Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5606/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. Fiziki şəxs haqqında məlumat əsasında müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əsas fəaliyyət istiqaməti kafelər tərəfindən xidməltərin göstərilməsi fəaliyyəti ilə bağlıdır. Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Hüquqi şəxs haqqında məlumat əsasında müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyət istiqaməti mədəni və əyləncəli tədbirlərin keçirilməsi və ya istirahətin təşkili məqsədilə yaradılan birliklər, ümumi xobbiləri olan insanların klubları (idman və oyundan başqa), məsələn poeziya və ədəbiyyat klubları, kitabsevənlər klubu, tarix, baxçaçılıq sevənlər klubları, kino və foto-sevənlər, musiqi və rəsm sevənlər, sənət və kolleksiya həvəskarları klubları, yoldaşlıq və karnaval klubları və sairlər fəaliyyəti ilə bağlıdır.
3. Ərizəçi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış – **********6 nömrəli bildirişlə vergilər üzrə 463,65 manat, faizlər üzrə 124,96 manat məbləğində borcun, **********9 nömrəli bildirişlə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 75 manat, faizlər üzrə 8,41 manat məbləğində borcun və **********0 nömrəli bildirişlə icbari tibbi sığorta haqları üzrə 12 manat, faizlər üzrə 1,34 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
4. Ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış –**********7 nömrəli bildirişlə icbari tibbi sığorta haqları üzrə 47,28 manat, faizlər üzrə 1,30 manat məbləğində borcun, **********8 nömrəli bildirişlə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 295,50 manat, faizlər üzrə 8,43 manat məbləğində borcun və **********3 nömrəli bildirişlə vegilər üzrə 202,94 manat, maliyyə sanksiyaları üzrə 4984,30 manat və faizlər üzrə 5,69 manat borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
5. Vergi borcu barədə məlumata əsasən fiziki şəxsin(VÖEN-**********) vergi borcu 5224,18 manat təşkil etmişdir.
MƏHKƏMƏDƏ İCRAAT
a) Ərizəçinin tələbi və tələbinin dəlilləri
6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan hüquqi və fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 5650,47 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 306,48 manat, İşsizlikdən sığorta fonduna olan 4,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 49,02 manat borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan X2 (VÖEN: **********) dövlət büdcəsinə 5011,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 26,68 manat, faizlər üzrə ,37 manat, maliyyə sanksiyası üzrə 4984,3 manat) , İşsizlikdən sığorta fonduna 1,48 manat, İcbari Tibbi Sığorta Fonduna 48,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 303,86 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna ,44 manat, dövlət büdcəsinə 639,12 manat məbləğində (o cümlədən, vergilər üzrə 463,65 manat, faizlər üzrə 175,47 manat) , İşsizlikdən sığorta fonduna 3,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 2,62 manat olmaqla, ümumilikdə 6010,79 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********263000, -ci il tarixli , xx.xx.2025-ci il tarixli **********008500, xx.xx.2025-ci il tarixli ******************.12.2022-ci il tarixli **********040500, xx.xx.2024-cü il tarixli **********377600, -cü il tarixli , xx.xx.2022-ci il tarixli **********039100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu X1 Şəhəri, ünvan 2 ünvanında yaşayır.
b) Ərizəyə qarşı etirazın dəlilləri
1. Ərizəyə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
2. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmiş, Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).
5. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
6. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
7. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
9. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
10. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
“Dövlət rüsumu haqqında” AR Qanununun:
11. 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.
MƏHKƏMƏNİN MÖVQEYİ
12. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs, hüquqi şəxslər "xxxx" MMC və Maraqlı şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun büdcədənkənar fondlara borcu yaranmışdır. Vergi ödəyicisinə vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.
14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs, hüquqi şəxslər "xxxx" MMC və Maraqlı şəxs öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün büdcədənkənar fondlara borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qanunla müəyyən edilmiş tədbir görmüş, maraqlı şəxsə vergi borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borclular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borcluların büdcədənkənar fondlara olan vergi borcunun ödənilməsini təmin etmək, eyni zamanda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Odur ki, ərizə təmin edilməli və maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
15. Məhkəmə xərclərinə gəldikdə hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Vergi ödəyicisi olan fiziki şəxs və hüquqi şəxs ("xxxx" MMC və Maraqlı şəxs) tərəfindən ümumilikdə 5650,47 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 306,48 manat, İşsizlikdən sığorta fonduna olan 4,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 49,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (xx.xx.1991-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı