Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-560/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-dən 28913.22 manat manat əsas borcun, 88 manat faiz məbləğinin, ümumilikdə 29001.22 manat məbləğin, 200 manat mediasiya xərcinin, 177.1 manat dövlət rüsumunun və vəkil xidmətlərinə görə ödənilmiş 320 manat məbləğində vəsaitin onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1. “ZZ-Procurement" MMC xx.xx.2018-ci il tarixli 142/18/S saylı və xx.xx.2019-cü i! tarixli 207/19 saylı müqavilələr üzrə İddiaçı MMC-yə 28913.22 manat məbləğində borcunun olduğunu qəbul və təsdiq edir. 1.2. Cavabdeh MMC 28913.22 manat məbləğində borcunu xx.xx.2024-cü il tarixinədək İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. 1.3. Cavabdeh MMC ümumilikdə 28913.22 manat məbləğində borcunu Sazişin 1.2ci bəndində qeyd edilmiş müddətdə ödəməyi öhdəsinə götürdüyünə görə, iddiaçı "Hidro Park” MMC Cavabdeh MMC-nin məhkəməyə verilməsi ilə əlaqədar əsas borcdan əlavə yaranmış bütün ödənişlər ilə bağlı digər tələblərdən imtina edir: faiz borcu - 88 manat; dövlət rüsumu - 177.10 manat; vəkil xərci - 320 manat; mediasiya xərci - 200 manat. 1.4. Cavabdeh MMC, ümumilikdə 28913.22 manat məbləğində əsas borcunu Sazişin 1.2-cİ bəndində göstərilən müddətədək tam ödəmədikdə, əsas borcla yanaşı Sazişin 1.3-cü bəndində göstərilən digər tələbləri - 88 manat faiz borcunu, 177.10 manat dövlət rüsumunu, 200 manat mediasiya xərcini, 320 manat vəkil xərcini və əlavə olaraq bu Sazişdə qeyd olunan əsas borc məbləğinin ödənilməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün 0.1 faiz məbləğində (ümumi borc məbləğinin 10 faizindən çox olmayaraq) cərimə ödəməyi öhdəsinə götürür. 1.5. İddiaçı MMC bu Saziş üzrə öhdəliklərini yerinə yetirmədiyi halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tələb etmə hüququnu özündə saxlayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 2.1. Tərəflər bu Sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin işə baxan Məhkəmə tərəfindən bu Sazişin təsdiqi barədə qərardadın aidiyyəti icra şöbəsinə məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməli olduğunu bəyan edirlər və razılaşırlar. 3.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yof verilməmiş, kənar təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 3.2. Tərəflər bu Saziş ilə üzərlərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər, tərəflər Sazişin şərtlərini pozduqda, yaranmış mübahisə ilk öncə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini əlavə tələb əsasında ödəməlidir. 3.3. Bu Saziş e-2-2(113)-560/2024 saylı işə baxan məhkəmə tərəfindən qərardadla təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları Tərəflər üçün məcburi olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1. “ZZ-Procurement" MMC xx.xx.2018-ci il tarixli 142/18/S saylı və xx.xx.2019-cü i! tarixli 207/19 saylı müqavilələr üzrə İddiaçı MMC-yə 28913.22 manat məbləğində borcunun olduğunu qəbul və təsdiq edir. 1.2. Cavabdeh MMC 28913.22 manat məbləğində borcunu xx.xx.2024-cü il tarixinədək İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. 1.3. Cavabdeh MMC ümumilikdə 28913.22 manat məbləğində borcunu Sazişin 1.2ci bəndində qeyd edilmiş müddətdə ödəməyi öhdəsinə götürdüyünə görə, iddiaçı "Hidro Park” MMC Cavabdeh MMC-nin məhkəməyə verilməsi ilə əlaqədar əsas borcdan əlavə yaranmış bütün ödənişlər ilə bağlı digər tələblərdən imtina edir: faiz borcu - 88 manat; dövlət rüsumu - 177.10 manat; vəkil xərci - 320 manat; mediasiya xərci - 200 manat. 1.4. Cavabdeh MMC, ümumilikdə 28913.22 manat məbləğində əsas borcunu Sazişin 1.2-cİ bəndində göstərilən müddətədək tam ödəmədikdə, əsas borcla yanaşı Sazişin 1.3-cü bəndində göstərilən digər tələbləri - 88 manat faiz borcunu, 177.10 manat dövlət rüsumunu, 200 manat mediasiya xərcini, 320 manat vəkil xərcini və əlavə olaraq bu Sazişdə qeyd olunan əsas borc məbləğinin ödənilməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün 0.1 faiz məbləğində (ümumi borc məbləğinin 10 faizindən çox olmayaraq) cərimə ödəməyi öhdəsinə götürür. 1.5. İddiaçı MMC bu Saziş üzrə öhdəliklərini yerinə yetirmədiyi halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tələb etmə hüququnu özündə saxlayır.Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 2.1. Tərəflər bu Sazişin müddəalarının pozulması halında Sazişin tələblərinin işə baxan Məhkəmə tərəfindən bu Sazişin təsdiqi barədə qərardadın aidiyyəti icra şöbəsinə məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməli olduğunu bəyan edirlər və razılaşırlar. 3.1. Barışıq sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yof verilməmiş, kənar təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 3.2. Tərəflər bu Saziş ilə üzərlərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər, tərəflər Sazişin şərtlərini pozduqda, yaranmış mübahisə ilk öncə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini əlavə tələb əsasında ödəməlidir. 3.3. Bu Saziş e-2-2(113)-560/2024 saylı mülki işə baxan məhkəmə tərəfindən qərardadla təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları Tərəflər üçün məcburi olur. İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-560/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-560/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver