Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5628/2022 03.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan. ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3514,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 168,54 manat, İşsizlikdən sığorta fonduna olan 2,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 11,5 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA1007480) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan şəxs Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 168,54 manat, dövlət büdcəsinə 3514,75 manat məbləğində (o cümlədən, vergilər üzrə 2184,72 manat, faizlər üzrə 1230,03 manat, maliyyə sanksiyası üzrə 100 manat), İşsizlikdən sığorta fonduna 2,73 manat, İcbari Tibbi Sığorta Fonduna 11,5 manat olmaqla, ümumilikdə 3697,52 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********779300 nömrəli, xx.xx.2022-ci il tarixli **********880500 nömrəli, xx.xx.2022-ci il tarixli **********782100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu X1 ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı ərizəçinin ərizəsindən göründüyü kimi ərizədə irəli sürülən tələb vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 3514,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 168,54 manat, İşsizlikdən sığorta fonduna olan 2,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 11,5 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ibarətdir. Eyni zamanda iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5627/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 3514,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 168,54 manat, İşsizlikdən sığorta fonduna olan 2,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 11,5 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göründüyü kimi iş materiallarına əsasən müəyyən edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5627/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 3514,75 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 168,54 manat, İşsizlikdən sığorta fonduna olan 2,73 manat, İcbari Tibbi Sığorta Fonduna olan 11,5 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasının qət edildiyini nəzərə alaraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırkı kommersiya mübahisəsi üzrə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5628/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5628/2022
03.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver