Məhkəmə qərarları › İş №e-2-2(113)-5612/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5612/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5612/2022 22.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında daxil olan iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş 1170,00 manat sığorta ödənişinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 40,00 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsini icraata götürmək barədə qərardad çıxarılanadək “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia ərizəsinin geri götürülməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.3-5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsi haqqında qərardad çıxarılmadığından və iddiaçının nümayəndəsi ərizənin geri götürülməsi xahişi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə olunuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263-264, 266-268, 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında daxil olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar