Məhkəmə qərarları › İş №e-2-2(113)-5633/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5633/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5633/2024 25.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli, AB/B-08/0223 nömrəli malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu alıcıya verir,alıcı isə həmin malı qəbul edərək malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir. 4.1.2-ci bəndinə əsasən alıcıdan malın dəyərinin bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək satıcının hüququdur. 4.4.2-ci bəndinə görə, malın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. 5.2-ci bəndinə görə, alıcı müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0.5% həcmində cərimə ödəməlidir. 8.5-ci maddəsinə əsasən müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır, müqavilə müddətinin bitməsinə 1 (bir) həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə davamlı olaraq eyni müddətlərə uzadılmış hesab edilir. Tərəflər biri digərini 7 (yeddi) gün əvvəlcədən səbəbli və ya səbəbsiz, yazılı qaydada xəbərdarlıq etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Avand Beton” MMC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 1716,90 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDB seriyalı 200992 nömrəli,

2. ƏDV daxil 343,38 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDB seriyalı 622452 nömrəli, ƏDV daxil 318,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDD seriyalı 566828 nömrəli, ƏDV daxil 488,52 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDD seriyalı 946562 nömrəli, ƏDV daxil 217,12 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDE seriyalı 467661 nömrəli, ƏDV daxil 915,68 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 124797 nömrəli, ƏDV daxil 686,76 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 142265 nömrəli, ƏDV daxil 1019,52 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 191807 nömrəli, ƏDV daxil 1401,84 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 490000 nömrəli, ƏDV daxil 1345,20 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 982698 nömrəli, ƏDV daxil 915,68 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDM seriyalı 548972 nömrəli, ƏDV daxil 686,76 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDM seriyalı 555416 nömrəli, ƏDV daxil 1019,52 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDM seriyalı 570800 nömrəli, ƏDV daxil 801,22 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDM seriyalı 963274 nömrəli, ƏDV daxil 1820,74 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 078950 nömrəli, ƏDV daxil 896,80 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 540529 nömrəli, ƏDV daxil 784,70 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 556153 nömrəli, ƏDV daxil 888,54 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 576278 nömrəli, ƏDV daxil 876,15 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 076958 nömrəli, ƏDV daxil 1168,20 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 770446 nömrəli, ƏDV daxil 448,40 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 235940 nömrəli, ƏDV daxil 2121,64 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 267148 nömrəli, ƏDV daxil 3440,88 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 509739 nömrəli, ƏDV daxil 1602,44 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 864843 nömrəli, ƏDV daxil 801,22 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDO seriyalı 979449 nömrəli, ƏDV daxil 801,22 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 078402 nömrəli, ƏDV daxil 66,08 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 104177 nömrəli, ƏDV daxil 1847,29 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 427884 nömrəli, ƏDV daxil 1373,52 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 007082 nömrəli, ƏDV daxil 2570,04 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDR seriyalı 198776 nömrəli, ƏDV daxil 1529,28 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDR seriyalı 399548 nömrəli, ƏDV daxil 217,12 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDP seriyalı 556290 nömrəli, ƏDV daxil 2968,88 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDS seriyalı 179266 nömrəli, ƏDV daxil 4368,36 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDS seriyalı 838002 nömrəli,ƏDV daxil 1635,48 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDT seriyalı 090576 nömrəli, ƏDV daxil 877,92 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDT seriyalı 616758 nömrəli, ƏDV daxil 2511,63 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDT seriyalı 957956 nömrəli, ƏDV daxil 1577,07 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDU seriyalı 526387 nömrəli, ƏDV daxil 1847,29 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDU seriyalı 792800 nömrəli, ƏDV daxil 728,65 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDU seriyalı 826476 nömrəli, ƏDV daxil 731,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDU seriyalı 926339 nömrəli, ƏDV daxil 784,70 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 443894 nömrəli, ƏDV daxil 672,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 444579 nömrəli, ƏDV daxil 61,36 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 509582 nömrəli, ƏDV daxil 915,68 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 565701 nömrəli, ƏDV daxil 858,45 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 566143 nömrəli, ƏDV daxil 572,30 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 566617 nömrəli, ƏDV daxil 40,12 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 620916 nömrəli, ƏDV daxil 3455,04 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDV seriyalı 750078 nömrəli, ƏDV daxil 784,70 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDW seriyalı 024017 nömrəli, ƏDV daxil 672,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDW seriyalı 024036 nömrəli, ƏDV daxil 1085,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDW seriyalı 171831 nömrəli, ƏDV daxil 977,04 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDW seriyalı 175156 nömrəli, ƏDV daxil 1222,48 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDW seriyalı 202335 nömrəli, ƏDV daxil 896,80 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDW seriyalı 364001 nömrəli, ƏDV daxil 672,60 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDW seriyalı 369052 nömrəli, ƏDV daxil 1008,90 manat dəyərində xx.xx.2024-cü il tarixli EBDW seriyalı 518798 nömrəli, ƏDV daxil 896,80 manat dəyərində xx.xx.2024-cü il tarixli EBDW seriyalı 519500 nömrəli,ƏDV daxil 1540,49 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00093636 nömrəli, ƏDV daxil 736,32 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00117551 nömrəli, ƏDV daxil 858,45 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00180883 nömrəli, ƏDV daxil 1518,66 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00000648 nömrəli, ƏDV daxil 759,92 manat dəyərində xx.xx.2024cü il tarixli MT2402 seriyalı 00022935 nömrəli, ƏDV daxil 759,92 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2401 seriyalı 00027609 nömrəli, ƏDV daxil 66,08 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00052330 nömrəli, ƏDV daxil 868,48 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00108314 nömrəli, ƏDV daxil 868,48 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00132113 nömrəli, ƏDV daxil 952,85 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00193100 nömrəli, ƏDV daxil 2142,88 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00196365 nömrəli, ƏDV daxil 560,50 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00257977 nömrəli, ƏDV daxil 23,60 manat dəyərində xx.xx.2024-cü il tarixli MT2402 seriyalı 00287754 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında üzləşmə aktına əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 31.218,50 manat əsas, 6050,25 manat ƏDV, cəmi 37.268,75 manat borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. 26.07.2024-cüil tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 2 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 37.268,75 manat (ƏDV daxil) qalıq borcun, müqavilə üzrə hesablanmış 3.726,87 manat cərimənin, hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 600 və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 214,79 manat məbləğində pulun, cəmi 41.810,41 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (ilə Cavabdeh MMC arasında AB/B-08/0223 saylı, 01 fevral 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə beton məhsullarını cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 37.268,75 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Müqavilə üzrə yaranmış 37.268,75 manat qalıq borc, həmin məbləğə uyğun hesablanmış 3.726,87 manat cərimə, o cümlədən iddia ərizəsinin məhkəməyə verilməsinə görə çəkilmiş xərclərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış AB/B-08/0223 saylı, 01 fevral 2022-ci il tarixli beton alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə edilən əlavə(lər)də göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə beton məhsulunu alıcıya verir,alıcı isə həmin malı qəbuledərək malın dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödəyir. Həmin müqavilənin 4.4 və 4.4.1-ci bəndlərinə görə, malın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə görə, alıcı müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə və ya əsassız olaraq malın təhvil alınmasını gecikdirdikdə, hər gecikən gün üçün satıcıya ödənilməyən məbləğin 0.5% həcmində cərimə ödəməlidir. Cərimə satıcı tərəfindən bildirildiyi tarixdən etibarən üç gün ərzində ödənilməlidir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 567-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixli, AB/B-08/0223 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya ƏDV daxil 37.268,75 manat məbləğində borcu yaranmışdır.

18. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 37.268,75 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3726,87 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

20. Tələblə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

21. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən göründüyü kimi məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

22. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1800 manat məbləğində müəyyən edilməlidir.

23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 214,79 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 212,99 manat təşkil edir.

25. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 600 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 37.268,75 manat əsas borc, 1800 manat məbləğində dəbbə pulu, cəmi 39.068,75 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar