Məhkəmə qərarları › İş №e-2-2(113)-557/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-557/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-557/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, X7 Şirkəti MMC-nin cavabdeh “X8 X3 Nakliyye Sanayi ve Ticaret Limited şirkətinin” Azərbaycan Respublikasındakı Filialına qarşı borcun tutulması tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 Şirkəti MMC cavabdeh “X8 X3 Nakliyye Sanayi ve Ticaret Limited şirkətinin” Azərbaycan Respublikasındakı Filialına qarşı cavabdeh “X8 X4 X6 ve Dövlət Ticaret Limited Şirkəti”xxxxİddiaçı MMC-nin xeyrinə 90.870,76 (doxsan min səkkiz yüz yetmiş manat, yetmiş altı qəpik) AZN xidmət haqqında görə yaranmış borcun, hesablanmış 16 356.73 (on altı min üç yüz əlli altı manat, yetmiş üç qəpik) AZN ƏDV-nin, 2017-ci ildən hal-hazıradək gündəlik hesablanmış 0.1% həcmində dəbbə pulu 78003 (yetmiş səkkiz min üç manat sıfır qəpik) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması tələbi barədə iddiaərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “X8 X4 X6 ve Ticaret Limited Şirkəti” ilə xx xxxxxxxx 2016cı il tarixdə bağlanmış, SOZ-SAS-077 və SOZ-SAS-002 saylı Xidmət Müqavilələrinə əsasən, MMC cavabdehi Forklift avadanlıqları və operatorlarla təchiz etmək xidmətini göstərmək üzrə öhdəlik götürmüşdür. MMC tərəfixxxxcavabdehə 2017-ci ilin fevral ayından avqust ayına kimi müqavilə üzrə xidmət göstərilmiş və nəticədə cavabdehin MMC-yə 90.870,76 manat (ƏDV xaric) borcu yaranmışdır. Dəfələrlə cavabdehə məktubla müraciət edilməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyixxxxməhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında izahat verərək və ərizə ilə müraciət edərək, iddia tələbini qismən qəbul etdiklərini, əsas borca görə 79.840 manat, 14371 manat ƏDV olmaqla, cəmi 94.211 manat borcu etiraf etdiklərini bildirdi. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC cavabdeh “X8 X3 Nakliyye Sanayi ve Ticaret Limited şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış, SOZ-SAS-077 və SOZ-SAS-002 saylı Xidmət Müqavilələrinə əsasən, icraçı İddiaçı MMC sifarişçi “X8 X3 Nakliyye Sanayi ve Ticaret Limited şirkəti” Forklift avadanlıqları və operatorlarla təchiz etmək xidmətini göstərmək üzrə öhdəlik götürmüşdür. Müqavilənin 1-ci maddəsinə əsasən müqavilədən irəli gələn öhdəliklərin uyğun şəkildə yerinə yetirilməsi üçün Sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfixxxxtəsdiq edilmiş sənədlərdə göstərilən xidmət müddəti üçün səlahiyyətli nümayəndəsi tərəfixxxxtəsdiq edilmiş sənədlərdə göstərilən xidmət müddəti üçün Əlavə A-da göstərilmiş məbləğ xidmət göstəriləxxxx30 gün müddətində İddiaçı MMC-yə ödəniləcək, Bu tariflərə ƏDV və mənbədən tutulan vergi daxil deyildir. İş materiallarında olan borc hesablanması cədvəlixxxxmüəyyən olunur ki, fevral-avqust ayları üzrə göstərilmiş xidmətlər üzrə yaranmış borc 18% ƏDV çıxılmaqla, 90870,76 manat təşkil edir. İş materiallarında olan qaimələrə əsasən iddiaçı MMC tərəfixxxx“X8 X3 Nakliyye Sanayi ve Ticaret Limited şirkəti”nə 90.870,76 AZN məbləğində xidmət göstərilmiş, 16 356.73 (on altı min üç yüz əlli altı manat yetmiş üç qəpik) AZN ƏDV hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə hesablanmış məbləği müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya ödəməmişdir, bununla müqavilə üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya pul borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsixxxxhesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasənmalların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətixxxxsonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisixxxxvə ya vergi agentixxxxödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 90.870,76 (doxsan min səkkiz yüz yetmiş manat yetmiş altı qəpik) AZN xidmət haqqına görə yaranmış borcun, hesablanmış 16 356.73 (on altı min üç yüz əlli altı manat yetmiş üç qəpik) AZN məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Bundan başqa, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş günlər üçün 2017-ci ildən halhazıradək gündəlik hesablanmış 0.1% həcmində dəbbə pulu 78003 manat məbləğində dəbbə (cərimə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyixxxxvə tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə (cərimə) pulu 3000 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və “X8 X4 X6 Ticaret Limited Şirkəti”xxxx90.870,76 (doxsan min səkkiz yüz yetmiş manat yetmiş aıtı qəpik) manat xidmət haqqına görə yaranmış borc, hesablanmış 16356.73 (on altı min üç yüz əlli altı manat yetmiş üç qəpik) 3.000 (üç min) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyixxxxiş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “X8 X4 X6 Ticaret Limited Şirkəti”xxxx90.870,76 (doxsan min səkkiz yüz yetmiş manat yetmiş altı qəpik) manat xidmət haqqına görə yaranmış borc, hesablanmış 16356.73 (on altı minüç yüz əlli altı manat yetmiş üç qəpik) manat, 3.000 (üç min) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi güxxxx1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar