Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5641/2024 13.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. "X2” MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 10 mart 2023-cü il tarixdə 017055 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə “alıcıya satmağı, “alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyə və əlavə 1-də əks olunmuş formada “satıcı’’ya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti, rəngi və.s) tərəflər arasında əvvəlcədən razılaşdırılmış əlavə 2-də öz əksini tapır. 1.3-cü bəndinə əsasən satılan mallar tərəflər arasında tərtib olunmuş,və imzalanmış təhvil - təslim aktı əsasında təhvil verilir və alınır. 2.2.2-ci bəbndinə əsasən alıcı malın dəyərini vaxtında və müqavilədə qeyd olunan qaydada və şərtlərlə ödəyir. 2.2.4-cü bəndinə əsasən alıcı satılan malın dəyərinin ilkin ödənişi edildikdən sonra qalıq məbləğini bu müqavilənin tərkib hissəsi olan əlavə 1-də göstərilmiş qaydada və müddətdə satıcıya ödəyir. 2.2.6-cı bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında, lazımi qaydada və vicdanla icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci maddəsinə əsasən Əlavə 1-də qeyd olunan malın ƏDV daxil dəyəri 17900 manat təşkil edir. 3.3-cü bəndinə əsasən alıcı alınan malın dəyərini tərəflər arasındakı razılaşmaya uyğun olaraq tam və hissə-hissə olmaqla ödəniş edə bilər. Alıcı malın ümumi dəyərinin razılaşdırılmış məbləğini 2000 manat həcmində ilkin ödənişini dərhal, qalıq məbləğini isə “Əlavə 1” ilə razılaşdırılmış müddətdə satıcıya ödəyir. 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə Əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir. 5.5-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd olunan mala, o cümlədən hədiyyələrə dair mülkiyyət hüququ malın dəyəri alıcı tərəfindən tam ödənilənədək satıcının özündə qalır. Alıcı malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda satıcı istənilən vaxt avadanlığı (malı) həmçinin hədiyyələri alıcıdan geri götürə bilər. 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədə olacaq. Müqavilə hər iki tərəfin imzası və "X2” MMC-nin möhürü ilə təsdiq edilmişdir.
2. 10 mart 2023-cü il tarixdə 017055 saylı malların alqı-satqı müqaviləsinə dair zəmanət talonuna əsasən 17500 manat dəyəri olan 1 ədəd FQ A-31 ELİGHT 4NASADKA adlı mala zəmanət verilmişdir. Zəmanət talonu hər iki tərəfin imzası və "X2” MMC-nin möhürü ilə təsdiq edilmişdir.
3. 10 mart 2023-cü il tarixdə 017055 saylı malların alqı-satqı müqaviləsinə 01 nömrəli əlavə olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu ilə ilkin ödəniş 600 manat, 26 ay ərzində (sonuncu ödəniş tarixi-xx.xx.2025-ci il olmaqla) 16900 manat məbləğin ödənilməsi razılaşdırılmışdır. Protokol hər iki tərəfin imzası və "X2” MMC-nin möhürü ilə ilə təsdiq edilmişdir.
4. 10 mart 2023-cü il tarixdə 017055 saylı malların alqı-satqı müqaviləsinə 03 nömrəli əlavə olan xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu ilə 34 ay ərzində (sonuncu ödəniş tarixi-xx.xx.2026-cı il olmaqla) 13640 manat məbləğin ödənilməsi razılaşdırılmışdır. Protokol hər iki tərəfin imzası və "X2” MMC-nin möhürü ilə ilə təsdiq edilmişdir.
5. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən 17.500 manat dəyərində mallar "X2” MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və "X2” MMC-nin möhürü ilə təsdiq edilmişdir.
6. "X2” MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh qalıq borcu 10800 manat, cərimə borcu isə 8 manat təşkil edir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı-İddiaçı xeyrinə əsas məbləğ üzrə 10800 manat məbləğində borcun, 8 manat cərimənin və 122,42 manat dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhviltəslim aktı imzalanmışdır. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 17500 manat olmaqla mal almışdır. Həmin məbləğin 600 manatını ilkin ödəniş olaraq ödəmişdir. Qalıq məbləğini, yəni 16900 manatı X1 və əlavə razılaşmaya əsasən qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 10800 manat, cərimə borcu isə 8 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra alıcı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri alıcı tərəfindən tam ödənilənədək satıcının özündə qalır. Alıcı mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Alıcı malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda satıcı istənilən vaxt malı alıcıdan geri götürə bilər.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 448.1, 449, 600.4 və 1097-ci maddəsinə istinad etmişdir.
10. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2236/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
11. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə əsas məbləğ üzrə 10.110 manat məbləğində borcun, 8 manat cərimənin və 122,42 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
12.İddiaya qarşı etiraz təqdim edilməmişdir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
13.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 14.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. -601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. -600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir V. MƏHKƏMƏNİN MÖVQEYİ
19. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı "X2” MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 10 mart 2023-cü il tarixli 017055 saylı malların alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmişdir.
21. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cmübahisəli müqavilədə müqavilə üzrə təqdim edilmiş malların dəyərini hissə-hissə (ödəniş qrafikinə) ödənilməsi nəzərdə tutulsa da, cavabdeh ödənişləri ödəniş qrafikinə uyğun həyata keçirməmişdir. Belə ki, ödəniş qrafikindən də göründüyü kimi təqdim edilmiş mallara görə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə 8400 manat məbləğində borcu qalmalı olduğu halda qətnamənin qəbul edildiyi tarixə cavabdehin borcu 10110 manat təşkil etmişdir.Göstərilən faktiki hal ilə təsdiq edilir ki, cavabdeh 4 aylıq müddət üçün (aylıq 400 manat olmaqla) hissə-hissə ödənişləri icra etməmişdir.
22. Belə olan halda məhkəmə cavabdehin 4 aylıq müddət üçün ödənişləri icra etməməsini müqavilə şərtlərinin əhəmiyyətli pozuntusu kimi qiymətləndirərək hesab edir ki, iddiaçının Mülki Məcəllənin 600.4, 601.2, 421.2-ci maddələrinə əsasən cavabdehdən malın dəyərinin tam şəkildə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır.
23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 8 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
24. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 122,42 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (azaldılmış həcmdə) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 120,35 manat təşkil edir.
27. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,35 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 10 mart 2023-cü il tarixli 017055 saylı malların alqı-satqı müqaviləsi üzrə 10.110 manat məbləğində əsas borc, 8 manat məbləğində dəbbə pulu, cəmi 10.118 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,35 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "X2” MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva