Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5605/2023 30.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" (Azərbaycan) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9720,10 manat əsas borcun, 3645,1 manat cərimə məbləğinin, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 130 manat pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000894625 saylı alqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş 1 saylı Əlavəyə əsasən Alıcımalın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətinə Satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavəyə əsasən taxta altlığın bir ədədinin dəyəri 28,32 AZN müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 9040,47 AZN məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28,32 AZN olan 24 ədəd taxta altlığı şirkətimizə geri qaytarmamışdır. Cavabdehin şirkətimizdən təhvil aldığı, amma, dəyərini ödəmədiyi malların cəmi məbləği 9720,10 AZN təşkil etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini, yəni 9720,10 AZN əsas borcunu ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 3645,1 AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli O000894625 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, satıcı Holcim (Azərbaycan) ASC 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcı Cavabdeh satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 9.2-ci bəndinə görə, ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməli, mal taxta altlıqlarla təchiz olunarsa alıcı aldığı hər bir taxta altlığı işlək vəziyyətdə geri qaytarmalı, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə Qiymət əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində satıcıya ödəməlidir. xx.xx.2021-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" (Azərbaycan) ASC Cavabdeh hər birinin dəyəri 28,32 AZN olan 24 ədəd taxta altlığı təhvil vermişdir. Altlıqların təhvil verilməsi barədə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli qaimələrdən görünür ki, Cavabdeh "xxxx" (Azərbaycan) ASC-yə 24 ədəd altlığı təhvil verməmişdir. xx.xx.2021-ci il tarixli EBAX seriyalı 303299 nömrəli elektron qaimədən görünür ki, "xxxx" (Azərbaycan) ASC Cavabdeh cəmi 3960,16 manat (ƏDV daxil) məbləğində məhsul təhvil vermişdir. xx.xx.2021-ci il tarixli EBAX seriyalı 303419 nömrəli elektron qaimədən görünür ki, "xxxx" (Azərbaycan) ASC Cavabdeh cəmi 4428,06 manat (ƏDV daxil) məbləğində məhsul təhvil vermişdir. xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 792397 nömrəli elektron qaimədən görünür ki, "xxxx" (Azərbaycan) ASC Cavabdeh cəmi 4176,12 manat (ƏDV daxil) məbləğində məhsul təhvil vermişdir. xx.xx.2021-ci il tarixli EBBB seriyalı 045425 nömrəli elektron qaimədən görünür ki, "xxxx" (Azərbaycan) ASC Cavabdeh cəmi 4176,12 manat (ƏDV daxil) məbləğində məhsul təhvil vermişdir. xx.xx.2021-ci il tarixli EBBL seriyalı 105242 nömrəli elektron qaimədən görünür ki, "xxxx" (Azərbaycan) ASC Cavabdeh cəmi 679,68 manat (ƏDV daxil) məbləğində məhsul təhvil vermişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" (Azərbaycan) ASC 30 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00651 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" (Azərbaycan) ASC ilkin mediasiya sessiyasında iştirak etmiş və 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 467-ci maddələrinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı Holcim (Azərbaycan) ASC ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ********** saylı alqısatqı müqaviləsi bağlanmış, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borc 9720,10 manat, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 130 manatın tələbi hissəsində əsaslı olduğuna görə təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə ilə bağlı isə qeyd edir ki, cərimə tənasübsüz surətdə yüksək hesablandığına görə azaldılaraq 479,90 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 9720,10 manat əsas borc və 479,90 manat cərimə cəmi 10200 manat, həmçinin mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 130 manat məbləğində pul tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9720,10 manat əsas borc və 479,90 manat cərimə cəmi 10200 manat, həmçinin mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 130 manat məbləğində pul tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5605/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5605/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver