Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5613/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təhvil aldığı mallara görə 2925 manat məbləğində vəsaitin və ilkin mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində haqqın tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 mart 2020-ci il tarixli, 1587 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişləri əsasında, razılaşdırılmış miqdarda və çeşiddə malla təmin etməyi, cavabdeh isə sözügedən malları qəbul edib, qəbul etdiyi malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində iddiaçı ilə cavabdeh arasında bir sıra malların təhvil-təslimi həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında aparılan əməliyyatlara üzrə 23 aprel 2020-ci il tarixində “üzləşmə aktı” tərtib edilmişdir. Həmin akta əsasən cavabdehə təhvil verilmiş mallar üzrə cavabdehini 3999 manat məbləğində faktiki borcunun olduğu müəyyən edilmişdir. Bundan əlavə olaraq, müqavilənin 7.10-cu bəndinə əsasən alıcı satıcıya olan borc ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. Qeyd olunan müddəaya uyğun olaraq qalıq borc məbləği cavabdeh tərəfindən ödənilmədiyindən Cavabdehin 425 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya əsas borc olaraq 2500 manat və əsas borca hesablanmış 425 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 2925 manat ödənilməmiş borc öhdəliyi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 18 mart 2020-ci il tarixli 1587 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC malları Cavabdeh MMC-nin sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimenttə alıcıya təhvil verəcək, Cavabdeh MMC sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini İddiaçı MMC-yə müqavilədə göstərilən qaydada ödəyəcəkdir. Müqavilənin 7.10-cu bəndinə əsasən alıcı satıcıya olan borc ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 007354 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə ümumilikdə 3999 manat məbləğində mal satmışdır. 19 mart 2020-ci il tarixli 064708 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış malların təhvil-qəbul aktından görünür ki, cavabdeh İddiaçı MMC Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 3999 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin direktoru Nümayəndə2 3999 manat məbləğində borcun olduğunu etiraf etmişdir. 01 avqust 2022-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib olunmuş borc haqqında məlumatdn görünür ki, müqavilə üzrə Cavabdeh MMC-nin 2500 manat əsas və 425 manat cərimə borcu vardır. 24 avqust 2022-ci il tarixli MŞB/2-01415 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 60 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh isə alınan mallara görə müəyyən ödənişlər etsə də, iddiaçıya 2500 manat məbləğində borcu qalmışdır. Odur ki, iddia 2500 manat məbləğində əsas borc və 60 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulu tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 50 manat müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2500 manat məbləğində əsas borc, 50 manat cərimə və 60 manat məbləğində mediasiya xərci cəmi 2610 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2500 manat məbləğində əsas borc, 50 manat cərimə və 60 manat məbləğində mediasiya xərci cəmi 2610 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5613/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5613/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver