan cari(aylıq) lizinq ödənişləri aylardır ödənməmişdir. Lizinq borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh tərəfidnən Lizinq müqavilələri üzrə öhdəlikləri yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində lizinq üzrə cari (aylıq) ödəmələr icra edilməmişdir. Buna görə də, Cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərərək aramızda bağlanmış xx.xx.2023-ci tarixli, S L279/23 nömrəli və xx.xx.2023-ci il tarixli, S L287/23 nömrəli Lizinq müqavilələrinin xx.xx.2024-cü il tarixədən birtərfli qaydada ləğv ediliyini diqqətinizə çatdırmış, xx.xx.2024-cü il tarixədək lizniq obyekti olmuş 02 ədəd traktoru (YTO NLX 1404 seriya nömrəsi ********), YTO ELG1754 (seriya nömrəsi ********)) və 02 ədəd ağır diskli malanə (İLGİ 1.AGB.28.61.Ç.D.P (seriya nömrəsi 2211066), İLGİ 1.AGB.28.61.Ç.D.P ( seriya nömrəsi 2211065)) saz və işlək vəziyyətdə bizə geri qayatarmağı, 9410 (doqquz min dörd yüz on) manat əsas lizinq borc məbləğini və 762.22 (yeddi yüz altmış iki manat iyirmi iki qəpik) manat dəbbə pulunu bizə ödəməyi xahiş etmişik. Lakin cavabdeh tərəfindən həmin məktubda göstərilən qanuni tələblərimiz icra edilməmiş, məktuba münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən hər hansı geri dönüş edilməmişdir.
3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli müqavilə üzrə lizniq obyekti olmuş 02 ədəd traktorun(YTO NLX 1404 (seriya nömrəsi ********), YTO ELG1754 (seriya nömrəsi ********)), xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli müqavilə üzrə lizniq obyekti olmuş 02 ədəd ağır diskli malanın (İLGİ 1.AGB.28.61.Ç.D.P (seriya nömrəsi 2211066), İLGİ 1.AGB.28.61.Ç.D.P (seriya nömrəsi 2211065)) saz və işlək vəziyyətdə cavabdehdən alınıb iddiaçıyai qayatarılması, xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli müqavilə üzrə 7760 (yeddi min yeddi yüz altmış) manat əsas lizinq borc məbləği, 644,08 (altı yü qırx dörd manat səkkiz qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli müqavilə üzrə 1650 (min altı yüz əlli) manat əsas lizinq borc məbləği, 118,14 yüz on səkkiz manat on dörd qəpik) manat dəbbə pulu olmaqla ümumilikdə 10172,22 (on min yü yetmiş iki manat iyirmi iki qəpik) manat və 120,52 AZN dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh MMC (cavabdeh) ilə "xxxx" MMC (iddiaçı) arasında bağlanmış xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli və xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli lizinq müqavilələrinə əsasən:
9. Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı lizinq obyektini Satıcıdan əldə etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi öhdəsinə götürür. Cavabdeh isə bu Müqavilədə nəzərdə tutulmuş qaydada lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürür.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq obyekti, lizinq müddəti 1 saylı Əlavə ilə müəyyən olunur.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq ödənişləri Müqavilənin 1 saylı Əlavəsində göstərilir.
12. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği Müqavilənin 1 saylı Əlavəsində qeyd olunur.
13. Müqavilənin 2.4-cü bəndinə əsasən lizinq üzrə əsas borcun məbləğii, Lizinq şirkətinin mükafatının məbləği (faiz dərəcəsi) Müqavilənin 1 saylı Əlavəsində göstərilir. Mükafat (faizlər) lizinq müddətinin başlama tarixindən etibarən lizinq ödənişləri tam qaytarılan günədək borc məbləğinə aylıq 30, illik ise 360 gün hesabı ile gündəlik olaraq hesablanır.
14. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil verilməsi təhvil-təslim aktının imzalanması ilə rəsmiləşdirilir.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən lizinq ödənişləri avans və cari (aylıq) ödənişlər formasında həyata keçirilir.
16. Müqavilənin 5.5-ci bəndinə əsasən cari (aylıq) lizinq ödənişlərin məbləği (əsas borc ve Lizinq şirkətinin mkafat məbləği), cari (aylıq) lizinq dənişlərin həyata keçirilməsi dövriliyi Müqavilənin 1 saylı Əlavəsi ilə müəyyən edilir.
17. Müqavilənin 12.2.7-ci bəndinə əsasən “Lizinqalan” lizinq ödənişlərini bu müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilməyən lizinq ödənişinin məbləğinin 0.1 % həcmində dəbbə pulu ödəməlidir.
18. Müqavilənin 13.1.4-cü bəndinə əsasən lizinq alan cari (aylıq) lizinq ödənişlərini ödəmirsə, monitorinq aparılması üçün şərait yaratmırsa və ya monitorinq zamanı əmlakın vəziyyəti qənaət bəxş hesab edilmədikdə müqavilə vaxtından əvvəl bir tərəfli qaydada ləğv oluna bilər.
19. Müqavilənin 14.2-ci bəndinə əsasən bu muqavilə ilə müəyyən edilən vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən Lizinq alan, bu müqaviəyə xitam verilib verilməməsindən asılı olmayaraq lizinq obyektni dərhal Lizinq şirkətinin müəyyən etdiyi yerdə, normal amortizasiya nəzərə alınmaqla qəbul etdiyi vəziyyətdə təhvil aktı ilə Lizinq şirkətinə qaytarmalıdır, bu halda da lizinq obyektinin qaytarılması ilə əlaqədar çəkiləcək xərcləri Lizinq alan ödəməlidir. Lizinq obyektinin geri qaytarılması ilə bağlı təhvil aktı Lizinq şirkəti tərəfindən birtərəfli şəkildə də tərtib edilə bilər.
20. 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə 1 saylı Əlavəsinə əsasən Lizinq alan 93120 manat lizinq borc məbləğini 60 ay müddətində, aylıq ödəniş 1552 manat olmaqla və 18 Sentyabr 2023-cü il tarixli S L287/23 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə 1 saylı Əlavəyə əsasən isə Lizinq alan 11880 manat Lizinq borc məbləğini 36 ay müddətində, aylıq ödəniş 330 manat olmaqla Lizinq ödənişləri cədvəllərində nəzərdə tutulmuş dövrilklə lizinq verənə qayatmağı öhdəsinə götürmüşdür.
21. 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı X1 Aktından görünür ki, Lizinq şirkəti tərəfindən lizinq obyekti olan YTO NLX 1404 markalı, 32315042 seriya nömrəli 1 ədəd traktor və YTO ELG1754 markalı, 32391597 seriya nömrəli 1 ədəd traktor lizinq alana təhvil verilmiş, imzası və möhürü ilə təsdiq edilmişdir.
22. 18 Sentyabr 2023-cü il tarixli S L287/23 saylı X1 Aktından görünür ki, Aktda göstərilən cədvəldə qeyd edilən 02 ədəd ağır diskli mala Lizinq şirkəti tərəfindən lizinq alana təhvil verilmiş, imzası və möhürü ilə təsdiq edilmişdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir.
25. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
27. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
28. Məhkəmə iddia tələbinin 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı və xx.xx.2023-ci il tarixli SL287/23 nömrəli müqavilələr 7760 manat və 1650 manat gecikdirilmiş əsas borcun tutulmasına dair aşağıdakıları qeyd edir.
29. Göründüyü kimi cavabdeh hər iki müqavilə üzrə lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək öhdəliyi götürmüş, lakin öhdəliyin həyata keçirməsində gecikmələrə yol vermiş və 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” üzrə yekun ödənilməyən əsas borcu 7760 manat, xx.xx.2023-ci il tarixli SL287/23 nömrəli müqavilə üzrə 1650 manat təşkil etmiş, o cümlədən həmin məbləğlərin mövcudluğuna dair də cavabdeh tərəfindən etiraz edilməmişdir. Buna görə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir.
30. Tərəflər arasında bağlanmış 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı və 18 Sentyabr 2023-cü il tarixli S L287/23 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nin 12.2.7-ci bəndinə əsasən İddiaçı əsas öhdəliyin gecikdirilməsinə görə cavabdehə müvafiq olaraq 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı müqavilə üzrə 644,08 manat, 18 Sentyabr 2023-cü il tarixli S L287/23 saylı müqavilə üzrə 118,14 manat məbləğində cərimə borcunu hesablamışdır və həmin pul vəsaitinin də cavabdehdən tutulmasını xahiş edir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə iki lizinq müqavilələri üzrə 7760 manat və 1650 manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
33. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 644,08 manat və 118,14 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı müqvilə üzrə 388 manat, 18 Sentyabr 2023-cü il tarixli S L287/23 saylı müqavilə üzrə isə 83 manat məbləğində müəyyən edilməlidir.
35. Eyni zamanda texnikaların geri qaytarılması tələbi ilə bağlı da məhkəmə hesab edir ki, tələb bu hissədə də əsaslıdır.
36. Belə ki, Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
37. 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
38. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubundan görünür ki, qeyd edilən 07 Sentyabr 2023-cü il tarixli S L279/23 saylı müqvilə üzrə 388 manat, 18 Sentyabr 2023-cü il tarixli S L287/23 saylı Lizinq Müqavilələri xx.xx.2024-cü il tarixindən birtərəfli qaydada iddiaçı tərəfindən ləğv edilmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli müqavilə üzrə 7760 manat əsas borc, 388 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli müqavilə üzrə 1650 manat əsas lizinq borc məbləği, 83 manat dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməli. xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli müqavilə üzrə lizniq obyekti olan 02 ədəd traktor (YTO NLX 1404 (seriya nömrəsi ********), YTO ELG1754 (seriya nömrəsi ********)) və xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli müqavilə üzrə lizniq obyekti olan 02 ədəd ağır diskli dırmıq mala (İLGİ 1.AGB.28.61.Ç.D.P (seriya nömrəsi 2211066), İLGİ 1.AGB.28.61.Ç.D.P ( seriya nömrəsi 2211065) ) saz və işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə qaytarılmalıdır.
40. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 120,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 119 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli müqavilə üzrə 7760 manat əsas borc, 388 manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli müqavilə üzrə 1650 manat əsas lizinq borc məbləği, 83 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 119 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2023-ci tarixli, SL279/23 nömrəli müqavilə üzrə lizniq obyekti olan 02 ədəd traktor (YTO NLX 1404 (seriya nömrəsi ********), YTO ELG1754 (seriya nömrəsi ********)) və xx.xx.2023-ci il tarixli, SL287/23 nömrəli müqavilə üzrə lizniq obyekti olan 02 ədəd ağır diskli dırmıq mala (İLGİ 1.AGB.28.61.Ç.D.P (seriya nömrəsi 2211066), İLGİ 1.AGB.28.61.Ç.D.P ( seriya nömrəsi 2211065) ) saz və işlək vəziyyətdə Cavabdeh MMCdən alınaraq İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova