Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5605/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Tibb Universitetinin X1rşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Tibb Universitetinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasından 13074,76 (on üç min yetmiş dörd manat yetmiş altı qəpik) manat (ƏDV daxil) məbləğində əsas borcun və həmçinin ödənilmiş 129,22 (bir yüz iyirmi doqquz manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 13 203,98 (on üç min iki yüz üç manat, doxsan səkkiz qəpik) manat məbləğin tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, hazırkı cavabdeh hüquqi şəxs deyildir və hesab edilir ki, cavabdeh olaraq bu iddiaya cavab verən tərəf deyillər. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər; Maddə 54.1. iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki prosessual qanunvericiliyin sadalanan normalarının təhlilindən çıxan nəticəyə görə, mülki mühakimə icraatı qaydasında baxılan mülki işlərin, o cümlədən kommersiya mübahisələrinin tərəfi kimi iddiaçı və cavabdeh qismində, bir qayda olaraq, fiziki və hüquqi şəxslər, qalan hallarda isə dövlət orqanları və başqa orqanlar çıxış edə bilərlər. Lakin istinad olunan qanun müddəalarının hazırkı mübahisəyə tətbiqi göstərir ki, cavabdeh normativ hüquqi aktlarla tələb olunan hüquqi şəxs və ya dövlət orqanı statusuna malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir; Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır; Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir; Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir; Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Maddə 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır; Maddə 54.2. idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir; Maddə 54.3. idarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir; Maddə 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikasının yaradılması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 361 s nömrəli Sərəncamına görə, cari ilin sonuna kimi Azərbaycan Tibb Universitetinin Tədris- Terapevtik Klinikasının fəaliyyətinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” bölməsində Azərbaycan Tibb Universiteti üzrə nəzərdə tutulmuş vəsailər hesabına maliyyələşdirilməli, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının fəaliyyətinin 2011-ci il üçün maliyyələşdirilməsinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Klinikanın fəaliyyətinin təşkili ilə bağlı nəzərdə tutulmuş 1,8 milyon manat vəsaitin Azərbaycan Tibb Universitetinə ayrılması hesabına həyata keçirilməli, 2012-ci ilin yanvar ayının 1-dən başlayaraq Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla tədricən özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməlidir. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının xx.xx.2016-cı il tarixdə Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən təsdiq edilmiş yeni redaksiyada Əsasnaməsinin: 1.2-ci bəndinə əsasən, Klinika Azərbaycan Tibb Universitetinin tərkibində struktur bölməsi olub, tədris, tədris-metodik və elmi-tədqiqat fəaliyyətlərini təmin etməklə yanaşı, əhaliyə geniş profilli ixtisaslaşdırılmış konsultativ-diaqnostik və müalicə-profilaktik xidmət göstərən tədris, elm və tibb müəssisəsidir; 1.3-cü bəndinə görə, Klinika öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikaısnın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Səhiyyə və Təhsil nazirliklərinin normativ sənədlərini, Azərbaycan Tibb Universitetinin Nizamnaməsini (2-ci redaksiyada), X4 qərarlarını, rektorun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur; 1.4-cü bəndinə əsasən, Klinika bu Əsasnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən universitetin digər struktur bölmələri və ictimai qurumları ilə qarşılıqlı fəaliyyət göstərir; 1.6-cı bəndinə görə, Klinikanın əsas vəsaitləri və avadanlıqları Azərbaycan Tibb Universitetinin balansına daxildir; 6.1 -ci bəndinə əsasən Klinikanın direktoru Azərbaycan Tibb Universitetinin rektorunun təqdimatı əsasında Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən vəzifəyə təyin və azad edilir. Həmin Əsasnamə Azərbaycan Tibb Universitetinin Elmi Şurasının xx.xx.2016-cı il tarixli iclasında qəbul olunmuş, Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən təsdiq edilmişdir. Azərbaycan Tibb Universitetinin X3 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2382 nömrəli Sərəncamı ilə yaradılmışdır. Klinikanın fəaliyyəti və saxlanması xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 361 s nömrəli Sərəncamına müvafiq olaraq özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Klinika Azərbaycan Tibb Universitetinin tərkibində ayrıca bank hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı olan möhürə malikdir. Klinika müstəqil vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixində Bakı şəhər Vergilər Departamentində ********** nömrəli ilə (VÖEN: **********) qeydiyyatdan keçmişdir. Göründüyü kimi, cavabdeh hüquqi şəxs kimi qanunla müəyyənləşdirilən qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməmişdir, bu baxımdan hüquq qabiliyyətinə, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna, həmçinin, mülki hüquqlara malik deyil və mülki vəzifələr daşımır, nizamnaməsi yoxdur, əsasnaməsi vardır ki, bu da onun Azərbaycan Tibb Universitetinin tərkibində struktur bölmə (idarə) statusuna və öhdəlikləri üçün məsuliyyətin Universitetin üzərinə düşdüyünə dəlalət edir. Bütün bunlar da onu deməyə əsas verir ki, cavabdeh hüquqi şəxs olmadığı üçün hazırkı mübahisənin tərəfi ola, onunla iddiaçı arasında isə MPM anlamında məhkəmə mübahisəsi yarana bilməzdi. Bu mübahisə iddiaçı ilə Azərbaycan Tibb Universiteti arasında yaranmışdır. Eyni zamanda, əvvəla, VÖEN-in olması həmin vergi ödəyicisinin hüquqi şəxs olması demək deyil. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 33.2. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir; Maddə 13.2.39. Müəssisə - bu Məcəllənin məqsədləri üçün müəssisələr-sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir: 13.2.39.3. bu Məcəllənin 13.2.39.1 -ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir; 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, Azərbaycan Tibbi Universitetinə qarşı eyni iddia ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Tibb Universitetinin X1rşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, Azərbaycan Tibbi Universitetinə qarşı eyni iddia ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5605/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5605/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver