Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-564/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X6 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh açıq səhmdar cəmiyyətiin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdən xx xxxxxx 2019-cu il tarixli Hİ-031/2019 nömrəli müqavilə üzrə 264497.94 məbləğində borcun, 21715.28 manat dəbbə pulunun (cərimənin) və 30 manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 286.213.22 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən xx xxxxxx 2019-cu il tarixli Hİ-031/2019 nömrəli müqavilə üzrə 264497.94 məbləğində borcun, 21715.28 manat dəbbə pulunun (cərimənin) və 30 manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 286.213.22 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: Bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC, Baş direktor X5 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq) və Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Cavabdeh» ASC, X1 şəxsində digər tərəfdən (bundan sonra “Cavabdeh” adlanacaq). İddiaçı və Cavabdeh ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlana bilər. Nəzərə alaraq ki, İddiaçı Cavadehə qarşı xx xxxxxx 2019-cu il tarixli Hİ-031/2019 nömrəli müqavilə üzrə 264497.94 məbləğində borcun, 21715.28 manat dəbbə pulunun (cərimənin) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 286.213.22 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Məhkəmə icraatı dövründə cavabdeh borcun bir hissəsini, 55006.88 manat ödəmişdir. Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 21715.28 manat dəbbə pulunun tam məbləğini Cavabdehə güzəşt edir.
2. Cavabdeh İddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 209491.06 manat məbləğində qəbul edir.
3. Cavabdeh 209491.06 manat məbləğində pulu 2020-ci ilin fevral ayından başlamaqla hər ayın sonuncu iş günündən gec olmamaqla köçürmə yolu ilə 4 (dörd) ay ərzində hər ay 53372.76 manat məbləğində ödəməklə tam həcmdə İddiaçıya ödəməyi öhdəsinə götürür.
4. İddiaçı Cavabdehin ona ödəməli olduğu pulun 209491.06 manat məbləğində olmasını təsdiq edir və Cavabdehə qarşı Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin sazişin 3-cü bəndində göstərilən ən son ödəmə tarixində,yəni təqvim ayının sonuncu iş günü həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
8. Tərəflər Məhkəmədən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Habelə tərəflərin nümayəndələri iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Hakim iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh açıq səhmdar cəmiyyətiarasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı MMC, Baş direktor X5 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq) və Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Cavabdeh» ASC, X1 şəxsində digər tərəfdən (bundan sonra “Cavabdeh” adlanacaq). İddiaçı və Cavabdeh ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlana bilər. Nəzərə alaraq ki, İddiaçı Cavadehə qarşı xx xxxxxx 2019-cu il tarixli Hİ-031/2019 nömrəli müqavilə üzrə 264497.94 məbləğində borcun, 21715.28 manat dəbbə pulunun (cərimənin) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 286.213.22 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Məhkəmə icraatı dövründə cavabdeh borcun bir hissəsini, 55006.88 manat ödəmişdir. Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 21715.28 manat dəbbə pulunun tam məbləğini Cavabdehə güzəşt edir.
2. Cavabdeh İddiaçının pul tələbinə dair iddia tələbinin həcmini 209491.06 manat məbləğində qəbul edir.
3. Cavabdeh 209491.06 manat məbləğində pulu 2020-ci ilin fevral ayından başlamaqla hər ayın sonuncu iş günündən gec olmamaqla köçürmə yolu ilə 4 (dörd) ay ərzində hər ay 53372.76 manat məbləğində ödəməklə tam həcmdə İddiaçıya ödəməyi öhdəsinə götürür.
4. İddiaçı Cavabdehin ona ödəməli olduğu pulun 209491.06 manat məbləğində olmasını təsdiq edir və Cavabdehə qarşı Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin sazişin 3-cü bəndində göstərilən ən son ödəmə tarixində,yəni təqvim ayının sonuncu iş günü həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
8. Tərəflər Məhkəmədən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev