Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5651/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, maraqlı şəxsin vəkili Vəkil, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Maraqlı şəxs3 MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “Delivery Azerbaijan" MMC-nin dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna borcu vardır.
2. Maraqlı şəxs1 (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Maraqlı şəxs1 İcbari Tibbi Sığorta Fonduna borcu vardır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Delivery Azerbaijan" MMC-yə və Maraqlı şəxs1 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********865900, xx.xx.2024-cü il tarixli **********613100, xx.xx.2023-cü il tarixli **********789300 nömrəli bildirişlərin surətlərindən görünür ki, “Delivery Azerbaijan" MMC və Maraqlı şəxs1 borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. 04.07.2024-cü il tarixli **********2 və **********1 nömrəli sərəncamlardan müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Milli Glirlər Baş İdarəsi vergi ödəyicisi olan “Delivery Azerbaijan" MMC-yə məxsus "xxxx" ASC və "xxxx" ASC-də olan hesablarının dondurulması barədə sərəncamlar
5. “Elektron məhkəmə” informasiya sistemindən “Delivery Azerbaijan" MMC-nin mülkiyyətində olan daşınmaz əmlak və yol nəqliyyat vasitələri barədə çıxarışdan görünür ki, hüquqi şəxsin mülkiyyətində daşınmaz əmlak və avtomobil nəqliyyat vasitələri yoxdur.
6. Fiziki şəxs haqqında məlumat ilə müəyyən edilir ki, Maraqlı şəxs1 xx.xx.2013-cü il tarixdə VÖEN (**********) verilmişdir. Maraqlı şəxs1 ünvan 1 ünvanında yaşayır.
7. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, “Delivery Azerbaijan" MMC-nin rəhbəri Maraqlı şəxs1dur.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) Ərizəçinin tələbi və tələbinin dəlilləri
8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs, eyni zamanda fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 24530,81 manat, İcbari Tibbi Sığorta Fonduna olan 18,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs1 barəsində (Doğulduğu tarix - 16 avqust 1971-ci il, Doğulduğu yer - Azərbaycan, Daşkəsən, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA2549023) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs1 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 3,47 manat, Maraqlı şəxs3 (VÖEN: **********) dövlət büdcəsinə 24530,81 manat məbləğində (o cümlədən, vergilər üzrə 17937,41 manat, faizlər üzrə 6553,4 manat, maliyyə sanksiyası üzrə 40 manat), İcbari Tibbi Sığorta Fonduna 14,55 manat olmaqla, ümumilikdə 24548,83 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********865900, xx.xx.2024-cü il tarixli **********613100, xx.xx.2023-cü il tarixli **********789300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs1 ünvan 1 ünvanında yaşayır.
10. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir..
b) Ərizəyə qarşı etirazın dəlilləri
11. Maraqlı şəxsin vəkili ərizəyə yazılı etiraz təqdim etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “vergi öhdəliyi olan vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı Vergi orqanının ərizəsinin təmin edilməsinin qanunvericiliyə zidd olduğunu göstərən qərarları vardır. Ali Məhkəmənin qeyd olunan məsələ ilə mövqeyini göstərən qərarların nömrələri: 2-2(102)- 230/2024; 2-2(102)- 230/2024; 2-2(102)-359/2024; 2-2(102)-258/2024. Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd edir ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsini (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) məhkəməyə təqdim etməlidir. Ali məhkəmə bildirir ki, Vergi orqanı “vergi öhdəliyi olan vergi ödəyicisinin (fiziki şəxsin və ya hüquqi şəxsin) icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl vergi ödəyicisinin vergi borcunun ödənilməsi ilə bağlı maraqlı şəxsin mülkiyyətində kifayət qədər daşınar və daşınmaz əmlakların, o cümlədən pul vəsaitlərinin olub-olmamasını da araşdırmalıdır. Çünki Vergi orqanı vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə mövcud olan vergi borcu miqdarında maraqlı şəxsin mülkiyyətində olan daşmar və daşınmaz əmlaklar, o cümlədən pul vəsaitləri üzərində müəyyən məhdudiyyətlər qoyulması ilə bağlı müvafiq addımlar ata bilər. Eyni zamanda Ali Məhkəmə bildirir ki, maraqlı şəxsin borcları olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı rəsmi sənədlərin alınması, Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin vergi orqanı tərəfindən tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar ərizə ilə birlikdə məhkəməyə təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlasdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır. Ali məhkəmə qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Ali Məhkəmə bildirir ki, Qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdar. Lakin belə bir müddəanın olmaması, ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Ali Məhkəmə xüsusilə vurğulayır ki, “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il 26 may tarixli Qərarına əsasən, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Ali Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № 28975/05 2013-cü il 11 iyu tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir. Ərizəçinin maraqlı şəxsin bank hesabına sərəncamların göndərilməsi, lakin sərəncamlar əsasında da borcun alınmasının mümkün olmaması, məhkəmə tərəfindən isə araşdırma aparılarkən həmin sərəncamların göndərilib-göndərilməməsi barədə ərizəçi tərəfindən hər hansı tədbirlərin görülməsi halının araşdırılmaması, həmçinin üzərinə həbs qoyula bilən əmlaklara dair məlumatların olmaması barədə dəlilləri ilə bağlı Ali Məhkəmənin Kollegiyası qeyd edilməsini zəruri hesab etmişdir ki, kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydmlaşdırılmamasına istinad etməyə yol verilmir (MPM-nin 407.2-ci maddəsi). Mülki prosessual qanunvericiliyin sübutetmə haqqında tələblərinə əsasən ərizəçi vergi ödəyicisinin bank hesablarına müvafiq sərəncamların qoyulmasına, eləcə də ona məxsus əmlaklar barədə hər hansı məlumatın əldə edilməsinin mümkünsüz olmasına dair sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir.Lakin işin materiallarından ərizəçi tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir. Bu baxımdan Kollegiya hesab edir ki, aşağı instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericilik tələblərinə uyğun olmamış, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilməmişdir. Ali Məhkəmənin kollegiyası hesab etmişdir ki, məhkəmə şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği digər halları nəzərə almaqla mütənasiblik prinsipi əsas. Maraqlı şəxsin adında daşınar, daşınmaz əmlaklar, bank hesabında pul vəsaitləri mövcuddur və bunlar vergi ödəyicisinin vergi borcunun ödənilməsi üçün kifayət edir. Belə ki, **-MT-*** qeydiyyat nişanlı, 2017-ci il buraxışlı TOYOTA CAMRY minik avtomobili maraqlı şəxsin mülkiyyətindədir (Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətməsinin təsdiq edilmiş surəti qoşmaya əlavə edilmişdir. Lakin Vergi orqanı tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilmədən, VM-də nəzərdə tutulan digər tədbirlərin tətbiq edilibedilməməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim olunmadan və maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmadan “vergi öhdəliyi olan vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmuşdur.
İşdə iştirak edən şəxslər və onların izahatları
13.İşdə maraqlı olan şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin maraqlı şəxs məhkəməyə teleqram ünvanlayaraq Bakı şəhərində olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ərizəçinin nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
18. AR MPM-in: - 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “Delivery Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsi, İcbari Tibbi sığorta fondu qarşısındakı qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs1 İcbari Tibbi Sığorta Fondu qarşısındakı öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə İcbari Tibbi Sığorta Fonduna borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.
22. Vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməzdən əvvəl sözügedən borcların alınması ilə bağlı AR Vergi Məcəllləsinin 65 və 89-cu maddələrində nəzərdə tutulmuş tədbirlərin görülməli olması barədə maraqlı şəxsin vəkilinin dəlilərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş hesabların məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamlardan görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi olan “Delivery Azerbaijan" MMC-yə məxsus "xxxx" ASC və "xxxx" ASC-də olan hesablarının məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncamlar verilmişdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən “Delivery Azerbaijan" MMC-nin mülkiyyətində olan daşınmaz əmlak və yol nəqliyyat vasitələri barədə çıxarışdan görünür ki, hüquqi şəxsin mülkiyyətində daşınmaz əmlak və avtomobil nəqliyyat vasitələri yoxdur.
23. Odur ki, borclu hüquqi şəxs “Delivery Azerbaijan" MMC-nin dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
24. Maraqlı şəxs1 mülkiyyətində avtomobilin olması barədə maraqlı şəxsin vəkilinin istinad etdiyi dəlilə münasibətdə məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsas olan yuxarıda göstərilən borc Maraqlı şəxs1 deyil, maraqlı şəxsin icra orqanının rəhbəri olduğu “Delivery Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olduğundan həmin borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin əmlakın siyahıya alınması qeyri-mümkündür.
25. Ərizənin vergi ödəyicisi olan fiziki şəxs kimi Maraqlı şəxs1 ölkədən getmək hüququnun məhdudlaşdırılması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, vergi ödəyicisi olan fiziki şəxsin İcbari Tibbi Sığorta Fonduna olan borcu 3,47 manat təşkil etdiyindən həmin borcun ödənilməsinin təmin edilməsi məqsədilə maraqlı şəxsin ölkdən getmək hüququnun məhdudlaşdırılması zərurəti mövcud deyildir.
26. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Delivery Azerbaijan" MMC-nin icra orqanının rəhbəri– xx.xx.1971-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
28. Məhkəmə xərclərinə gəldikdə hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borcun ödənilməsini təmin etmək üçün “Delivery Azerbaijan" MMC-nin icra orqanının rəhbəri - xx.xx.1971-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Leyla Əliyeva