Məhkəmə qərarları › İş №e-2-2(113)-5553/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5553/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5553/2024 22.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (Alqı-satqı müqaviləsi, elektron-qaimə, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdehdən "xxxx" MMC-nin xeyrinə 1036 manat əsas borc, 1295 manat dəbbə pulu və 44 manat dövlət rüsumunun, ümumilikdə isə 2375 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. 22 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək cavbdehdən "xxxx" MMC-nin xeyrinə 1036 manat əsas borc, 60 manat dəbbə pulu və 44 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “malların alqı-satqı qaydaları haqqında” 06 iyul 2023-cü il tarixli, 403-A/23 nömrəli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 2.4-cü maddəsinə əsasən, “alıcı”-ya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə “Satıcı”-nın xeyrinə ödənilməlidir. Cavabdeh sözügedən müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iddiaçı tərəfindən tərtib edilmiş EBDQ seriyalı, 172704 nömrəli elektron qaimədən görünür ki, cavabdeh şəxsin faktiki olaraq cəmiyyətimizə 1036 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə tərəfimizdən pretenziya məktubu göndərilmişdir, cavabdeh şəxs göndərilmiş pretenziya məktubunu xx.xx.2024-cü il tarixində alsa da, edilmiş xəbərdarlığa heç bir məhəl qoymamışdır. Müqavilənn 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin gecikdirildiyi hər günü üçün elektron qaimənin ümumi dəyərinin ödənilməmiş qalığından 0,5% həcmində peniya məbləği hesablanır. Həmin müqavilənin 2.8-ci maddəsinə əsasən “Alıcı”-ya elektron qaimə-faktura kəsildiyi gündən başlayaraq 4 təqvim günü müddətində “Alıcı” həmin elektron qaimə-fakturanı işin hallarından asılı olaraq təsdiq və ya ləğv etməlidir. Elektron qaimələr elektron sistem tərəfindən təsdiq edildiyi təqdirdə, elektron qaimə-fakturada göstərilmiş mallar “Alıcı”-ya təhvil verilmiş və elektron qaimə-faktura Alıcı tərəfindən təsdiqlənmiş hesab olunur. Cavabdehin EBDQ seriyalı, 172704 nömrəli elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdən 250 gün üçün ödənilməli dəbbə pulu 1295 manat təşkil edir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5553/2024 saylı 21 avqust 2024-cü il tarixli Qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraa qaydasında baxılmasına etiraz etmədiyini bildirdi.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

8. Məhkəmə İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. - III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Bir tərəfdən “Satıcı” "xxxx" MMC, digər tərəfdən “Alıcı” Cavabdeh (Dizel Pub) arasında bağlanmış 06 iyul 2023-cü il tarixli 403-A/23 nömrəli alqı-satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Satıcı rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları Alıcının sifarişinə əsasən, qaiməfaktura, təhvil-qəbul aktı və (və ya) elektron qaimə əsasında Alıcıya satmağı öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən, Alıcıya faktura təqdim olunan gündən hesablanmaqla 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə Satıcının xeyrinə ödənilməılidir. 2.5-ci bəndinə əsasən, müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin hər ödənilməmiş qalığının 0.5 faizi həcmində peniya ödəyir. 2.8-ci bəndinə əsasən, Alıcıya elektron qaimə faktura kəsildiyi gündən başlayaraq 4 təqvim günü müddətində Alıcı həmin qaimə fakturanı işin hallarından asılı olaraq təsdiq və ya ləğv etməlidir. Elektron qaimə faktura elektron sistem tərəfindən təsdiq edildiyi təqdirdə orada göstərilmiş mallar Alıcıya təhvil verilmiş və elektron qaimə faktura Alıcı tərəfindən təsdiqlənmiş hesab olunur. 4.1.12-ci bəndinə əsasən, müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan ödənişləri etmək Alıcının vəzifəsidir. 11."xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanan 11 oktyabr 2023-cü il tarixli EBDQ seriyalı 172704 nömrəli elektron qaiməyə əsasən ödənilməli yekun məbləğ 1036 manat təşkil etmişdir.

12. 11 oktyabr 2023-cü il tarixli 52 nömrəli satış fakturasından görünür ki, alıcı “X4”, alıcının kodu 2xx.xx.00918 ümumi dəyəri 1036 manat təşkil edən mal təhvil almışdır.

13. "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli 019-F/40 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh "xxxx" MMC-yə 25 iyul 2024-cü il tarixə 1036 manat əsas borc, 1295 manat müqavilə üzrə hesablanmış penya olmaqla, cəmi 2331 manat təşkil edir.

14. xx.xx.2024-cü il tarixli **********12 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 44 manat dövlət rüsumu ödənilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 06 iyul 2023-cü il tarixli 403-A/23 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra edərək, cavabdehə ümumi dəyəri 1036 manat təşkil edən mallarının satışını həyata keçirmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini pozaraq satın alınmış malların dəyərini lazımı qaydada ödəməmişdir. İddiaçı satılmış mallarla bağlı cavabdehə ümumi dəyəri 1036 manat təşkil edən xx.xx.2023-cü il tarixli elektron qaimə göndərmişdir.

18. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə İddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1036 manat məbləğində borc tutularaq İddiaçıya ödənilməlidir.

19. Bundan əlavə iddiaçı tələbində 60 manat məbləğində dəbbə pulunun ödənilməsini də irəli sürür.

20. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).

21. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq 60 manat dəbbə pulunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.

22. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Dövlət rüsumunun ödənilməsinə dair sənədlər iş materialları ilə təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 44 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. İV Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1036 manat əsas borc, 60 manat dəbbə pulu və 44 manat dövlət rüsumu olmaqla, cəmi 1140 manat (min yüz qırx manat) pul məbləği tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar