Məhkəmə qərarları › İş №e-2-2(113)-5572/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5572/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5572/2022 29.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh MMC-nin qanuni nümayəndəsi (direktoru) X2, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “artıq ödənilmiş pulun qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin hesabına ödənilmiş icarə üzrə ödənilmiş əlavə pul vəsaiti 42.860,34 manat, işçilərə fəaliyyət olmadığı dönəmdə ödənilmiş olan əmək haqqı avqust ayı üzrə 4.292,75 manat, iş fəaliyyətinin qanunsuz olaraq dayandırımasına səbəb olmaqla dəymiş təqribi maddi ziyan orta aylıq dövriyyə hesablaması ilə 63.956,42 , işgüzar nüfuza xələl gəlməsinə, müştərilər qarşısında öhdəliklərin yerinə yetirə bilməməsinə və s. maddi və mənəvi zərərə görə - 100.000 manat, ofis avadanlıqlarının, şirkətə məxsus hüquqi sənədlərin, möhür və ştampın, müştərilərin hüquqi və digər sənədlərinin qanunsuz olaraq istifadəsinə qadağa, məhdudiyyətlər və ya bu kimi hərərkətlər etməklə ziyan vurmağa görə 100.000 manat olmaqla maddi və mənəvi zərər təqribən cəmi 311.109,51 manat bundan əlavə mediasiya və məhkəmə üçün ödənilmiş olan 601 manat, cəmi yekun 311.710,34 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, xx.xx.2019-cu ildə Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzində ofis sahəsinə dair icarə müqaviləsi əsasında icarəyə götürülmüş Ofis otağında olan İddiaçı MMC-yə məxsus olan ofis avadanlıqları, kompüterlə və avadanlıqlar, hüquqi əhəmiyyət kəsb edən sənədlər, MMC-yə məxsus möhür və ştamp və s. avadanlıqların qaytarılması habelə cavabdehin məhkəmə hazırlıq iclasına təqdim etdiyi inventar AKTı və daxili kassa mədaxil qəbzləri də nəzərə alınaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2019-cu ildə Bakı şəhəri, Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza” iş mərkəzində ofis sahəsinə dair icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMCyə məxsus “Caspian Plaza” İş Mərkəzində yerləşən Ofis Sahəsini İddiaçı MMC-nin istifadəsinə verməyi, icarəyə götürən isə icarə haqqını icarə verənin bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. İcarə haqqı və avans məbləği olaraq hal-hazırda Cavabdeh MMC-nin hesabına 42.860,34 manat əlavə pul ödənilmişdir. Cavabdeh MMCnin rəhbərliyi 2019-cu ildən bəri yuxarıda qeyd olunan müqaviləyə əlavələr edərək hər dəfə ofis yerini dəyişdirmiş və müqavilə öhdəliyi olan ofis otaqlarının icarə verən tərəfindən tam təmir olunaraq təhvil verilməsi öhdəliyini pozmuş, bundan başqa kamunal təminat (İnternet və s.) normal şəkildə təşkil edilməmişdir. Bu barədə dəfələrlə rəhbərliyə bildirdikdə isə, heç bir tədbir görülməmişdir. Bir neçə dəfə icarə verənə irad bildirdikdən sonra Cavabdeh MMC-nin rəhbərliyi xx.xx.2019-cu il tarixli müqavilənin öhdəliklərini kobud şəkildə pozaraq icarəçinin İddiaçı MMC-nin fəaliyyətinə ciddi şəkildə maneəçilk törətmiş, icarə müqaviləsinin predmeti olan ofis otaqlarını 02 avqust 2022-ci il tarixdən etibarən qeyri rəsmi olaraq bağlamış, işçilərin fəaliyyət göstərməsi üçün “Caspian Plaza” iş mərkəzində olan Ofis otaqlarına girilməsinə, ofis otaqlarının içərisində olan hüquqi əhəmiyyət kəsb edən sənədləri, ofis avadanlıqlarını, şirkətə məxsus olan möhür və ştampın götürülməsinə bilərəkdən, anlaqlı şəkildə vəzifə səlahiyyətlərini aşmaqla qadağa qoyulmuşdur. Cavabdehə dəfələrlə müraciət edərək qanunsuz əməllərinə son qoyulması təklif olunsa da, etdikləri bu qanunsuz hərəkətlərinə özünün qayda-qanunları ilə haqq qazandırmaqla qanunsuz əməllərini davam etdirmişdir. Cavabdeh MMC-nin etdiyi bu özbaşnalıq və kobud qanun pozuntusu nəticəsində avqust ayı üzrə işçilərə ödəməli olduğumuz əmək haqqlarını əməkdaşların işə gəlmədiyi halda belə öz ziyana olaraq ödənmişdir. Bundan başqa hələ də ofis avadanlıqları olmadıgı üçün yeni ofis binasını da kirayə edə bilməmiş, bu səbəbdən də gəlirləri kəskin azalmasına və iş məkanın olmaması ucbatından əməkdaşlırımızın əmək haqlarının ödənilməsində çətinliklər yaranmaqdadır. Bu da şirkətdə çalışan 16 işçinin və onların ailə üzvlərinin hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X6 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin qanuni nümayəndəsi (direktoru) X4 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza iş mərkəzində ofis sahəsinə dair icarə müqaviləsi bağlanmış və Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nə ofis sahəsi icarəyə verilmişdir. Tərəflər arasında icarə hüquq münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmişdir. Hazırda iddiaçı tərəf icarə müqaviləsi və ona edilmiş dəyişikliklərə əsasən aylıq 750+ƏDV məbləği yəni cəmi 885 manat məbləğində icarə haqqı ödəməli olduğu halda 2020-2022-ci illər ərzində cavabdehə artıq 42.860,34 manat məbləğində pul ödənildiyini bildirərək, qeyd edilən pulun qaytarılmasını, iddiada qeyd edilmiş pulun tutulması və əşyaların qaytarılmasını tələb edir. Məhkəmə ilk növbədə iddianın əşyaların qaytarılması tələbi ilə bağlı olan hissəsinə münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddianın əşyaların qaytarılması tələbi ilə bağlı hissəsinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yuxarıda qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Mübahisənin qeyd edilən hissəsi ilə məhkəmə elektron sistemi vasitəsi ilə xx.xx.2022-ci il tarixində xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı iş materiallarına əlavə edilmiş və aktda da İddiaçı MMC-yə məxsus olan aktda qeyd edilmiş əşyaların anbara təhvil verildiyi qeyd edilmişdir. Həmçinin də, məhkəmə iclasında iddiaçı tərəf xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında göstərilmiş əşyaların iddiaçıya məxsusluğunu təsdiq etmiş və qeyd edilmiş əşyalarla qane olduqlarını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əşyaların tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında göstərilmiş əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddianın icarə üzrə ödənilmiş əlavə pul vəsaiti olaraq 42.860,34 manatın tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC Bakı şəhəri, C.Cabbarlı 44 ünvanında yerləşən Caspian Plaza iş mərkəzində 12 kv.m və 60 kv.m sahəni aylıq 750 manat + 18% ƏDV olmaqda İddiaçı MMC-nə icarəyə vermişdir. Sonradan icarə müqavilələrinə xx.xx.2021-ci il tarixdə 3 nömrəli, xx.xx.2022-ci il tarixdə 4 nömrəli dəyişiliklər olsa da, son olaraq rəsmiləşdirilmiş məbləğ 750+18 % ƏDV qalmışdır, yəni qeyd edilən pul ƏDV məbləği ilə birgə 885 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə edilmiş xx.xx.2022-ci il tarixdə 4 nömrəli dəyişilikdə icarəçinin 12 kv.m sahədən 10 kv.m sahəyə keçməsi qeyd edilmişdir. İddiaçı tərəf bu hissə ilə bağlı qeyd edir ki, son olaraq müqaviləyə edilmiş dəyişiklikdən sonra 70 kv.m sahəyə keçdiklərini və icarə haqqının isə 885 manat təşkil etməsinə istinad edərək artıq ödənilmiş pulu geri tələb edir. Cavabdeh tərəf isə müqavilədə icarəyə verilmiş sahənin 70 kv.m göstərilməsinə baxmayaraq faktiki olaraq 146 kv.m sahə verildiyi, tərəflər arasında müqavilə ilə rəsmiləşdirilmiş məbləğdən əlavə, iddiaçı ilə olmuş şifahi danışıqlara əsasən faktiki icarə haqqının xx.xx.2021-ci il tarixdən 2022-ci ilin may ayına kimi 885 manat ödəməklə yanaşı, əlavə 2.411 manat, 2022-ci ilin may ayından isə müqavilədə göstərilmiş məbləğdən əlavə 3360 manat ödəməsi barədə tərəflərin razılaşdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, borc alan (İddiaçı MMC) borc verənə (Cavabdeh MMC) 14.036 manat məbləğində pulu razılaşdırılmış tarixlər və məbləğlər üzrə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə artıq ödənilmiş pulun sübutu kimi işə əlavə etmiş olduğu xx.xx.2021-ci il tarixli ödəniş tapşırığında (1000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığında (3000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığında (2000 manat), xx.xx.2021-ci il ödəniş tapşırığın (5000 manat) məhz tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə istinad vardır. Qeyd edilən hal isə o nəticəyə gəlmək üçün əsas verir ki, sadalanmış ümumi məbləği 11.000 manat təşkil edən 4 ödəniş icarə müqaviləsi üzrə icarə haqqı olaraq deyil, məhz xx.xx.2021-ci il tarixli borc müqaviləsi üzrə edilmiş ödənişlərə aiddir. Qeyd edilməlidir ki, məhkəmə iclasında cavabdeh tərəf icarəyə verilmiş sahənin faktiki olaraq 146 kv.m olduğunu qeyd etmiş, iddiaçı tərəf isə ilk öncə qeyd edilmiş sahənin ölçüsü barədə məlumatı olmadığını bildirmişdir. Lakin məhkəmə iclasında iddiaçının özü tərəfindən təqdim edilmiş, icarə sahəsindən çıxma anının audio-video görüntüsünə baxış keçirildikdən sonra mövcud sahənin müqavilədə qeyd edilmiş sahədən artıq olma ehtimalı olduğunu, ancaq dəqiq məlumatının olmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iclasında baxış keçirilmiş icarə sahəsindən çıxma anının audio-video görüntülərindən görünür ki, icarə sahəsi giriş hissə, 6 otaq, mətbəx və anbardan ibarətdir. Qeyd edilən sahələrin isə müqavilədə əks edilmiş 70 kv.m sahədən kifayət qədər artıq olması aşkar surətdə görünür. Bundan başqa cavabdeh tərəf tərəflər arasında olan şifahi razılaşmanın təsdiqi kimi xx.xx.2021-ci il tarixdə əlbəəl kassaya ödənilmiş 1721 manat pula, xx.xx.2021-ci il tarixdə ödənilmiş 2000 manat pula dair qəbzləri iş materiallarına əlavə etmişdir. Həmçinin də, bundan sonra iddiaçı tərəfin özü xx.xx.2020-ci il tarixdə əlbəəl kassaya ödənilmiş 690 manata və xx.xx.2020-ci il tarixdə ödənilmiş 2.251 manat pula dair qəbzlər təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsindən icarə müqaviləsində ödənilməli olan pulun cəmi 885 manat təşkil etməsinə baxmayaraq nəyə görə artıq ödəməsi soruşulmuş, iddiaçı tərəf də, qeyd edilmiş məbləğlərin avans olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2020-ci il tarixli 885 manat məbləğində pulun ödənilməsinə dair ödəniş tapşırığı məhz 2020-ci ilin mart ayı üçün müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqının ödənilməsinə dair sənəddir. Digər xx.xx.2020-ci il tarixli 4425 manat məbləğində pulun ödənilməsinə dair ödəniş tapşırığında 2020-ci ilin mart ayının icarə haqqı kimi göstərilsə də, nəyə görə mart ayının icarə haqqının ödənilmiş olduğu təqdirdə yenidən 4.425 manat pulun avans olaraq ödənilməsi əsasını iddiaçı tərəf izah edə bilməmişdir. Digər işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 1770 manat məbləğində ödəniş tapşırığı ilə isə məhkəmə qeyd edir ki, bu 2020-ci ilin 2 ayın üçün edilmiş ödənişdir (885x2). Yəni qeyd edilən qəbzdə göstərilmiş məbləğ müqavilədə razılaşdırılmış məbləğdən kənara çıxılan məbləğə aid deyildir. İşə əlavə edilmiş 2021-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 18.850 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilməlidir ki, icarə müqaviləsində göstərilmiş 885 manat icarə haqqı nəzərə alınmış olsa ödənilməli olan məbləğ 2021-ci ilin 12 ayı üçün 10.620 (885x12) manat təşkil etməli idi. Ancaq burada da, iddiaçı tərəf nəyə görə xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə yenidən 5000 manat məbləğində pulun avans olaraq verilməsini qeyd etsə də, nəyə görə davamlı olaraq bir neçə dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında icarə hüquq münasibətləri xx.xx.2022-ci il tarixədək davam etmişdir. İşə əlavə edilmiş 2022-ci ilə aid ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 9000, elə həmin tarixdə yenidən 1620 manat, xx.xx.2022-ci il tarixdə 5310 manat, xx.xx.2022-ci il tarixdə 5310 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğində iddiaçı tərəfindən cavabdehə ödənişlər edilmişdir. Bu hal üçün də iddiaçı tərəf yenidən pulların avans olaraq verilməsini qeyd etmişdir. Məhkəmə sadalanmış hallarda bağlı belə nəticəyə gəlir ki, iddiaçı tərəf həm cavabdehin kassasına əlbəəl pul verməsi faktını, həm də iddiaçının nəyə görə davamlı olaraq bir çox dəfə icarəyə verənə avans ödəməli olduğunu əsaslandıra bilmədiyindən, eyni zamanda video görüntüyə baxış zamanı aşkar olaraq icarəyə verilmiş sahənin 70 kv.m sahədən kifayət qədər çox olması halı onu deməyə əsas verir ki, həqiqətən də, tərəflər arasında müqavilədə göstərilmiş sahədən artıq sahənin verilməsi ilə bağlı və məbləğdən artıq ödənişlə bağlı razılıq əldə edilmiş və onun da əsasında tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Belə olan halda isə iddiaçı tərəfindən tələb edilən məbləğ artıq məbləğ hesab edilə bilməz. Belə ki, iddiaçı tərəf özü ödəməli olduğu məbləği qəbul etmiş və müvafiq olaraq ödənişləri həyata keçirmişdir. Belə olan halda, iddianın əlavə ödənilmiş 42.860,34 manat pulun tələb edilməsi hissəsində əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın işçilərə fəaliyyət olmadığı dövrdə ödənilmiş olan əmək haqqı avqust ayı üzrə 4.292,75 manat, iş fəaliyyətinin qanunsuz olaraq dayandırımasına səbəb olmaqla dəymiş təqribi maddi ziyan orta aylıq dövriyyə hesablaması ilə 63.956,42 manat, işgüzar nüfuza xələl gəlməsinə, müştərilər qarşısında öhdəliklərin yerinə yetirə bilməməsinə və s. maddi və mənəvi zərərə görə 100.000 manat, ofis avadanlıqlarının, şirkətə məxsus hüquqi sənədlərin, möhür və ştampın, müştərilərin hüquqi və digər sənədlərinin qanunsuz olaraq istifadəsinə qadağa, məhdudiyyətlər və ya bu kimi hərərkətlər etməklə ziyan vurmağa görə 100.000 manat olmaqla pulun tələb edilməsi hissəsində də əsassızdır. Belə ki, qeyd edilən halların cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində yarandığı və məhz həmin hərəkətlə (hərəkətsizlik) bağlılığı, səbəbli əlaqəsi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Məhkəmə iddianın mediasiya xərclərinə görə 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığından məlum olur ki, iddiaçı tərəfindən Bakı 13 saylı Mediasiya Təşkilatına 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən  giriş hissədə olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya Miqdar və ya ölçü vahidi Qeyd: təsviri: (olduqda): 1 Stul qara rəng 1 ədəd təkərsiz 2 Divan qara rəng 1 ədəd  3 Jurnalni şüşə 1 ədəd  4 Şkaf ağ və boz rəng 1 ədəd  qovluq yığılan 5 Televizor altı şkaf ağ 1 ədəd  rəng 6 Resepşın masası ağ 1 ədəd Böyük rəng 7 Şüşə xəritə 1 ədəd  8 Televizor qara rəng 1 ədəd Zimmer markalı 9 Printer qara rəng 2 ədəd Epson 10 Printer ağ rəng 1 ədəd Kanon 11 Fax aparatı qara rəng 1 ədəd Panasonic 12 Monitor qara rəng 1 ədəd Samsung 13 Klaviatura qara rəng 1 ədəd HP 14 Stul qara rəng 5 ədəd təkərli 15 Tumbiçka ağ rəng 2 ədəd  16 Dispensr ağ rəng 1 ədəd Uğur 17 Resepşin stolu ağ rəng 1 ədəd balaca 18 Komputer qara rəng 1 ədəd HP 19 Lövhə ağ rəng 1 ədəd  20 Kaktus 1 ədəd  21 Qovluq 26 ədəd  22 Kitab 18 ədəd  23 Heykəllər 21 ədəd kiçik 24 Bayraq 6 ədəd USE 25 Printer çerneli 13 ədəd  26 Kley 1 ədəd  27 Stepler skiripkası 5 paçka  28 Klok qara rəng 2 rolon  29 Disk 20 ədəd  30 Skoç 4 ədəd  31 Rezin 1 paçka  32 Vizitkalar 1 paçka  33 Endirim kartları 1 paçka  34 Möhür 4 ədəd  35 Mouse qara rəng 1 ədəd  36 Hard disk ağ rəng 1 ədəd  37 Şplist ( iynə) 8 ədəd  38 Boş karobka Redmi A6 1 ədəd  39 Modem ağ rəng 1 ədəd  40 Mədaxil qəbzləri 2 paçka  41 Yeni il çələngi 1 ədəd  42 Səbət içi şamla 1 səbət 7 şam  43 Sənəd çoxlu  44 Stepler göy rəng 1 ədəd böyük 45 Kitab 72 ədəd  46 A4 kağız 7 paçka  47 Komputer qara 1 ədəd HP 48 Namaz xalçası 1 ədəd  49 Krasovka 1 ədəd  50 Kalendar 1 ədəd  51 Not dəftəri qara rəng 2 ədəd  52 Pult 1 ədəd  53 Qəhvə banka qabda 1 ədəd  54 Mişka altlığı 3 ədəd  55 Stepler boz rəng 1 ədəd  56 Qələm qabı 1 ədəd qab 6 ədəd qələm  1 qayçı 57 Zibil qabı qara rəng 3 ədəd Dəmir 58 Prossersor qara rəng 2 ədəd HP 59 Kalkulyatr qara rəng 1 ədəd  60 Marker 1 paçka  61 Şüşə reklam lövhəsi 2 ədəd  62 Pul 5 manat 35 qəpik  63 Udlinitel 1 ədəd  64 Açar qabı qara rəng 1 ədəd  65 Dərmanlar   66 Qələm qabı qara 6 ədəd  67 Kağız kəsən bənövşəyi 1 ədəd  rəng 68 Saç lakı 1 ədəd  69 Kart terminalı 1 ədəd  70 Mouse qara rəng 1 ədəd  71 Modem 1 ədəd Keenetic 72 Kamera 10 ədəd   1-ci otaqda (müdir otağı) olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı Miqdar və ya ölçü Qeyd: və ya təsviri: vahidi (olduqda): 1 Stul qara rəng 4 ədəd  2 Masa ağ rəng 1 ədəd  3 Tumbiçka ağ rəng 1 ədəd  4 Monitor 1 ədəd HP 5 Mouse 1 ədəd HP 6 Modem ağ rəng 1 ədəd  7 Qələm qabı 1 ədəd  8 Qeyd dəftəri göy 1 ədəd  rəng 9 Qənd qabı şüşə 1 ədəd  10 Seyf boz rəng 1 ədəd  11 Dibçəkdə gül 5 ədəd  12 Möhür 5 ədəd  13 Hard disk qara rəng 1 ədəd  14 Sənədlər   15 Dövlət bayraqları 10 ədəd  16 Bayraq use 2 ədəd  17 Qovluq göy rəng 1 ədəd  18 Adaptr 10 ədəd  19 Planşet qara rəng 4 ədəd Tab M8 Lenova 20 Planşet karobkası 10 ədəd  boş 21 Zibil qabı qara rəng 1 ədəd  22 Kitab 2 ədəd  23 Dekor Heykəl 6 ədəd  24 Lövhə ağ rəng 1 ədəd   Mətbəxdə olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı Miqdar və ya ölçü Qeyd: və ya təsviri: vahidi (olduqda): 1 Soyuducu 1 ədəd İndesit 2 Çaynik 1 ədəd Eurolux 3 Şkaf berj rəng 1 ədəd  4 Somavar 1 ədəd  5 Stəkan 42 ədəd  6 Vedrə qırmızı rəng 1 ədəd  7 Berqa çay paçka 1 ədəd Açıq işlənmiş 8 Baçok su 4 ədəd  9 Şkaf ağ rəng 1 ədəd   2-ci otaqda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya Miqdar və ya ölçü vahidi Qeyd: təsviri: (olduqda): 1 Masa ağ rəng 3 ədəd  2 Stul qara rəng 7 ədəd  3 Tumpiçka ağ rəng 3 ədəd  4 Printer 1 ədəd Epson 5 Qovluq 46 ədəd  6 Qələm qabı 6 ədəd  7 Dekor heykəl 7 ədəd  8 Qovluq qabı qara rəng 1 ədəd  9 Stepler 1 ədəd  10 Zibil qabı 2 ədəd  11 Dibçəkdə gül 2 ədəd  12 USE bayraq 2 ədəd  13 Lövhə ağ 1 ədəd  14 Silgi 1 ədəd  15 Lövhə yapışqanı 3 ədəd  16 Kalendar 1 ədəd  17 Kalkulyatr 1 ədəd   Anbarda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya Miqdar və ya ölçü vahidi Qeyd: təsviri: (olduqda): 1 Paltar asılqanı 2 ədəd  2 Mikrovalovka qara rəng 1 ədəd  3 Printer qara rəng 1 ədəd  4 Şkaf berj rəng 1 ədəd  5 Buklet çoxlu  6 Notebook 1 ədəd Dell 7 Barmaq registrasiyası 1 ədəd  8 Post terminal 2 ədəd  9 Qələm 5 paçka  10 Kamera ayaqlığı 1 ədəd  11 Macbook air karobkası 4 ədəd İçində 2 ədəd adaptr 12 Çanta qara rəng 1 ədəd  13 Çətir 2 ədəd  14 Şərf 2 ədəd  15 Pencək 1 ədəd   3-cü otaqda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya Miqdar və ya ölçü vahidi Qeyd: təsviri: (olduqda): 1 Monitor ağ rəng 1 ədəd HP 2 Klaviatura 1 ədəd HP 3 Mouse 1 ədəd HP 4 Masa ağ rəng 1 ədəd  5 Proyektor 1 ədəd  6 Lövhə 1 ədəd  7 Tumba ağ rəng 1 ədəd  8 Udlinitel ağ rəng 1 ədəd  9 Stul qara rəng 13 ədəd  10 Zibil qabı 1 ədəd  11 Puf oturacaqlar 7 ədəd  12 Gül dibçəkdə 1 ədəd  13 Rəsmlər 2 ədəd 1 böyük 1 balaca 14 Rəfli şkaf ağ rəng 1 ədəd  15 Dekor heykəl 5 ədəd  16 Kitab 18 ədəd  17 Qovluq 3 ədəd  18 Bayraq 1 ədəd Türk bayrağı 19 Təravətləndirici qabı 1 ədəd   4-cü otaqda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya Miqdar və ya ölçü vahidi Qeyd: təsviri: (olduqda): 1 Masa ağ rəng 3 ədəd  2 Stul qara rəng 4 ədəd  3 Monitor 1 ədəd LG 4 Tumba ağ rəng 2 ədəd  5 Zibil qabı 2 ədəd  6 Dibçəkdə gül 1 ədəd  7 Mode qara rəng 1 ədəd  8 Udilnitr ağ rəng 1 ədəd  9 Prosessor qara rəng 1 ədəd HP 10 Lövhə ağ rəng 1 ədəd   5-ci otaq olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və ya Miqdar və ya ölçü vahidi Qeyd: təsviri: (olduqda): 1 Proyektor 1 ədəd  2 Təlim masaları 6 ədəd  3 Telefon tutacağı qara 5 ədəd  4 Təlim oturacağı boz 5 ədəd  rəng 5 Oturacaq qara rəng 1 ədəd  6 Masa ağ rəng böyük 1 ədəd  7 Zibil qabı 1 ədəd  8 Lövhə ağ rəng 1 ədəd  9 Monitor qara rəng 1 ədəd HP 10 Mouse qara rəng 1 ədəd HP 11 Klaviatura qara rəng 1 ədəd HP 12 Prossersor qara rəng 1 ədəd  13 Qələm qabı 1 ədəd  14 Kalkulyatr 1 ədəd   6-cı otaqda olmuş aşağıdakı əşyalar; № Malın/xidmətin adı və Miqdar və ya ölçü vahidi Qeyd: ya təsviri: (olduqda): 1 Proyektor 1 ədəd Epson 2 Lövhə ağ rəng 1 ədəd  3 Təlim masaları ağ rəng 6 ədəd  4 Təlim oturacaqları boz 11 ədəd  rəng 5 Reseption masası ağ- 1 ədəd  boz 6 Gül dibçəkdə 1 ədəd  7 Monitor qara rəng 1 ədəd Nexsus 8 Klaviatura qara 1 ədəd Samsung 9 Mouse qara 1 ədəd Samsung 10 Prosessor qara 1 ədəd DVD video 11 Zibil qabı 1 ədəd  12 Kalonka boz rəng 2 ədəd  13 Tumba ağ rəng 1 ədəd  14 Qovluq 2 ədəd  15 Qələm qabı 1 ədəd  16 Telefon tutacağı 6 ədəd  Cavabdehndən alınaraq İddiaçınə verilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar