Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5571/2022 14.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli SM- M-02/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-dən 54,257.88 (əlli dörd min iki yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat əsas məbləğ, 9,766.43 (doqquz min yeddi yüz altmış altı manat qırx üç qəpik) manat ƏDV məbləği və 9,576.11 (doqquz min beş yüz yetmiş altı manat on bir qəpik) manat gecikməyə görə cərimə məbləği olmaqla, ümumilikdə 73600,42 (yetmiş üç min altı yüz manat qırx iki qəpik) manat məbləğində pulun və 311 (üç yüz on bir) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanan SM-M-02/22 nömrəli müqavilə əsasında xx.xx.2022xx.xx.2022 tarixləri arasında təqdim olumuş e-qaimələr əsasında satıcı tərəfindən alıcıya 94,257.88 azn (doxsan dörd min iki yüz əlli yeddi manat səksən səkkiz qəpik) əsas məbləğ, 16,966.43 azn (on altı min doqquz yüz altmış altı manat qırx üç qəpik) ƏDV məbləği dəyərində mallar təhvil verilmişdir. Alıcı tərəfindən satıcıya təhvil verilmiş malların 40,000.00 (qırx min) manat əsas məbləğ, 7,200.00 (yeddi min iki yüz manat) ƏDV məbləği ödənilmişdir. Tərəflər arasında bağlanan müqavilənin 3.5-ci bəndinə əsasən yaranan borcun vaxtında ödənilməməsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022 tarixində 9,576.11 azn (doqquz min beş yüz yetmiş altı manat on bir qəpik) dəyərində cərimə hesab fakturası təqdim olunmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin "xxxx" MMC-yə 54,257.88 azn (əlli dörd min iki yüz əlli yeddi manat səksən səkkiz qəpik) əsas məbləğ, 9,766.43 azn (doqquz min yeddi yüz altmış altı manat qırx üç qəpik) ƏDV məbləği dəyərində təhvil verilmiş mallar üzrə borcu və 9,576.11 (doqquz min beş yüz yetmiş altı manat on bir qəpik) AZN məbləği gecikməyə görə cərimə məbləği olmaqla, ümumilikdə 73600,42 (yetmiş üç min altı yüz manat qırx iki qəpik) manat məbləğində borcu mövcuddur. Tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli SM-M-02/22 nömrəlialqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən ödənişlərin aparılması öhdəliyin icrasının müvafiq təhvil-təslim aktında qeyd olunan tarixdən başlayaraq, əlavədə göstərilən müddət bitdikdən sonra alıcının ödənişi gecikdirməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün borcun 0,5%-i miqdarında cərimə ödəməlidir. Cərimənin ümumi məbləği müqavilənin ümumi məbləğinin 10%-dən artıq ola bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçının iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında 14 iyun 2017-ci il tarixli AZT/SM/SN/14 JULY/2017 nömrəli “Sandvik avadanlıqlarına texniki xidmət göstərilinəsi və ehtiyyat hissələrinin satışı barədə” müqavilə (“müqavilə № 1”) və 05 yanvar 2022-ei il tarixli SM-M-02/22 nömrəli “alğı- satqı/xidmət” müqaviləsi (“müqavilə № 2”) mövcuddur. Müqavilə № 2-nin 3.5-ci maddəsinə əsasən ödənişlərin aparılması öhdəliyin icrasının müvafiq təhvil-təslim aktında qeyd olunan tarixdən başlayaraq əlavədə göstərilən müddət bitdikdən sonra alıcının ödənişi gecikdirməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün borcun 0.5%-i miqdarında cərimə ödəməsi, cərimənin ümumi məbləğinin isə müqavilənin ümumi məbləğinin 1%-dən artıq ola bilməz. Hazırkı iş üzrə iddiaçı ümumiyyətlə cərimə məbləğini düzgün hesablamamışdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, müqavilə № 2 üzrə müqavilənin ümumi məbləği 84,240.83 AZN (səksən dörd min iki yüz qırx manat səksən üç qəpik) təşkil edir. Müqavilə № 2-nin 3.5-ci maddəsi əsas götürülsə, o zaman tətbiq olunacaq cərimə məbləği nəzəriyyədə belə 8424.083 AZN (səkkiz min dörd yüz iyirmi dörd manat səksən üç qəpik) məbləğindən heç cür çox ola bilməzdi. Halbuki iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində 9576.11 manat (doqquz min beş yüz yetmiş altı manat on bir qəpik) məbləğində cərimə tətbiq edilmişdir. Bununla yanaşı müqavilə № 2-nin 14.2-ci maddəsində qeyd edilmişdir ki, tərəflər arasında müqavilənin icrası ilə əlaqədar hər hansı mübahisə ilk növbədə vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilməlidir. İddiaçının qalıq məbləğin ödənilməsinə dair cavabdeh ilə vicdanla və dostcasına danışıqlar aparmadan birbaşa cərimə hesablaması səbəbindən cərimə tətbiqi müqavilə № 2-nin pozuntusu hesab edilməlidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında iddiaçı tərəfindən cavabdehə 94.257.88 AZN (doxsan dörd min iki yüz əlli yeddi manat səksən səkkiz qəpik) əsas məbləğ, 16,966.43 AZN (on altı min doqquz yüz altmış altı manat qırx üç qəpik) ƏDV məbləği dəyərində malların təhvil verilməsi ilə əlaqədar elektron qaimə-fakturalar təqdim olunmuşdur. Bu elektron qaimə-fakturaların tərəflər arasında imzalanan müqavilə № 2 üzrə təqdim olunduğu qeyd edilmişdir. Halbuki, yuxarıdakı cədvəldən də göründüyü kimi, elektron qaimə-fakturalar hər iki müqavilə üzrə təqdim olunmuşdur. Həmçinin, yuxarıda işin faktiki halları hissəsində də ətraflı qeyd edildiyi kimi, iddiaçı iddia tələbində cavabdeh tərəfindən ödənilməli olan məbləğləri düzgün hesablamamışdır. Belə ki. iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən 40,000 AZN (qırx min manat) əsas məbləğ və 7200 AZN (yeddi min iki yüz manat) ƏDV məbləğində, yəni cəmi 47,200 AZN (qırx yeddi min iki yüz manat) ödəniş həyata keçirildiyini qeyd etmişdir. Halbuki, bu ödəniş yuxarıda göstərilən cədvəldən və ödənişlərin həyata keçirildiyini təsdiq edən qəbzlərin surətindən də göründüyü kimi, 30 iyun 2022-ci il tarixində həyata keçirilmişdir. Bu ödənişdən sonra cavabdeh 22 avqust 2022-ci il tarixində də iddiaçıya ikinci ödənişi həyata keçirmişdir ki, bu da 30,000 AZN (otuz min manat) əsas məbləğ və 5400 AZN (beş min dörd yüz manat) ƏDV məbləği olmaqla, cəmi 35,400 AZN (otuz beş min dörd yüz manat) təşkil edir. Deməli, iddiaçının qeyd etdiyinin əksinə olaraq, cavabdeh tərəfindən iddiaçıya ödənilən məbləğ ƏDV daxil 47,200 AZN deyil, ƏDV daxil 82,600 AZN təşkil edir. Bu fakt iddia ərizəsini məhkəməyə təqdim etdiyi anda iddiaçıya məlum idi və iddiaçı iddia ərizəsində bu faktı qeyd etməməklə əslində bu faktı məhkəmədən gizlətməyə çalışmışdır. Hər bir halda, bu yanlış hesablama öz növbəsində iddia tələbində qeyd edilən borc məbləğinin də doğru olmaması deməkdir. Cavabdehin nümayəndəsi və vəkili ərizənin rədd ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli SM-M-02/22 nömrəli müqaviləyə əsasən satıcı/podratçı bu müqavilənin tərkib hissəsi olan və bu müqavilənin qüvvədə olduğu dövrdə hər bir alğı/satqı xidmət göstərilməsi zamanı imzalancaq müvafiq əlavələrdə qeyd olunan malları/xidmətləri hazırki müqavilənin şərtlərinə uyğun olaraq təqdim etməyi öhdəsinə götürür, alıcı/sifarişçi isə öz növbəsində həmin malların/xidmətlərin dəyərini ödəməyə razılığını bildirir. xx.xx.2022 tarixli OD38 nömrəli ödəniş tapşırığına əsasən 30.000 manat, xx.xx.2022 tarixli OD5 nömrəli ödəniş tapşırığına əsasən 24.257,89 manat, xx.xx.2022 tarixli OD41 nömrəli ödəniş tapşırığına əsasən 40.000 manat Cavabdeh MMC tərəfindən "xxxx" MMCyə ödənilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 7.200 manat Cavabdeh MMC-yə məxsus ƏDV sub-uçot hesabından "xxxx" MMC-nin hesabına ödəniş olmuşdur. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilməsi üçün tərtib edilmiş xx.xx.2022 tarixli hesab-fakturada ƏDV daxil olmaqla cəmi 91.607,10 manat məbləğində malların satışı qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixli malların satış qəbzində 91.607,10 manat məbləğində malların satışı qeyd olunmuşdur. Satış qəbzində malın Toğrul Məmmədov adlı şəxs tərəfindən təhvil alınması, Hümmətov Fuad adlı şəxs tərəfindən təhvil verilməsi qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilməsi üçün tərtib edilmiş xx.xx.2022 tarixli hesab-fakturada ƏDV daxil olmaqla cəmi 11.820,13 manat məbləğində malların satışı qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixli malların satış qəbzində 11.820,13 manat məbləğində malların satışı qeyd olunmuşdur. Satış qəbzində malın Toğrul Məmmədov adlı şəxs tərəfindən təhvil alınması, Hümmətov Fuad adlı şəxs tərəfindən təhvil verilməsi qeyd olunmuşdur. Aztexnika LTD” MMC tərəfindən Cavabdeh MMC-yə göndərilməsi üçün tərtib edilmiş xx.xx.2022 tarixli hesab-fakturada ƏDV daxil olmaqla cəmi 7.707,08 manat məbləğində malların satışı qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixli malların satış qəbzində 7.707,08 manat məbləğində malların satışı qeyd olunmuşdur. Satış qəbzində malın Rzayev Qəzənfər adlı şəxs tərəfindən təhvil alınması, Hümmətov Fuad adlı şəxs tərəfindən təhvil verilməsi qeyd olunmuşdur. EBBQ seriyalı 567822 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 91607.09 manat, EBBS seriyalı 029810 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 11.820,13 manat, EBBU seriyalı 874312 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən 7797,09 manat "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022 tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, xx.xx.2022 tarixində 30,000.00 azn (otuz min manat) əsas məbləğ, 5,400.00 azn (beş min dörd yüz manat) ədv məbləği, xx.xx.2022 tarixində 24,257.89 azn (iyirmi dörd min iki yüz əlli yeddi manat 89 qəpik) əsas məbləğ 4,366.42 azn (dörd min üç yüz altmış altı manat 42 qəpik) ədv məbləği alıcı tərəfindən satıcıya ödənilmişdir. xx.xx.2022 tarixi üzrə alıcının satıcıya 9,576.11 azn (doqquz min beş yüz yetmiş altı manat 11 qəpik) tərəflər arasında bağlanan müqavilənin 3.5. bəndinə əsasən ödənişlərin gecikməsinə görə cərimə məbləği borc öhdəliyi mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC və Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli SM-M-02/22 nömrəli müqavilə imzalanmış, müqaviləyə əlavələrdə qeyd olunacaq malların və ya xidmətlərin dəyərinin ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Hazırda iddiaçı qeyd olunan müqavilə üzrə əsas borc, ona hesablanmış ƏDV və cərimə məbləğini tələb edir. Cavabdeh tərəf isə mübahisələndirilən müqavilə üzrə ödənişlərin tam olaraq həyata keçirildiyini bildirərək, cərimə məbləğini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr əsasında verilmiş ödəniş tapşırıqlarından xx.xx.2022-ci il tarixli SM-M-02/22 nömrəli alğı-satqı müqaviləsi üzrə borcun tam olaraq ödənilməsi öz təsdiqini tapır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi əsas borc və ƏDV məbləği hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Eyni zamanda iddiaçı 9,576.11 (doqquz min beş yüz yetmiş altı manat on bir qəpik) manat cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Cavabdehin nümayəndəsi və vəkili tələb olunan cərimə məbləğinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 14.2-ci maddəsində müqavilənin icrası ilə əlaqədar hər hansı mübahisə ilk növbədə vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilməsi nəzərdə tutulmuşdur. İddiaçının qalıq məbləğin ödənilməsinə dair cavabdeh ilə vicdanla və dostcasına danışıqlar aparmadan birbaşa cərimə hesablaması səbəbindən cərimə tətbiqi müqavilə № 2-nin pozuntusu hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 02 iyun 2022-ci il tarixli cavab məktubundan əsas borcun qısa zaman ərzində ödəniləcəyi bildirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında mediasiya sessiyası da keçirilmiş və tərəflər razılığa gələ bilməmişlər. Belə olan məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin 14.2-ci maddəsinin pozulmasından söhbət gedə bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 3.5-ci bəndində nəzərdə tutulmuşdur ki, ödənişlərin aparılması öhdəliyin icrasının müvafiq təhviltəslim aktında qeyd olunan tarixdən başlayaraq, əlavədə göstərilən müddət bitdikdən sonra, alıcının ödənişi gecikdirməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün borcun 0,5%-i miqdarında cərimə ödəməlidir. Cərimənin ümumi məbləği müqavilənin ümumi məbləğinin 10%-dən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borcun gecikdirilərək ödənilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığndan, eyni zamanda cərimə məbləğinin tutulması barədə iddiaçının tələbi qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçının cərimə məbləğinin ödənilməsini tələb etməsi əsaslıdır. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 540 manat cərimə məbləği tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə dövlət rüsumunun işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 311 dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 540 manat (beş yüz qırx manat) manat cərimə məbləği, 311 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5571/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5571/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver